Məhkəmə qərarları › İş №2(009)-2530/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2530/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2530/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu kredit müqaviləsinə əsasən 18500 (on şəkkiz min beş yüz) manat pulun və dövlət rüsumu hesabına ödədiyi 145.50 (yüz qırıx beş manat əlli qəpik) pulun ümumilikdə 18645.50 (on şəkkiz min altı yüz qırx beş manat əlli qəpik) pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər mülki iş üzrə aralarında barışıq sazişi bağlandığından həmin barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki,

1. "Tərəflər" razılaşırlar ki, "birinci tərəf'in "ikinci tərəf'ə qarşı qaldırdığı iddia əsasında baxılan və hazırda Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)-2530/2025 saylı mülki işlə əlaqədar mübahisələndirilən məsələnin məhkəmədən kənar qaydada həlli ilə bağlı "Tərəflər" öz aralarında "Barışıq Sazişi" bağlamaqla, yaranmış mübahisəni razılaşdırdıqları şərtlərlə mübahisəsiz qaydada barışıq yolu ilə həll edirlər. 2. "Tərəflər" razılaşırlar ki, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M- 3786 retestr nömrəli "Kredit Müqaviləsinə əsasən, borc verən "birinci tərəf" İddiaçı, borc alan "ikinci tərəf" Cavabdeh geri verdiyi 18.500 (on səkkiz min beş yüz) AZN pulu qəbul edir və borc məbləği ilə bağlı tələbindən imtina edir. 3. "Tərəflər" razılaşırlar ki, aralarında bağlanmış "Barışıq Sazişi" məhkəmə qaydasında təsdiq edilməli və bu barədə Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)-2530/2025 saylı mülki iş üzrə yekun qərar qəbul edilməlidir. 4. "Birinci tərəf" İddiaçı, bəyan edir ki, onunla "ikinci tərəf" Cavabdeh arasında bağlanmış "Barışıq Sazişi"nin 2-ci bəndindəki şərtləri birmənalı qəbul edir, habelə bağladıqları "Barışıq Sazişi"ni, həmçinin bu "Barışıq Sazişi"nin əsasında veriləcək məhkəmə qərarını - heç bir vaxt mübahisələndirməyəcək, o cümlədən 18.500 (on səkkiz min beş yüz) AZN borc məbləği ilə bağlı heç bir zaman iddia tələbi irəli sürməyəcək, evni zamanda bu məsələlərlə əlaqədar tərəflərin bir-birinə bu və ya digər şəkildə (nağd pul, kredit, daşınar və daşınmaz əmlak formasında) heç bir zaman iddiaları olmayacaq. 5. "Barışıq Sazişi" Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 nüsxədə hazırlanmışdır. Sazişin, 1 nüsxəsi məhkəmədə, digər 2 nüsxəsi isə "tərəflər"də saxlanılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

I. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:

1. "Tərəflər" razılaşırlar ki, "birinci tərəf'in "ikinci tərəf'ə qarşı qaldırdığı iddia əsasında baxılan və hazırda Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)-2530/2025 saylı mülki işlə əlaqədar mübahisələndirilən məsələnin məhkəmədən kənar qaydada həlli ilə bağlı "Tərəflər" öz aralarında "Barışıq Sazişi" bağlamaqla, yaranmış mübahisəni razılaşdırdıqları şərtlərlə mübahisəsiz qaydada barışıq yolu ilə həll edirlər.

2. "Tərəflər" razılaşırlar ki, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M- 3786 retestr nömrəli "Kredit Müqaviləsinə əsasən, borc verən "birinci tərəf" İddiaçı, borc alan "ikinci tərəf" Cavabdeh geri verdiyi 18.500 (on səkkiz min beş yüz) AZN pulu qəbul edir və borc məbləği ilə bağlı tələbindən imtina edir.

3. "Tərəflər" razılaşırlar ki, aralarında bağlanmış "Barışıq Sazişi" məhkəmə qaydasında təsdiq edilməli və bu barədə Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)-2530/2025 saylı mülki iş üzrə yekun qərar qəbul edilməlidir.

4. "Birinci tərəf" İddiaçı, bəyan edir ki, onunla "ikinci tərəf" Cavabdeh arasında bağlanmış "Barışıq Sazişi"nin 2-ci bəndindəki şərtləri birmənalı qəbul edir, habelə bağladıqları "Barışıq Sazişi"ni, həmçinin bu "Barışıq Sazişi"nin əsasında veriləcək məhkəmə qərarını - heç bir vaxt mübahisələndirməyəcək, o cümlədən 18.500 (on səkkiz min beş yüz) AZN borc məbləği ilə bağlı heç bir zaman iddia tələbi irəli sürməyəcək, eyni zamanda bu məsələlərlə əlaqədar tərəflərin bir-birinə bu və ya digər şəkildə (nağd pul, kredit, daşınar və daşınmaz əmlak formasında) heç bir zaman iddiaları olmayacaq.

5. "Barışıq Sazişi" Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 nüsxədə hazırlanmışdır. Sazişin, 1 nüsxəsi məhkəmədə, digər 2 nüsxəsi isə "tərəflər"də saxlanılır.

II. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(009)-2530/2025 saylı mülki işin icraatına xitam verilsin. III. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 145 (bir yüz qırx beş) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın.

IV. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. V. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar