Məhkəmə qərarları › İş №2(009)-2591/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2591/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2591/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesablanmış kompensasiya məbləğinin qalıq borcdan silinməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit borcları “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28.02.2019-cu i tarixli 551 saylı Fərmanı ilə restrukturizasiya olunduqdan sonra həmin Fərman əsasında hesablanmış kompensasiyaların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən geri alındığını, uzun müddətdio kirayədə yaşadığını, düşdüyü ağır maddi vəziyyəti və xəstə olduğunu, himayəsində şəkər xəstəsi həyat yoldaşının olduğunu nəzərə alaraq həmin məbləğlərin onun qalıq borclarından çıxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi göstərilməlidir. Mülki-prosessual qanunvericilik cavabdehə qarşı irəli sürülmüş tələblərin aydın, konkret və başadüşülən olması nəzərdə tutmuşdur. İddiaçı tərəfindən isə irəli sürülmüş tələb konkret deyil. Yəni iddiaçı kimlərə qarşı borcun mövcud olması, qalıq borcunun məbləği, cavabdeh qismində göstərilən şəxslər tərəfindən geri alınan məbləğin miqdarı, ümumi borcdan çıxılmalı olan məbləğin miqdarı və hər cavabdehə münasibətdə nə qədər təşkil etməli olması konkret göstərilməmişdir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsində tələb konkret olmadığından, həmin iddia ərizəsi AR MPM-nin 149-cu madəsinin tələblərinə cavab vermir və bu səbəbdən onun məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci madədsini rəhbər tutaraq, hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesablanmış kompensasiya məbləğinin qalıq borcdan silinməsi barədə iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar