Məhkəmə qərarları › İş №2(009)-2438/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2438/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2438/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızıınn katibliyi ilə, İddiaçının nümayəndəsi Ü.B.Xəlilovanın iştrakı ilə, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx” KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006vp/19 saylı kredit və bank hesabı müqaviləsinə əsasən ona 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 18% ödəmək şərti ilə 55.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” KB ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006vp/19 ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 9/2004 salı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsi “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat No **********). Kredit müqaviləsində nəzərdə tutulmuş qaydada “xxxx” KB ödənilməli olan kredit və faiz borclarının ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixə xx.xx.2019-cu il tarixli 006vp/19 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 54.952,00 manat, faiz borcuna görə 11.562,15 manat, cəmi 66.514,15 manat təşkil edir. xx.xx.2019-cu il tarixli 006vp/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 9/2004 saylı bağ sahəsində yerləşən 0.10 ha torpaq sahəsi “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli 006vp/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 9/2004 saylı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli 006vp/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 9/2004 saylı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 80.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 006vp/19 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 54.952,00 manat, faiz borcuna görə 11.562,15 manat, cəmi 66.514,15 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödəniliş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 9/2004 saylı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 006vp/19 saylı kredit müqaviləsi üzrə 66.514,15 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində, 9/2004 saylı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişlbh. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh1 yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə «Bank» qismində «xxxx» KB ASC ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006vp/19 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə etmək üçün 24 ay müddətinə xx.xx.2021-ci il tarixdək, illik 18%-lə, 55.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində «xxxx» KB ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh2 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 006vp/19 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006vp/19 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 9/2004 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha torpaq sahəsini ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 9/2004 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 9/2004 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha torpaq sahəsi xx.xx.2019-ci il tarixli, 006vp/19 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixədək ipoteka müqaviləsi üzrə «xxxx» ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindan “xxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, bankın xx.xx.2020-ci il tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 9/2004 saylı bağ sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. İş üzrə «xxxx» KB ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 54.952 manat əsas, 11.562,15 manat faiz, cəmi 66.514,15 manat borcu yaranmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə 24 ay müddətinə, illik 18% dərəcəsi ilə 55.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi Bank, borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massavi, 9/2004 saylı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh X1 müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 54.952 manat əsas, 11.562,15 manat faiz, cəmi 66,514,15 manat tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır.Lakin Cavabdeh1 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi 54.952 manat əsas və 11.562,15 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin tutulacaq borcun Cavabdeh2 mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Göstərilən Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş bağ sahəsinə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan bağ sahəsinin ipoteka müqaviləsində göstərilən məbləği nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilən məbləğ – 80.000 (səksən min) manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan bağ sahəsinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması hissəsində təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş bağ sahəsinə tutma yönəldildikdən sonra həmin torpaq sahəsi 1 ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində də pul tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 «xxxx» KB ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 54.952 manat əsas borc, 11.562,15 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 66574,15 (altmış altı min beş yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh1 tutulacaq pul məbləği ipoteka predmetini təşkil edən və Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 9/2004 saylı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 80.000 (səksən min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 9/2004 saylı bağ sahəsində yerləşən 0,10 ha torpaq sahəsinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar