Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2412/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı ASC-nin ("xxxx" İKB ASC) nümayəndəsi X1, Cavabdehər Cavabdeh1 və Cavabdeh3 Hərcivan oğlunun iştirakları ilə, İddiaçı ASC-nin ("xxxx" İKB ASC) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğluna qarşı “kredit borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC ("xxxx" İKB ASC) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğluna qarşı “kredit borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı ASC ("xxxx" İKB ASC) xeyrinə 14.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6272.76 manat əsas borc, 1228.12 manat faiz borcu və 131.76 manat cərimə borcunun 30 manat dövlət rüsumu tutulması və İddiaçı ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 14.06.2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 14.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 28 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 14.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 02.09.2020-ci il tarixli Sazişə əsasən kreditin qaytarılma müddəti 14.10.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-ci ilədək Cavabdeh1 banka 14.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6272.76 manat əsas borc, 1228.12 manat faiz borcu və 131.76 manat cərimə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin ("xxxx" İKB ASC) nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, Məmmədov İlkın Zülfüqar oğlu 14.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 28 faizlə 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. İbrahımov Ceyhun Məhərrəm oğlu və Şırməmmədov Baxış Hərçıvan oğlu ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 02.09.2020-ci il tarixli sazişə əsasən kreditin qaytarılma müddəti 14.10.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Faizlərlə razı deyil, reklamda aşağı 18% verildiyi qeyd edilmişdir. 28% götürdüyünü bilmirdi. Gərək şərtləri oxuyub sonra imzalayardı. Ona biznes üçün kredit verilib, pandemiyaya qədər vaxtında ödəyirdi. Pandemiya səbəbindən gecikmələr olub. Bu səbəbdən də, əsas borcu qəbul edir, lakin cərimə və faiz borcu hissəsində iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Hərcivan oğlu izahat verərək bildirmişdir ki, müqavilə onunla deyil, Cavabdeh1lə bağlanmışdır, o isə zamindir. Bu səbəbdən də, iddia tələbinin ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh2 oğluna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Cavabdeh1 14.06.2019cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən ("xxxx" İKB ASC) illik 28 faizlə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11-MZ2-1-0-1401-19(Z1) saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 11-MZ2-1-0-1401-19(Z2) saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 02.09.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, müqavilə üzrə qalıq 7109.11 manat kredit borcunun müddəti 14.10.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 02.09.2020-ci il tarixli 1 saylı əlavə sazişlərdən görünür ki, müqavilə üzrə qalıq 7109.11 manat kredit borcunun müddəti 14.10.2022-ci il tarixədək uzadılmış və zaminlər bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6272.76 manat əsas borc, 1228.12 manat faiz borcu və 131.76 manat cərimə borcu mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh1 arasında bağlanan 14.06.2019-cu il tarixli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Hərcivan oğlu və Cavabdeh2 oğlundan İddiaçı ASC ("xxxx" İKB ASC) xeyrinə 14.06.2019-cu il tarixli müqavilə üzrə 6272.76 (altı min iki yüz yetmiş iki manat yetmiş altı qəpik) manat əsas, 1228.12 (min iki yüz iyirmi səkkiz manat on iki qəpik) manat faiz, 131.76 (yüz otuz bir manat yetmiş altı qəpik) manat cərimə borcu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh1 arasında bağlanan 14.06.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Hərcivan oğlu və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC ("xxxx" İKB ASC) xeyrinə 14.06.2019-cu il tarixli müqavilə üzrə 6272.76 (altı min iki yüz yetmiş iki manat yetmiş altı qəpik) manat əsas, 1228.12 (min iki yüz iyirmi səkkiz manat on iki qəpik) manat faiz, 131.76 (yüz otuz bir manat yetmiş altı qəpik) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2412/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2412/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver