Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2487/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 09.12.2018-ci il tarixli, 29.10.2019-cu il tarixli və 23.01.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********42439 olan “Xiaomi Mi A2 Lite” markalı telefon, “Power Bank Mİ”, “Gorenje” markalı paltaryuyan və İMEİ kodu **********51813 olan “Samsung Galaxy Note 10+” markalı telefon almış və nəticədə 4386 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.12.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 756 manat (18 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********42439 olan “Xiaomi Mi A2 Lite” markalı telefon, “Power Bank Mİ” üçün ümumilikdə 46 manat olmaqla, ondan 34 manat ödənilməmiş məbləğ, 12 manat dəbbə pulu; 29.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1018 manat (18 ay x 51 manat + 100 manat ilkin ödəniş) olan “Gorenje” markalı paltaryuyan üçün ümumilikdə 853 manat olmaqla, ondan 654 manat ödənilməmiş məbləğ, 199 manat dəbbə pulu; 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3013,2 manat (18 ay x 167,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********51813 “Samsung Galaxy Note 10+” markalı telefon üçün ümumilikdə 3487 manat olmaqla, ondan 2685,2 manat ödənilməmiş məbləğ, 801,8 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1414 manat təşkil edir.Göstərilənlərə əsasən iddiaçı 09.12.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********42439 olan “Xiaomi Mi A2 Lite” markalı telefon, “Power Bank Mİ” üçün 34 manat əsas borc, 12 manat dəbbə pulu; 29.10.2019-cu il tarixli müqaviləsinə əsasən “Gorenje” markalı paltaryuyan telefon üçün 654 manat əsas borc, 199 manat dəbbə pulu, 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51813 olan “Samsung Galaxy Note 10+” markalı telefon almış üçün 2685,2 manat əsas borc, 801,8 manat dəbbə pulu, ümumilikdə 4386 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 09 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Xiaomi Mi A2 Lite” markalı telefonu, “Power Bank Mİ” 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 42 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 756 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 29 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Gorenje” markalı paltaryuyan 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 51 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1018 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 23 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “X4 10+” markalı telefonu 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 167,4 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 3013,2 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 09.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 09.12.2018-ci il tarixli müqavilə üzrə 34 manat əsas, 12 manat cərimə, 29.10.2019-cu il tarixli müqavilə üzrə 654 manat əsas, 199 manat cərimə, 23.01.2020-ci il tarixli müqavilə üzrə 2685,2 manat əsas, 801,8 manat cərimə, cəmi 4386 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 09.12.2018-ci il tarixdə, 29.10.2019-cu il tarixdə və 23.01.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 756 manat olan “Xiaomi Mi A2 Lite” markalı telefonu, “Power Bank Mİ”, alqı-satqı qiyməti 1018 manat olan “Gorenje” markalı paltaryuyan və alqı-satqı qiyməti 3013,2 manat “X3 10+” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilələrdə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 09.12.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 34 manat, 12 manat dəbbə borcun, 29.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 654 manat və 23.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2685,2 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin 29.10.2019-cu il tarixli müqavilə üzrə 199 manat və 23.01.2020-ci il tarixli müqavilə üzrə 801,8 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 29.10.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 21 manat və 23.01.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 84,8 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 09.12.2018-ci il tarixli 00408416 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 09.09.2021-ci il tarixə yaranmış 34 manat borc, 12 manat dəbbə pulu, 29.10.2019-cu il tarixli 01013796 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 09.09.2021-ci il tarixə yaranmış 654 manat borc, 21 manat dəbbə pulu, 23.01.2020-ci il tarixli 20055049 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 09.09.2021-ci il tarixə yaranmış 2685,2 manat borc, 84,8 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3521 (üç min beş yüz iyirmi bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2487/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2487/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver