Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-26/2023 11.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X15 cəlb olunmaqla Cavabdeh2 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X19, Cavabdeh1, X11, X12, Cavabdeh2, X16 və X8 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 iddiaçı "xxxx" ASC-nin xeyrinə 43880.13 manat əsas, 4909.04 manat faiz olmaqla cəmi 48789.17 manat borcun, X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 24386.78 manat əsas, 1593.64 manat faiz olmaqla cəmi 25980.12 manat borcun, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 41353.96 manat əsas, 5994.68 manat faiz olmaqla cəmi 47348.64 manat borcun tutulması, X2 və X4 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 10348,13 manat əsas, 669.24 manat faiz olmaqla cəmi 11017.37 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair hər bir ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı olmaqla 123.08 manat dövlət rüsumunun 42.60 manat xidmət haqqının cavabdehlərdən tutulması, cavabdehlər Cavabdeh2 və X6 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə X19 arasında bağlanmış 5299 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən X17 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə X11 arasında bağlanmış 5288 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən X7 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə X12 arasında bağlanmış 5568 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla İsmayılov Rafuf ibrahim oğlu arasında 324 saylı, xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən X10 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Kredit müqavilələrinin təminatı kimi bankla Cavabdeh2 arasında Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə 5299 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə dair xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi, 5288 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə dair xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi, 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə dair ipoteka müqaviləsi, 5568 nömrəli xx.xx.2011ci il tarixli kredit müqaviləsinə dair xx.xx.2011-ci tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. Cavabdehlər kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlər: X13 xx.xx.2021-ci il tarixinə Banka 43880.13 manat əsas, 4909.04 manat faiz olmaqla cəmi 48789.17 manat, X5 xx.xx.2021-ci il tarixinə Banka 24386.78 manat əsas, 1593.64 manat faiz olmaqla cəmi 25980.12 manat, Cavabdeh1 xx.xx.2021-ci il tarixinə Banka 41353.96 manat əsas, 5994.68 manat faiz olmaqla cəmi 47348.64 manat, X3 xx.xx.2021-ci il tarixinə Banka 10348.13 manat əsas, 669.24 manat faiz olmaqla cəmi 11017.37 manat borcu mövcuddur. Kredit müqaviləsinin 12.1-ci maddəsinə əsasən Borcalan Müqavilənin tələbləri vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair bizim tərəfimizdən dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də, borcun təminatı kimi Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X9 iddiaçı "xxxx" ASC-nin xeyrinə 43880.13 manat əsas, 2320.64 manat faiz olmaqla cəmi 46200.77 manat borcun, X1 iddiaçı "xxxx" ASC- nin xeyrinə 21775.48 manat əsas, 225.03 manat faiz olmaqla cəmi 22000.51 manat borcun, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 41353.96 manat əsas, 8613.76 manat faiz olmaqla cəmi 49967.72 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair hər bir ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı olmaqla 123.08 manat dövlət rüsumunun 42.60 manat xidmət haqqının cavabdehlərdən tutulması, cavabdehlər Cavabdeh2 və X6 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-72/2022 saylı qərardadı ilə borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixdə öldüyündən, borclu Cavabdeh1 aid hissədə tələb ayrıca icraata ayrılmış, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-26/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 51551.54 manat borcunun, borcun təminatı kimi çıxış edən Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-Büf prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının cavabdehdən tutulması; cavabdehlər Cavabdeh2 və X6 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması; Ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bank" ASC cavabdehlər X19, Cavabdeh1, X14, X12, Cavabdeh2, X16 və X18 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, Cavabdeh1 vəfat etmiş və hüquqi varisi müəyyən edilməmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bank" ASC-nin cavabdehlər X19, Cavabdeh1, X11, X12, Cavabdeh2, X16 və X18 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Səbail rayon məhkəməsinin 2(009)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 aid hissədə tələb ayrıca icraata ayrılmış və mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Digər şəxslər məhkəmə prosesi zamanı kredit borcunu ödəmiş, Səbail rayon Məhkəməsinin 2(009)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X17, Cavabdeh2 və X8 qarşı iddia qismən təmin edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)- 72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən X19 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3683/2022 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibathq ekspertizası nəticəsində Cavabdeh1 44098.83 manat əsas borcu, 7542.70 manat faiz borcu, ümumilikdə 51.551.54 manat borcu müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 borcu, borcun təminatı kimi çıxış edən ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 51551.54 manat borcunun, borcun təminatı kimi çıxış edən Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının cavabdehdən tutulması; cavabdehlər Cavabdeh2 və X6 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə əmlakın boşaldılması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehlərin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etdikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC cavabdehlər X19, Cavabdeh1, X11, X12, Cavabdeh2, X16 və X18 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur Cavabdeh1 vəfat etmiş və hüquqi varisi müəyyən edilməmişdir. İddiaçı "xxxx" ASC-nin cavabdehlər X19, Cavabdeh1, X11, X12, Cavabdeh2, X16 və X18 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Səbail rayon məhkəməsinin 2(009)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 aid hişşədə tələb ayrıca icraata ayrılmış və mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Digər şəxslər məhkəmə prosesi zamanı kredit borcunu ödəmiş, Səbail rayon məhkəməsinin 2(009)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X17, Cavabdeh2 və X8 qarşı iddia qismən təmin edilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən X19 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3683/2022 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində Cavabdeh1 44098.83 manat əsas borcu, 7542.70 manat faiz borcu, ümumilikdə 51.551.54 manat borcu müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3683/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Beynəlxalq Bankı" ASC-nin cavabdehlər X19, Cavabdeh2 və X8 qarşı “ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə icraat, Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdeh1 ölümündən uzun müddət keçməsinə baxmayaraq, hüquqi varisi müəyyən olunmamışdır. Daha sonrа Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarı dərc edilmişdir. Qərarda qeyd olunur ki, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. "İpoteka haqqında" Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 borcu, borcun təminatı kimi çıxış edən ipotekaya qoyulmuş Cavabdeh2 məxsus, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməlidir. Odur ki, iddia ərizəsinə əlavə olaraq borcun Cavabdeh2 məxsus mənzilə yönəldilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, onların təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyən edilir ki, məhkəmə iclasında təqdim edilmiş AZ-İİ 114808 saylı, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, iş üzrə Cavabdeh1 08 avqust 2020-ci ildə ölmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh1 öldüyü üçün və cavabdehin hüquqi varisi müəyyən edilmədiyi üçün işə baxılmasının tezliyinin təmin edilməsi baxımından Cavabdeh1 aid hissədə tələb ayrıca icraata ayrılmalıdır. Həmin qərardad ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X19, Cavabdeh1, X11, X12, Cavabdeh2, X16 və X8 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair 2(009)-72/2022 saylı iş üzrə Cavabdeh1 aid hissədə tələb ayrıca icraata ayrılmış, ayrılmış materiallara 2(0Q9)-72/2022 saylı mülki işin materiallarının surətləri əlavə edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Hazırda Cavabdeh1 hüquqi varisi müəyyən edilməmiş, ayrılmış icraat üzrə qəbul edilmiş qətnamədən cavabdehlər X19 və Cavabdeh2 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraat, Cavabdeh1 hüquqi varisi müəyən edilənədək dayandırılmışdır. Hazırda Cavabdeh1 hüquqi varisi müəyyən edilməmişdir. Ona görə də hesab edir ki, tərəflərin prosessual statusunda heç bir dəyişiklik olmadığına, həmçinin işin dayandırılmasına səbəb olmuş hallar aradan qalxmadığına görə iş üzrə icraat təzələnməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21 may 2011-ci il tarixli, 5278 saylı kredit müqaviləsinə əlavədən görünür ki, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən kredit borcu aylıq 1,634.71 manat olmaqla, xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixdə bitməli idi. İş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, kredit müqavilələrinin təminatı kimi bankla Cavabdeh2 arasında Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə 5299 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə dair xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi, 5288 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə dair xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi, 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə dair ipoteka müqaviləsi, 5568 nömrəli xx.xx.2011ci il tarixli kredit müqaviləsinə dair xx.xx.2011-ci tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********21 nömrəli Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-ə ünvanlanmış məktubdan görünür ki, ünvan 4 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 25, mənzil 6 "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AZ-İİ 114808 saylı, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 08 avqust 2020-ci ildə ölmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-72/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X19, Cavabdeh1, X11, X12, Cavabdeh2, X16 və X8 qarşı ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair 2(009)-72/2022 saylı mülki iş üzrə Cavabdeh1 (xx.xx.2020-ci ildə ölmüşdür) aid hissədə tələbin ayrıca icraata ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-72/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X9 "xxxx" ASC-nin xeyrinə 43880,13 manat məbləğində əsas borc, 2832,58 manat məbləğində faiz borcu olmaqla, cəmi 46712,71 manat borc, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqı, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 25 ünvanda yerləşən 6 saylı mənzilə yönəldilməsi, ipoteka mənzilin ilkin satış qiymətinin 367000 manat müəyyən edilməsi və açıq hərracdan satılması, ipotekaya qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 25 ünvanda yerləşən 6 saylı mənzilin satışından əldə olunan pul vəsaitindən cavabdeh X13 "xxxx" ASC-yə olan borcu ödənildikdən sonra, yerdə qalan məbləğin 50.009,14 manat hissəsinin "xxxx" ASC-nin depozit hesabına qoyulması, qalan məbləğin ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 25 ünvanda yerləşən 6 saylı mənzil satıldıqdan 1 (bir) ay sonra boşaldılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vərəsəlik işlərinin açılması barədə Elektron məlumatdan görünür ki, Cavabdeh1 ilə bağlı daxil edilmiş məlumatlara uyğun vərəsəlik işi aşkar edilməmişdir. Təqdim olunmuş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2022-ci il tarixli YDQM 103-063/2022 saylı rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən 6 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 473.600 manat, likvid dəyəri isə 426.000 AZN müəyyən edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 5278 nömrəli xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faiz olmaqla, 120 ay müddətinə 100000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin ipotekaya qoyulması barədə xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə yüklü edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 08 avqust 2020-ci ildə ölmüşdür və onun hüquqi varisi müəyyən edilməmişdir. Bank borclu Cavabdeh1 öldüyü üçün onun yaranmış 51551,54 manat borcunun, borcun təminatı kimi çıxış edən Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında izah etmişdir ki, ipotekanın xitamı əsasları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli qərarında göstərmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında izah edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsinin Plenumu izah edir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 08 avqust 2020-ci ildə ölmüşdür və onun hüquqi varisi müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 51551.54 manat borcunun, borcun təminatı kimi çıxış edən Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilə yönəldilməsi, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının cavabdehdən tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan, Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehin Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekayaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunverici ipoteka müqaviləsi əsasında kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi qaydasını müəyyən etmişdir. Məhkəmə tutmanın Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 25 ünvannda yerləşən 6 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipotekaya qoyulmuş mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi tələbini əsaslı hesab etdiyindən, ipoteka mənzil satıldıqdan 1 ay sonra mənzilin boşaldılması barədə tələbi əsaslı hesab edir. “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipotekaqoyana qaytarılır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2022-ci il tarixli YDQM 103-063/2022 saylı rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən 6 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 473.600 manat, likvid dəyəri isə 426.000 AZN müəyyən edilir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə qərardadı əsasında aparılmış ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 426.000 manat müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və X6 ipotekaya qoyulmuş Bakı şəhəri, Bül-Bül prospekti 25 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində əsassızıdr və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi cavabdehlərin mənzilindən istifadə hüququna xitam verilməsi üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə ölmüş borclu Cavabdeh1 51551,54 (əlli bir min beş yüz əlli dörd qəpik) manat borcu ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzilinə yönəldilməli, İpoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzilinin ilkin satış qiyməti 426.000 (dörd yüz iyirmi altı min) manat müəyyən edilsin və açıq hərracdan satılmalı, İpotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzilinin satışından əldə olunan pul vəsaitindən borclu Cavabdeh1 51551,54 (əlli bir min beş yüz əlli dörd qəpik) manat borcu, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 10,65 (on manat altmış beş qəpik) manat xidmət haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulsun, qalan məbləğ ipoteka qoyan Cavabdeh2 qaytarılmalı, İpoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzili satıldıqdan 1 (bir) ay sonra boşaldılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, eyni zamanda, bildirişin qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 manat dövlət rüsumu, 10,65 manat xidmət haqqı və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə ölmüş borclu Cavabdeh1 51551,54 (əlli bir min beş yüz əlli dörd qəpik) manat borcu ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzilinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzilinin ilkin satış qiyməti 426.000 (dörd yüz iyirmi altı min) manat müəyyən edilsin və açıq hərracdan satılsın. İpotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzilinin satışından əldə olunan pul vəsaitindən borclu Cavabdeh1 51551,54 (əlli bir min beş yüz əlli dörd qəpik) manat borcu, ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ipoteka müqaviləsi üzrə 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 10,65 (on manat altmış beş qəpik) manat xidmət haqqı, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulsun, qalan məbləğ ipoteka qoyan Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 25 saylı evin 6 saylı mənzili satıldıqdan 1 (bir) ay sonra boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-26/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-26/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver