Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2463/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yumşaq dəst olan divanın qaytarılması və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yumşaq dəst olan divanın qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Binəqədi rayonu, 7-ci mkr., 31/26 mənzildə yerləşən ona məxsus divanını düzəltdirmək məqsədilə ilə Yasamal rayonunda yerləşən mebel sexinə getmiş və mebel ustası kimi bildiyi Famil adlı şəxslə divanın düzəldilməsi ilə bağlı söhbət etmişdir. Cavabdeh bildirmişdir ki, ona məxsus divana üzlük çəkə bilər. Həmin divanın düzəlməsi üçün ilkin olaraq Yasamal rayonunda Familə 200 manat pul verərək evə qayıtmışdır. 24.11.2020-ci il tarixdə isə Famil yaşadıqları ünvana gələrək divanı evdən götürmüş və 100 manat pul da alaraq çıxıb getmişdir. O, divanın hazır olması ilə bağlı cavabdehə zəng etsə də cavabdeh onun zənginə cavab vermir, 10 aydır ona məxsus divanı qaytarmır. Dəfələrlə cavabdehə zəng etsə də, onun telefon nömrəsini qara siyahıya atmış, onların zənglərinə cavab verməmişdir. Bununla bağlı 5-ci Polis bölməsinə müraciət etmişdir. 5-ci Polis bölməsi isə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona məxsus divanın qiyməti 1500 manat təşkil etmişdir. Odur ki, divanın qaytarılması və onun tərəfindən ödənilmiş 300 manat pulun geri qaytarılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona məxsus olan 1500 manat dəyərində olan nə divanı, nə də onun tərəfindən ödənilən 300 manat pulu bugünə kimi ona qaytarmamışdır, o, hər dəfə cavabdehdən pulunu və divanını tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr uyduraraq ondan qaçır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh divanının qaytarılması, divanının qaytarılması naturada mümkün olmadıqda isə onun dəyəri olan 1500 manat və divanın düzəldilməsi üçün onun tərəfindən ödənilmiş 300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barəjə qətnamsə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, iddia ərizəsində divanın qiyməti 1500 manat göstərilsə də, divanı 1000 manata almışdır. Cavabdehlə onun təmirinə cəmi 500 manat verilməli idi, 300 manat ilkin, təmirdən sonra isə 200 manat. Keçən məhkəmə iclasında cavabdeh iştirak etmiş, guya divanın təmir olunub tam hazır olduğunu bildirərək məhkəmə iclasını təxirə salmasını xahiş etmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən ona hər hansı zəng olunmamış və divan ona təhvil verilməmişdir. Cavabdeh dəfələrlə yalan vədlər verərək uzun müddət onların əlaqəsindən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki iclasında Cavabdeh öz izahatında göstərmişdir ki, həqiqətən iddiaçı tərəfindən ona təmir edilmə məqsədilə divan verilmişdir. Lakin o iddianı qəbul etmir, divanı yeni modelli vəziyyətə gətirmək üçün iddiaçı ona 500 manat verə biləcəyini demiş, bu məbləğə o razılaşmış, lakin sonradan karantin olduğu üçün işlər dayanmış, vaxt uzanmışdır. Divan hazır vəziyyətdədir, onu iddiaçıya təhvil verə bilər. Bu səbəbdən məhkəmədən iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin 12.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı 300 manat pulun və divanın qaytarılması tələbi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus, dəyəri 1000 manat olan divanı düzəltdirmək üçün cavabdehə müraciət edərək onunla bu işlərin görülməsi ilə bağlı razılığa gəlmiş və divanın təmiri üçün ilkin cavabdehə 300 manat pul ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bununla da öhdəliyi pozmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış şifahi müqavilə sifariş əsasında divanın düzəldilməsi və sifarişçiyə təqdim edilməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. AR Mülki Məcəllənin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləyə əsasən 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanmalı olması ilə bağlı hər hansı imperativ göstəriş yoxdur. Yəni mülki qanunvericilik podrat müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan etmədiyindən, tərəflər podrat müqaviləsini şifahi qaydada bağlamaqla qanunun tələblərini pozmamışlar və bu səbəbdən həmin müqavilə etibarlı əqd hesab edilməlidir. Məhkəmə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasını və yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulun və verilmiş əmlakın geri qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb tam qanunidir. AR Mülki Məcəllənin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcələlnin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. AR Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının müqavilədən imtinası cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni cavabdeh üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində görmədiyi üçün və bu işlərin görülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığı üçün, iddiaçı verilmiş divanın və divanın təmiri üçün ödənilmiş 300 manatın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddiaçının divanın naturada qaytarılması mövcud olmadığı halda onun dəyəri olan 1500 manatın cavabdehdən tutulması ilə bağlı tələbi üzrə qeyd edir ki, bu hissədə tələb qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçı divanın 1000 manata alındığını bildirmişdir. AR MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, pulun tutulması hissəsində tələb təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus divanın qaytarılması Cavabdeh üzərinə qoyulsun. AR MPM-nin 222.1-ci maddəsinə əsasən həmin əmlak mövcud olmadığı halda onun dəyəri – 1000 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı xeyrinə 300 (üç yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 330 (üç yüz otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2463/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2463/2021
22.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver