Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2406/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 6863.09 (altı min səkkiz yüz altmış üç manat doqquz qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 763.53 (yeddi yüz altmış üç manat əlli üç qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 186.64 (bir yüz səksən altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 7813.25 (yeddi min səkkiz yüz on üç manat iyirmi beş qəpik) manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 18% dərəcəsi ilə hesablanmaqla, 10000 (on min) manat məbləğində kredit verilmişdir. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Yuxarıda adı çəkilən 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli Kredit müqaviləsinə əsasən 09.08.2021-ci il tarixinə Cavabdeh İddiaçı ASC-yə əsas borc üzrə 6863.09 (altı min səkkiz yüz altmış üç manat doqquz qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 763.53 (yeddi yüz altmış üç manat əlli üç qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 186.64 (bir yüz səksən altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 7813.25 (yeddi min səkkiz yüz on üç manat iyirmi beş qəpik) manat kredit borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcluya 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla 10.000 (on min) manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 09.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsinə əsasən banka əsas borc üzrə 6863.09 (altı min səkkiz yüz altmış üç manat doqquz qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 763.53 (yeddi yüz altmış üç manat əlli üç qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 186.64 (bir yüz səksən altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 7813.25 (yeddi min səkkiz yüz on üç manat iyirmi beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 07.05.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin yerinə yetirilməsi xahiş olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsinə əsasən Bank borcluya 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla 10.000 (on min) manat məbləğində kredit vermiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə 09.08.2021-ci il tarixinə banka əsas borc üzrə 6863.09 (altı min səkkiz yüz altmış üç manat doqquz qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 763.53 (yeddi yüz altmış üç manat əlli üç qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 186.64 (bir yüz səksən altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 7813.25 (yeddi min səkkiz yüz on üç manat iyirmi beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM- 739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında kredit müqaviləsi ləğv edilməklə Cavabdeh əsas borc üzrə 6863.09 (altı min səkkiz yüz altmış üç manat doqquz qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 763.53 (yeddi yüz altmış üç manat əlli üç qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 186.64 (bir yüz səksən altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 7813.25 (yeddi min səkkiz yüz on üç manat iyirmi beş qəpik) manat məbləğində borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi üzrə 09.08.2021-ci il tarixinə hesablanmış əsas borc üzrə 6863.09 (altı min səkkiz yüz altmış üç manat doqquz qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 763.53 (yeddi yüz altmış üç manat əlli üç qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 186.64 (bir yüz səksən altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 7813.25 (yeddi min səkkiz yüz on üç manat iyirmi beş qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi üzrə 09.08.2021-ci il tarixinə hesablanmış əsas borc üzrə 6863.09 (altı min səkkiz yüz altmış üç manat doqquz qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 763.53 (yeddi yüz altmış üç manat əlli üç qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 186.64 (bir yüz səksən altı manat altmış dörd qəpik) manat olmaqla, cəmi 7813.25 (yeddi min səkkiz yüz on üç manat iyirmi beş qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova İş № 2(009)-2328/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ (çıxarış) Bakı şəhəri Səbail Rayon Məhkəməsi 28 sentyabr 2021-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi ləğv edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsi üzrə 16.08.2021-ci il tarixinə hesablanmış 5077,5 (beş min yetmiş yeddi manat əlli qəpik) manat məbləğində əsas borc, 6,98 (altı manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5084,48 (beş min səksən dörd manat qırx səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2406/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2406/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver