Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2488/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisi, Salyan rayon 2 saylı notariat ofisi və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Hacıqabul rayon notariat ofisi, Salyan rayon 2 saylı notariat ofisi və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20,000 manat pulun və 150 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "Opel Zafira" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı və "Toyota Prius" markalı 99- VJ-913 dövlət qeydiyyat nişanlı (hazırda 77- CF-886 dövlət qeydiyyat nişanlı) avtomobilləri pul ödəyərək qanuni yolla əldə etmişdir. Həmin avtomobillərin alınmasına müvafiq olaraq 10.000 manat və 10.000 manat, yəni cəmi 20.000 (iyirmi min) manat pul sərf etmişdir. Sonradan məlum olmuşdur ki, həmin avtomobillər başqa şəxslərə məxsus olmuş, X19 və X32 cinayət əlaqəsinə girərək notariusun diqqətsizliyindən istifadə edərək sərəncam vermək hüququnu verən etibarnamə əldə edərək qeyd olunan avtomobilləri satmışlar. Həmin faktlar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(001)-13/2024 nömrəli hökmündə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli 1(103)-874/2024 nömrəli qərarında öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-874/2024 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Həmin qərarla X19 və X32 dələduzluq əməllərinin törətmələrinə görə məhkum olunmuşlar. Məhkəmənin qərarı ilə mülkiyyətində olan "Opel Zafira" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki mülkiyyətçisi X5 qaytarılması, həmçinin iddiaçının mülkiyyətində olan "Toyota Prius" markalı 99- VJ-913 dövlət qeydiyyat nişanlı (hazırda 77- CF-886 dövlət qeydiyyat nişanlı) avtomobilin ilkin mülkiyyətçisi X10 qaytarılması qərara alınmışdır. Məhkəmə qərarlarından görünür ki, Hacıqabul rayon və Salyan rayon notariat ofisinin notariuslarının diqqətsizliyi nəticəsində avtomobillərə dair qanunsuz etibarnamələr verilmişdir.Həmin etibarnamələri notarius Cavabdeh3 və Cavabdeh4 təsdiq etmişdir. Belə ki, X19 "Opel Zafira" markalı "77-BZ891" dövlət qeydiyyat nişanlı avtomaşmı X23 adına nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarına gəlmiş və bu məqsədlə 22 oktyabr 2021-ci il tarixdə Hacıqabul rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən diqqətsizliyindən istifadə edərək X23 adma yalnız istifadə hüquqi verən etibarnamə əsasmda ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən "7E4690" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasmda "**-BZ-***" dövlət qeydiyyat nişanlı, "Opel Zafira" markalı avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi - 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X40 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə və adından alqı-satqı müqaviləsi bağlayıb İddiaçı satmışdır. Bundan başqa X19 "Toyota Prius" markalı 99- VJ-913 dövlət qeydiyyat nişanlı avtomaşmı X23 adma nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən qanunsuz etibarnamə əldə edib özgəninkiləşdirərək satıb pulunu mənimsəmək qərarma gəlmiş və bu məqsədlə 28 oktyabr 2021-ci il tarixdə Salyan rayonunda yerləşən Notariat Ofisinə müraciət edib orada işləyən notariusun diqqətsizliyindən istifadə edərək X23 adına yalnız icarə müqaviləsi əsasmda ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən "7E7121" reyestr nömrəli, etibarnamə əldə etmiş və həmin etibarnamə əsasmda "Toyota Prius" markalı 99- VJ-913 markalı avtomobili Anar Ağayevin iştirakı ilə və adından alqı-satqı müqaviləsi bağlanmışdır. "Toyota Prius” markalı avtomobili xx.xx.2021- ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi - 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X40 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Anar Ağayevin iştirakı ilə alqı-satqı müqaviləsi bağlayıb İddiaçı satılmışdır. Vurulan zərərlərin geri qaytarılması tələbi ilə çıxış etdikdə Cavabdeh3 mülki məsuliyyətinin "xxxx"xxxx"xxxx" ASC-yə müvafiq sorğu edilmiş, lakin sığorta sirri anlayışına əsaslanaraq sığorta müqaviləsi barədə məlumat verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmündə qeyd edilir ki, “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AE 130879 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən X11 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli X24 ilə (X25 əvəzinə) X19 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən X11 mülkiyyətində olan “Toyota Prius" minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi X12 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7127 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius" minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən X13 tərəfindən X17 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında X26 buna səlahiyyəti olmadığı halda X11 mülkiyyətində olan avtomobilə dair sərəncam vermiş və həmin avtomobil xx.xx.2021 -ci il tarixdə X8 mülkiyyətinə keçirilmiş və bununla bağlı sonuncuya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixdə X20 tərəfindən X12 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da “Toyota Prius” minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə dair Hacıqabul rayon notariat ofisində X29 xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında X23 buna səlahiyyəti olmadığı halda X8 mülkiyyətində olan avtomobilə dair sərəncam vermiş və həmin avtomobil xx.xx.2021-ci il tarixdə X3 mülkiyyətinə keçirilmiş və bununla bağlı sonuncuya BA132298 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. X7 xx.xx.2021-ci il tarixdə X12 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə vermişdir. Daha sonra X19 xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə X3 ona məxsus olan “Toyota Prius” minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqlarını X12 etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında nəqliyyat vasitəsi X19 tərəfindən buna səlahiyyəti olmadığı halda X6 mülkiyyətinə keçirilmişdir. Daha sonra həmin avtomobilə dair X14 tərəfindən 10 dekabr 2021-ci il tarixdə X2 hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə Təbriz Əlibəylinin mülkiyyətində olan həmin avtomobil Salamzadə Akifin mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni mülkiyyətçisi X15 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun X12 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, X19 tərəfindən X1 hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, X26 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini X8 mülkiyyətinə keçirmişdir. Daha sonra həmin avtomobil X8 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun X12 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, X19 tərəfindən X2 hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, X32 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini X3 mülkiyyətinə keçirtmişdir. Daha sonra X9 hazırladığı saxta etibarnamə əsasında, həmin avtomobil Əlibəyli Təbrizin mülkiyyətinə keçirilmişdir. X14 tərəfindən 10 dekabr 2021-ci il tarixdə X29 verilmiş olan sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında avtomobil X16 mülkiyyətinə keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-874/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, X9 AR CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddə ilə nəzərdə tutulmuş ictimai təhlüklə əməllərin törədildiyi gündən AR CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, AR CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən X19 CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə, barəsində həmin maddələrə cinayət işi üzrə icraata xitam verilmiş, X19 AR CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, yekun olaraq 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 manat cərimə cəzası saxlanılmışdır. Qərarda qeyd edilir ki, X19 əsas fəaliyyət istiqaməti taksi park xidmətinin göstərilməsindən ibarət olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ona etibar edilmiş özgə əmlakını təkrarən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə təkrarən talamağa cəhd etmiş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etmiş, hüquq verən digər rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, bilə-bilə həmin saxta sənədlərdən istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə, qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını ələ keçirməklə və əmlak hüquqlarını əldə etməklə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, taksi fəaliyyət ilə məşğul olan şəxslərə avtomaşınların icarəyə verilməsində ona köməklik edən və törətdiyi cinayətdən məlumatsız olan X23 adına sonuncunun şəxsiyyət vəsiqəsindən istifadə etməklə qanuni mülkiyyətində olmayan, yalnız istifadə hüququ verən etibarnamə əsasında ona etibar edilmiş nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən 7E4690 reyestr nömrəli etibarnamə əldə etmiş və həmin etibarnamə əsasında 12.500 manat dəyərində olan ** BZ *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı avtomobili xx.xx.2021-ci il tarixdə Anar Ağayevin iştirakı ilə və adından alqı-satqı müqaviləsi bağlayıb qanuni mülkiyyətçinin sərəncamından çıxarmaqla X18 7000 manata satıb özgəninkiləşdirərək, 12.500 manat dəyərində özgə əmlakını talayıb mənimsəməklə X5 xeyli miqdarda ziyan vurmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X32 etibardan sui-istifadə edmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşərək özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Qərarda eyni zamanda qeyd edilir ki, birinci instansiya məhkəməsi ** BZ *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı avtomobili ilkin qanuni mülkiyyətçisi X5, “Toyota Prius” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin qanuni mülkiyyətçisi X10 qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X19 ilə X32 qabaqcadan əlbir olmaqla cinayətkar əlaqəyə girərək əmlaklara sərəncam vermək hüququ verən etibarnamə əldə edərək, ** BZ *** dövlət qeydiyyat nişanlı Opel Zafira markalı və Toyota Prius markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri iddiaçıya dəyəri ödənilməklə satmışdırlar. Bundan sonra məhkəmənin qərarı ilə hər iki şəxs təqsirli bilinərək məhkum edilmiş və sözügedən avtomobillər ilkin mülkiyyətçilərinə qaytarılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin avtomobillər üçün ödəmiş olduğu pulun cavabdehlərdən tutulmasını xahiş edir. AR Mülki-Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddia tələbinin məzmunundan və işdə olan sübutlardan görünür ki, X19 ilə X23 təqsiri nəticəsində iddiaçıya zərər dəymişdir. Belə ki, iddiaçı X19 ilə X29 ümumilikdə 20.000 manat pul ödəyərək sözügedən şəxslərdən əmlaklar əldə etmiş, lakin sonradan həmin əmlaklar ondan alınaraq ilkin mülkiyyətçilərinə qaytarılmışdır. Belə ki, Ş.Bayramov və A.Ağayevin törətmiş olduğu dələduzluq əməli nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Hazırda isə iddiaçı ona dəymiş zərəri hazırki iş üzrə cavabdehlərdən deyil, məhz X19 və X21 tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan şəxslərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehlərə qarşı qaldırılması və hazırki cavabdehlərin sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə göstərilən maddi hüquq normalarına istinadən yekun nəticəyə gəlir ki, hazırki iş üzrə cavabdehlərin iddiaçıya vurulmuş zərərlə heç bir səbəbli əlaqəsi olmadığından iddia tələbi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2488/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2488/2024
20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver