Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2626/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 dekabr 2013-cu il tarixli C455 saylı kredit müqaviləsinə əsasən 1716,28 (min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas borc, 2566,63 (iki min beş yüz altmış altı manat altmış üç qəpik) manat faiz borcu, 1785,89 (min yeddi yüz səksən beş manat səksən doqquz qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 493,92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 6562,72 (altı min beş yüz altmış iki manat yetmiş iki qəpik) manat borc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2013-cu il tarixli C455 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak xərclərinin ödənilməsi məqsədi ilə Plastik kart vasitəsi ilə 24 (iyirmi dörd ay) müddətinə, illik 24% ödəmək şərtilə 3,000 (üç min) manat məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. 16.11.2017-ci il tarixdə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə 15.09.2017-ci il tarixə 30 dekabr 2013-cü il tarixli C455 saylı kredit müqaviləsinə əsasən olan borcunun tutulması məqsədi ilə məhkəməyə müraciət olunmuşdur. 09.01.2019-cu il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuşdur. Qətnamədən narazı qalmış Cavabdeh apelyasiya şikayəti vermiş və 07.10.2020-ci il tarixli Apellyasiya Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC-nin Müştarilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli C455 saylı kredit müqaviləsinə əsasən 21.09.2021-ci il tarixə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə 1716,28 (min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas borc, 2566,63 (iki min beş yüz altmış altı manat altmış üç qəpik) manat faiz borcu, 1785,89 (min yeddi yüz səksən beş manat səksən doqquz qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 493,92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 6562,72 (altı min beş yüz altmış iki manat yetmiş iki qəpik) manat borc borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən hesablanmış kompensasiya məbləği borcdan çıxılmamış, faiz və cərimə borcu da artıq hesablanmışdır. İddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli, C455/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 30 dekabr 2013-cü il tarixli C455 saylı kredit müqaviləsinə əsasən 21.09.2021-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASC-yə 1716,28 (min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas borc, 2566,63 (iki min beş yüz altmış altı manat altmış üç qəpik) manat faiz borcu, 1785,89 (min yeddi yüz səksən beş manat səksən doqquz qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 493,92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 6562,72 (altı min beş yüz altmış iki manat yetmiş iki qəpik) manat borcu vardır. İşə əlavə edilmiş 04 oktyabr 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, borclu Cavabdeh 30 dekabr 2013-cü il tarixli C455 saylı kredit müqaviləsinə əsasən 15.09.2017-ci il tarixinə Ləğv prosesində olan İddiaçı ASC-yə 3815,8 (üç min səkkiz yüz on beş manat səksən qəpik) manat əsas borc, 917,01 (doqquz yüz on yeddi manat bir qəpik) manat faiz borcu, 732,03 (yeddi yüz otuz iki manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 5464,84 (beş min dörd yüz altmış dörd manat səksən dörd qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş Ləğv prosesində olan İddiaçı ASC-dən verilmiş hesabdan çıxarışdan görünür ki, 19.04.2019-cu il tarixdə Fərmanla bağlı 2099,52 (iki min doxsan doqquz manat əlli iki qəpik) manat kompensasiya məbləği əsas məbləğdən çıxılmışdır. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 07.10.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2019 nömrəli, 09.01.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 31.08.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli, C455/13 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit vermiş, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 21.09.2021-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASC-yə əsas, faiz və cərimə borcu qalmışdır. İddiaçı 1716.28 (min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas borc, 2566.63 (iki min beş yüz altmış altı manat altmış üç qəpik) manat faiz borcu, 1785.89 (min yeddi yüz səksən beş manat səksən doqquz qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 493.92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 6562.72 (altı min beş yüz altmış iki manat yetmiş iki qəpik) manat borc yarandığını iddia və tələb edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki “1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Məhkəmə cavabdehin nümayəndəsinin müvafiq “kompensasiya məbləğinin borcdan çıxılmaması ilə bağlı” dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan çıxarışdan görünür ki, 19.04.2019-cu il tarixdə Fərmanla bağlı 2099,52 (iki min doxsan doqquz manat əlli iki qəpik) manat kompensasiya məbləği borc məbləğdən çıxılmışdır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq üzərinə götürülmüş öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 1716.28 (min yeddi yüz on altı manat iyirmi altı qəpik) manat əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə tələb edilən 2566.63 manat faiz borcuna münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan iddiaçının daha əvvəl məhkəməyə müvafiq iddia tələbi ilə müraciət edən zaman (Bakı Apellyasiya Məhkəməsinin 07.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2019 nömrəli, 09.01.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır) təqdim etdiyi 04 oktyabr 2017ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin bəhs edilən kredit müqaviləsi üzrə 30 dekabr 2015-ci ilə, yəni müqavilə müddətinin bitdiyi tarixə banka 917,01 manat məbləğində faiz borcu mövcud olmuşdur. Lakin 21.09.2021-ci il tarixli maliyyə arayışında 1716.28 (min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas borc, 2566.63 (iki min beş yüz altmış altı manat altmış üç qəpik) manat faiz borcu, 1785.89 (min yeddi yüz səksən beş manat səksən doqquz qəpik) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 493.92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat faiz borcu olduğu göstərilmişdir. 21.09.2021-ci il tarixli maliyyə arayışında göstərildiyi kimi cavabdehə həm kredit müqaviləsi üzrə 2566.63 manat faiz borcu, həm də kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən 493.92 manat faiz borcu hesablanmışdır. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında göstərdiyi hüquqi mövqeni, eləcə də daha əvvəl məhkəməyə müvafiq iddia tələbi ilə müraciət edən zaman iddiaçının təqdim etdiyi 04 oktyabr 2017-ci il tarixli maliyyə arayışında cavabdehə kredit müqaviləsi üzrə 30 dekabr 2015-ci ilə, yəni müqavilə müddətinin bitdiyi tarixə 917,01 manat məbləğində faiz borcunun hesablanmasını, həmçinin 21.09.2021-ci il tarixli maliyyə arayışında göstərildiyi kimi kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən 493.92 manat faiz borcu hesablanmasını nəzərə alaraq, müqavilə müddəti bitdikdən sonra kredit müqaviləsi üzrə 21.09.2021-ci il tarixədək 2566.63 manat faiz borcunun hesablanmasını əsassız hesab edir. Belə olan halda, Cavabdeh müqavilə müddətinin bitdiyi 30 dekabr 2015-ci il tarixədək hesablanmış 917,01 manat məbləğində faiz borcu, həmçinin kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 493.92 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “1785.89 (min yeddi yüz səksən beş manat səksən doqquz qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 1716.28 (bir min yeddi yüz on altı manat iyirmi altı qəpik) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “1785.89 (bir min yeddi yüz səksən beş manat səksən doqquz qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 15 (on beş) manat hissəsi və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1716.28 (bir min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas borc, 917,01 (doqquz yüz on yeddi manat bir qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu və kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 493.92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3227,21 (üç min iki yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutulmalı, dövlət rüsumunun 15 (on beş) manat hissəsi və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1716.28 (bir min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas borc, 917,01 (doqquz yüz on yeddi manat bir qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 493.92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3227,21 (üç min iki yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2626/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2626/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver