Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2519/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alınmasını, Cavabdeh ASC ilə onun arasında bağlanmış 20 may 2014-cü il tarixli, 14035-309128 saylı kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı ilə əlaqədar restrukturizasiya tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və borc ödənildiyinə görə müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 20 may 2014-cü il tarixli, 14035- 309128 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin İmişli filialından 36 ay müddətinə illik 25 faizlə 12500 (on iki min beş yüz) ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmiş, 18 mart və 19 oktyabr 2015-ci il tarixlərində banka müraciət edərək restrukturizasiya razılaşmaları bağlamışdır. Lakin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri altına düşməsinə baxmayaraq bank ölkədə baş vermiş ikinci devalvasiyadan sonra bu müqavilələri restrukturizasiya etməmişdir. O, restrukturizasiya edilməsini tələb etsə də bank bunu həyata keçirməmişdir. O, restrukturizasiya ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka, həmçinin də digər aidiyyatı orqanlara müraciət etsə də, bu problemi öz gücünə həll edə bilməmişdir. Ona kömək etmək əvəzinə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanını ona şamil etməmişlər. Onun hesablamasına görə onun banka borcu qalmamışdır. Lakin bank ondan 6000 (altı min) manatdan çox pul tələb edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının 6cı bəndinə əsasən Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməsi, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlə görülməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi tövsiyyə edilmişdir. Orada göstərilir ki, kreditin qalıq məbləği 17.000 (on yeddi min) manatdırsa və onun vaxtı 1 ildən çox yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya etməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış 20 may 2014-cü il tarixli, 14035-309128 saylı kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı ilə əlaqədar restrukturizasiya tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və borc ödənildiyinə görə müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və izahatında əlavə olaraq göstərmişdir ki, Cavabdeh ASC ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hesablanmış restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faiz olmaqla, 60 ay müddətinə 7986,16 (yeddi min doqquz yüz səksən altı manat on altı qəpik) manat məbləğində kredit verilməsinə dair 19.11.2019-cu il tarixli, 038CASA193230003 nömrəli güzəştli kredit müqaviləsi bağlanmışdır, lakin o, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hesablanmış restrukturizasiya olunan borc məbləği ilə razı deyil və bu səbəbdən də hesab edir ki, ekspertiza təyin edilərək borc məbləği yenidən hesablanmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək göstərmişdir ki, tərəflərin müqavilə azadlığı hüququ qanunvericiliklə müəyyən edildiyindən iddiaçının restrukturizasiya tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi əsassızdır və məhkəmə baxışının predmeti ola bilməz. Bundan əlavə, İddiaçı ərizə ilə Banka müraciət etmiş və müştərinin müraciəti əsasında Cavabdeh ASC ilə İddiaçı arasında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 19.11.2019-cu il tarixli, 038CASA193230003 nömrəli güzəştli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faiz olmaqla, 60 ay müddətinə 7986,16 (yeddi min doqquz yüz səksən altı manat on altı qəpik) manat məbləğində kredit vermiş, müştəri isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi və s.” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanmış 09.09.2016-cı il tarixli ərizədən görünür ki, Bank tərəfindən ona əsassız olaraq artırılmış kredit faizinin azaldılmasını, Bank tərəfindən ona qarşı kreditlə bağlı yaradılmış problemin aradan qaldırılmasına köməklik etməyi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və İddiaçı ünvanlanmış 16.11.2016-cı il tarixli, 4679/03 nömrəli məktubdan görünür ki, 20 may 2014-cü il tarixli, 14***-******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən müştəri İddiaçı 36 ay müddətinə illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 12.500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi X2 ilə 20 may 2014-cü il tarixli, 14035-451739 saylı X4 ilə 20 may 2014-cü il tarixli 14***-******* saylı zaminlik müqavilələri bağlanılmışdır. Müştəri İddiaçı Kamil oğlu 18 mart və 19 oktyabr 2015-ci il tarixlərində banka müraciət edərək, Cavabdeh ASC ilə arasında bağlanılmış 20 may 2014-cü il tarixli, 14***-******* saylı kredit müqaviləsi üzrə restrukturizasiya əməliyyatının həyata keçirilməsini xahiş etmişdir. Bank tərəfindən müştərinin xahişi nəzərə alınaraq 20 may 2014-cü il tarixli, 14035-309128 saylı kredit müqaviləsinin restrukturizasiyasını həyata keçirərək 19 oktyabr və 18 mart 2015-ci il tarixlərində kredit müqaviləsinə dair razılaşmalar bağlanılmışdır. Ölkəmizdə baş vermiş 2-ci devalvasiyadan sonra müştəri Banka ərizə ilə müraciət edərək kredit müqaviləsi üzrə tərəfimizdən konvertasiya əməliyyatının aparılmasını xahiş etmişdir. Müştərinin kredit müqaviləsi üzrə tərəfimizdən mümkün olan güzəştlər artıq tətbiq olunmuş, kreditlər üzrə hər-hansı bir əlavə güzəştlər tətbiq olunarsa İddiaçı xidmət göstərən struktur bölməsi tərəfindən məlumat veriləcəkdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 19.11.2019-cu il tarixli, 038CASA193230003 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, Bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faiz olmaqla, 60 ay müddətinə 7986,16 (yeddi min doqquz yüz səksən altı manat on altı qəpik) manat məbləğində kredit verir, müştəri isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına və İddiaçı ünvanlanmış 08.06.2020-ci il tarixli, 3411 nömrəli məktubdan görünür ki, 20 may 2014-cü il tarixli, 14035-309128 saylı kredit müqaviləsinə əsasən “Bank Respublika" ASC tərəfindən müştəri İddiaçı 36 ay müddətinə illik 25% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi X2 ilə 20 may 2014-cü il tarixli 14035-/451739Z saylı, X4 ilə 20 may 2014-cü il tarixli 14035-/216970Z saylı zaminlik müqavilələri bağlanılmışdır. Müştəri İddiaçı 18 mart və 19 oktyabr 2015-ci il tarixlərində banka müraciət edərək, Cavabdeh ASC ilə arasında bağlanılmış 20 may 2014-cü il tarixli 14035-309128 saylı kredit müqaviləsi üzrə restrukturizasiya əməliyyatın həyata keçirilməsini xahiş etmişdir. Bank tərəfindən müştərinin xahişini nəzərə alınaraq, 20 may 2014-cü il tarixli 14035-309128 saylı kredit müqaviləsinin restrukturizasiyasını həyata keçirərək 19 oktyabr və 18 mart 2015-ci il tarixlərində kredit müqaviləsinə dair razılaşmalar bağlanılmışdır. Ölkəmizdə baş vermiş 2-ci devalvasiyadan sonra, müştəri banka ərizə ilə müraciət edərək kredit müqaviləsi üzrə tərəfimizdən konvertasiya əməliyyatı aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən bildirmək istəyirlər ki, müştəri kredit müqaviləsi və sonradan bağlanılan razılaşmalar ilə razı olduqdan sonra sənədlərə imza atmışdır. Sənədlər üzrə hər-hansı bir şübhə və ya anlaşılmazlıq yarandığı təqdirdə, İddiaçı ona xidmət göstərən struktur bölməsinə yaxınlaşaraq məlumat əldə etmək hüququ mövcuddur. Əlavə olaraq bildirmək istəyirlər ki, müştəri kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20 may 2014-cü il tarixli, 14035-309128 saylı kredit müqaviləsinə əsasən “Bank Respublika" ASC tərəfindən müştəri İddiaçı 36 ay müddətinə illik 25% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi X2 ilə 20 may 2014-ci il tarixli 14035-/451739Z saylı, X4 ilə 20 may 2014-cü il tarixli 14035-/216970Z saylı zaminlik müqavilələri bağlanılmışdır. Müştəri İddiaçı 18 mart və 19 oktyabr 2015-ci il tarixlərində banka müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanılmış 20 may 2014-cü il tarixli, 14035-309128 saylı kredit müqaviləsi üzrə restrukturizasiya əməliyyatının həyata keçirilməsini xahiş etmiş, Bank tərəfindən müştərinin xahişi nəzərə alınaraq, 20 may 2014-cü il tarixli, 14035-309128 saylı kredit müqaviləsinin restrukturizasiyası həyata keçirilərək 18 mart və 19 oktyabr 2015-ci il tarixlərində kredit müqaviləsinə dair razılaşmalar bağlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə Banka müraciət etmiş və “Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh ASC ilə İddiaçı arasında 19.11.2019-cu il tarixli, 038CASA193230003 nömrəli güzəştli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faiz olmaqla, 60 ay müddətinə 7986,16 (yeddi min doqquz yüz səksən altı manat on altı qəpik) manat məbləğində kredit vermiş, müştəri isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində “... Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsinə baxmayaraq bankın ölkədə baş vermiş ikinci devalvasiyadan sonra bu müqavilələri restrukturizasiya etməməsi, O, restrukturizasiya edilməsini tələb etsə də, bankın bunu həyata keçirməməsi, O, restrukturizasiya ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka, həmçinin də digər aidiyyatı orqanlara müraciət etsə də, bu problemi öz gücünə həll edə bilməməsi, ona kömək etmək əvəzinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının ona şamil edilməməsi”- kimi hallara istinad edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanında fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin yenidən qiymətləndirilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən kredit borclarının restrukturizasiyası məqsədilə güzəştli kreditlərin verilməsi üçün banklara vəsaitin ayrılması səlahiyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus olmuşdur. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydaların 6.6-ci bəndinə əsasən Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Lakin, həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisna olunur Belə ki, Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı müraciəti əsasında Cavabdeh ASC ilə İddiaçı arasında 19.11.2019-cu il tarixli, 038CASA193230003 nömrəli güzəştli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faiz olmaqla, 60 ay müddətinə 7986,16 (yeddi min doqquz yüz səksən altı manat on altı qəpik) manat məbləğində kredit vermiş, müştəri isə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının qanunsuz olaraq ona şamil edilmədiyini göstərsə də, məhkəmə iclasında izahat verərək Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hesablanmış restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə Cavabdeh ASC ilə onun arasında illik 1 faiz olmaqla, 60 ay müddətinə 7986,16 (yeddi min doqquz yüz səksən altı manat on altı qəpik) manat məbləğində kredit verilməsinə dair 19.11.2019-cu il tarixli, 038CASA193230003 nömrəli güzəştli kredit müqaviləsi bağlanmasını, lakin onun Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hesablanmış restrukturizasiya olunan borc məbləği ilə razı olmadığını və bu səbəbdən də ekspertiza təyin edilərək borc məbləğinin yenidən hesablanmalı olduğunu qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını, eləcə də məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları təhlil edərək belə hesab edir ki, iddiaçının iddia tələbini əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, iddiaçı ilə cavabdeh arasında özünün müraciəti əsasında “Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hesablanmış restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 19.11.2019-cu il tarixli müvafiq müqavilə bağlansa da, müqavilənin bağlanması tarixindən 2 ilə yaxın vaxt keçdikdən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hesablanmış restrukturizasiya olunan kredit borcunun qalıq məbləği ilə razı olmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə iddiaçı hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu ildə hesablanmış və iddiaçı tərəfindən mübahisələndirilməmiş restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə məhz özünün təşəbbüsü ilə cavabdehlə bağlanmış müqavilədə nəzərdə tutulmuş borc məbləğini mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin mənasına görə müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirməyi ehtiva edən bir anlayışdır. Bütün bunlara əsasən müqavilə bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan bu iradəsinin formalaşması və ifadəsi onun özünə mənsubdur. Müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilədə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının iddia tələbinin “restrukturizasiya tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsini əsassız hesab edir. Məhkəmə iddianın “restrukturizasiya tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsini əsassız hesab etdiyindən, iddianın “borc ödənildiyinə görə müqavilə üzrə öhdəliklərə xitam verilməsi” hissəsi isə törəmə tələb olduğundan məhkəmə iddianın həmin hissəsinə hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə qanunvericiliyin tələbini, işin faktiki hallarını nəzərə alaraq, eləcə də toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi və s.” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova İş № 2(009)-2111/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ (çıxarış) Bakı şəhəri Səbail Rayon Məhkəməsi 26 avqust 2021-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X3 cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 - Cavabdeh ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2519/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2519/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver