Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2476/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında 23.01.2021-ci il tarixli borc müqaviləsi bağlanmış və 23.07.2021-ci il tarixədək şərti ilə cavabdehə 5300 manat borc pul vermişdir. Cavabdeh ondan aldığı 5300 manat 23.07.2021-ci il tarixədək qaytarmalı olsa da, hal-hazıra kimi həmin pulu qaytarmamışdır. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt istəmiş və buna baxmayaraq indiyə qədər pulunu geri qaytarmamışdır. Göründüyü kimi, cavabdeh ondan 5300 manat borca pul götürmüş və həmin borcun tezliklə qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin, hal-hazıra kimi üzərinə götürdüyü öhdəliyə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh 5300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh Aydın onun yaxın tanışıdır, əvəllər Aydın ondan 500 manat, 1000 manat məbləğində borc pul götürmüş və qaytarmışdır. Sonuncu dəfə ailəsində olan xəstənin müalicəsi ilə bağlı pul lazım olduğunu bildirmiş, məbləğ böyük olduğu üçün o həmin pulu notariusda müqavilə əsasında vermişdir. Pulu götürdükdən sonra cavabdeh 6 ay müddətində bir dəfə 300 manat, bir dəfə 500 manat, əcmi 800 manat götürdüyü borcdan ona pul qaytarmış, yerdə qalan pulu isə dəfələrlə ondan istəsə də, Aydın bildirmişdir ki, qeydiyyatda olduğu evi satıb pulu qaytaracaqdır və ondan vaxt istəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə iddiaçının izahatını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış 23.01.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 5300 manat məbləğində borc pul vermiş, Cavabdeh krediti 23.07.2021-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə mədaxil qəbzin əslindən görünür ki, İddiaçı tərəifndən 23.01.2021-ci il tarixli müqavilə üzrə 5300 manat pul "xxxx" ASC-nin 4 saylı filialının depozitinə qoyulmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23.07.2021-ci il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə 23.01.2021-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5.300 manat məbləğində pul verilmişdir. Cavabdeh isə götürülən pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh borc kimi götürdüyü puldan iki dəfə, cəmi 800 manat məbləğində ödəniş etmiş, yerdə qalan borcu isə bu günədək ödəməmişdir. Məhkəmə cavabdehin 23.01.2021-ci il tarixli borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsindən imtina olunduğundan, iddiaçı həmin borc məbləğinin ödənilməmiş hissəsini cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən və məhkəmə iclasında həmin müqavilə üzrə cavabdeh tərəfindən 800 manat məbləğində pulun qaytarılması iddiaçının özünün etiraf etməsi ilə müəyyən edildiyindən, iddia tələbi qismən əsaslı hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 4500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunalara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4500 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4530 (dörd min beş yüz otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2476/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2476/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver