Məhkəmə qərarları › İş №2(009)-2590/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2590/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2590/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Hakim qeyd edir ki, Mülki Prosessual Məcəllənin 36-cı maddəsində konkret kateqoriyalardan olan işlər üzrə iddianın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün iddiaçıya seçim etmək hüququ verilmişdir. Nəzərə almaq lazımdır ki, belə seçim etmək hüququ yalnız iddiaçıya məxsusdur və o, 36-cı maddə də göstərilən işlər üzrə iddianı MPM-nin 35-ci maddəsini rəhbər tutaraq ərazi aidiyyəti üzrə, yaxud MPM-nin 36-cı maddəsinin verdiyi imkandan istifadə edərək bu normada göstərilən məhkəməyə verə bilər. Başqa sözlə MPM-nin 36-cı maddəsi dispozitiv xarakterlidir və iddiaçıya seçim imkanı verir, iddiaçı isə belə seçimi öz mülahizəsinə əsasən edə bilər. İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində, cavabdehin fatiki yaşadığı ünvan kimi ünvan 1n iddia ərizəsində özünün yaşadığı ünvanı kimi isə ünvan 2 Lakin “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışa əsasən iddiaçının qeydiyyat ünvanı ünvan 3diyyatda olduğu ünvanı isə ünvan 4yyən edilir. Hakim yuxarıdakıları nəzərə alaraq qeyd edir ki, iddiaçı X2 alimentin artırılması tələbi ilə bağlı iddia ərizəsi ilə özünün qeydiyyatda olduğu və ya faktiki yaşadığı ünvanı üzrə, ya da cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə yerləşən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. AR MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilən Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından hazırki iddia ərizənin məhkəmə icraatı qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Hakim həmçinin izah edir ki, tərəflər arasında nikahın pozulması və aliment tələbinə dair iddia üzrə qətnamənin Səbail rayon Məhkəməsində qəbul edilməsi alimentin artırılması ilə bağlı iddianı Səbail rayon Məhkəməsinə verilməsi üçün əsas ola bilməz, həmin tələb müstəqil tələbdir və AR MPM-nin 35 və 36-cı maddələrinin tələbləri nəzərə alınmaqla aidiyyəti məhkəməyə verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 35.1, 36.3, 40.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar