Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2540/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, İddiaçı Bank “BTB" Açiq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Məmmədov Emı̇ n Fərman oğlu, Məmmədova Nı̇ gar Fərhat qızına qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılıması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “BTB" Açiq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Məmmədov Emı̇ n Fərman oğlu, Məmmədova Nı̇ gar Fərhat qızına qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılıması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bank “BTB" Açiq Səhmdar Cəmı̇ yyətı̇ 24.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank “BTB" Açiq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Məmmədov Emı̇ n Fərman oğlu, Məmmədova Nı̇ gar Fərhat qızına qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılıması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2540/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2540/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver