Məhkəmə qərarları › İş №2(009)-2585/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2585/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2585/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 26.10.2017-ci il tarixli CAR-1696 saylı “X3” əsasında lizinqə verilmiş “Ravon Nexia R3” markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD110062 seriyalı, 2017-ci il buraxılışlı, Ban: 039413, mühərrik 0374, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 sürücünü iddiaçı ilə tanış etmişdir və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh avtomaşını idarə edərkən 13.02.2021-ci il tarixdə, saat 13.00 radələrində Tbilisi prospektində manevr qaydalarını pozmuşdur və 13.02.2021-ci il tarixli İXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Cavabdeh1 hərəkətləri avtomaşına 3295 manat və 200 manat məbləğində zərər dəymişdir. Həmin məbləği sonuncu ödəməkdən imtina etmişdir. Digər cavabdeh X2 şifahii öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 və Cavabdeh2 3295 manat maddi zərər, 200 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizəsində işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştiarkı olmadan baxılmasını mümkün hesab etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişləri göndərilmiş, Cavabdeh2 polis idarəsində qeydiyyatda olduğundan və Cavabdeh1 qeydiyyatda oduğu ünvanda yaşamadığından, onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizəsində işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, X3 üzrə İddiaçı heç bir öhdəliyinin qalmadığı bildirilmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Ravon Nexia R3» minik markalı **-PL-*** dövlət nömrə nişanlı avtomaşın "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə «Lizinq verən» qismində "xxxx" MMC ilə «Lizinq alan» qismində İddiaçı arasında bağlanmış AL-1696 №-li 26.10.2017-ci il tarixli X3nin kserosurətindən görünür ki, Lizinq verən Lizinq Alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (Lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla 48 ay müddətinə Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq verən X6 Alanın yekun sifarişi əsasında (2 saylı Əlavə) alqı-satqı müqaviləsi ilə ”UzAvto Bakı” MMC-dən əldə edir. Lizinq müqaviləsinin ümumi məbləği 13800 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən X1 verilmiş 12.02.2021-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 26.10.2017-ci il tarixli CAR- 1696 saylı “X3” əsasında lizinqə verilmiş 1 ədəd “Ravon Nexia R3” markalı, ** PL *** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 110062 seriyalı,2017 il buraxılışlı, ban 039413, mühərrik 0374, ağ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Etibarnamə 12.02.2021-ci il tarixdən 26.02.2021-ci il tarixi daxil olmaqla etibarlıdır. İş üzrə Bakı şəhər DYPİ YHN-nin 13.02.2021-ci il tarixli inzibati xəta haqqında protokolin kserosurətinə əsasən, Cavabdeh1 13.02.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş üzrə RS Avtoservis tərəfindən verilmiş 16.03.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən “Ravon Nexia R3” markalı ** PL *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 3295 manat ziyan dəymişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ziyan yetirilmiş “Ravon Nexia R3” markalı avtomaşının mülkiyyətçisi "xxxx" MMC olsa da, həmin avtomaşın lizinq müqaviləsi əsasında iddiaçının istifadəsinə verilmiş və qanuni əsaslarla iddiaçının sahibliyindədir. Həmin avtomaşın üzrə iddiaçı tərəfindən lizinq öhdəliyi tam icra edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının qanuni sahibilyində və istifadəsində olan avtomaşın 13.02.2021-ci il tarixdə cavabdeh E.Agayev tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi törətmiş və avtomaşına ziyan dəymişdir. Cavabdeh E.Agayev tərəfindən təqsirli olaraq yol-nəqliyyat hadisəsinin törədilməsi Bakı şəhər DYPİ YNH tərəfindən tərtib edilmiş İXP ******* seriyalı inzibati xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Yolnəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən maddi ziyanın məbləği 3295 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o avtomaşına vurulmuş maddi ziyanın əvəzini iki cavabdehdən tələb edir. Məhkəmə ilk növbədə iddiaçının avtomaşına vurulmuş ziyanın ödənilməsi ilə bağlı irəli sürdüyü tələbi hüquqi qiymət verərək aşağıdakıları qeyd edir . Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. AR Mülki Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq, iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçıya qanuni əsaslarla məxsus “Ravon Nexia R3” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulması tam təsdiq olunduğu üçün, o təqsirli şəxslərdən ona vurulmuş ziyanı tələb etməkdə tam haqlıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçıya məxsus avtomaşına ziyan vurulmasında yalnız Cavabdeh1 təqsirli hərəkətləri müəyyən olunduğu üçün, tələb olunan ziyan yalnız ondan tutula bilər. Digər cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, onun vurulmuş ziyanda hər hansı təqsirli hərəkətlərinin olması müəyyən olunmadığı üçün, ona qarşı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Bu səbəbdən iddia tələbi Cavabdeh2 qarşı hissədə əsassızdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcu kimi 200 manat məbləğində pulu tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında cərimənin ödənilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, eyni zamanda cavabdeh tərəfindən belə vəd verilmədiyindən, iddiaçının 200 manat cərimənin tutulması barədə tələbi əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, maddi ziyanın tutulması hissəsində tələb təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissəsində də tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 3295 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3325 (üç min üç yüz iyirmi beş) manat məbləğində pul tutulsun. İddia tələbi 200 manat cərimənin tutulması hissəsində və Cavabdeh2 münasibətdə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar