Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2630/2020 22.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh oğluna qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İMEİ kodu **********68943 Samsung galaxy A10, X2 HV, X1 Samsung A10 Black, X3 Samsung A10 Black üçün 153 (yüz əlli üç) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, cəmi 168 manat; İMEİ kodu **********94306 Samsung Galaxy S8 DUAL markalı telefon üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, cəmi 88 manat; İMEİ kodu **********14964 Samsung Galaxy A20, **********60401 Samsung Galaxy A20 markalı telefon, 2 ədəd Samsung A20 Araree A cover Black, 2 ədəd 4D Glass Full BLACK Samsung A50 üçün 879 (səkkiz yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat cərimə, cəmi 967 manat olmaqla, ümumilikdə 1223 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh oğluna Azərpoçt vasitəsi ilə məktub məktub göndərilmiş, cavabdeh həmin məktubu xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********68943 Samsung galaxy A10, X2 HV, X1 Samsung A10 Black, X3 Samsung A10 Black, İMEİ kodu **********94306 Samsung Galaxy S8 DUAL markalı telefon, İMEİ kodu **********14964 Samsung Galaxy A20, **********60401 Samsung Galaxy A20 markalı telefon, 2 ədəd Samsung A20 Araree A cover Black, 2 ədəd 4D Glass Full BLACK Samsung A50 almış və nəticədə 1223 (min iki yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 378 (üç yüz yetmiş səkkiz) manat (9 ay x 42 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********68943 Samsung galaxy A10, X2 HV, X1 Samsung A10 Black, X3 Samsung A10 Black üçün 168 (yüz altmış səkkiz) manat olmaqla ondan, 153 (yüz əlli üç) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1453 (min dörd yüz əlli üç) manat (12 ay x 102 manat + 229 manat ilkin ödəniş) İMEİ kodu **********94306 Samsung Galaxy S8 DUAL markalı telefon üçün 88 manat olmaqla ondan, 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1056 (min əlli altı) manat (12 ay x 88 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********14964 Samsung Galaxy A20, **********60401 Samsung Galaxy A20 markalı telefon, 2 ədəd Samsung A20 Araree A cover Black, 2 ədəd 4D Glass Full BLACK Samsung, A50 üçün 967 (doqquz yüz altmış yeddi) manat olmaqla ondan, 879 (səkkiz yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1767 manat təşkil edir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, 1223 manat borc yaranmışdır. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə 153 (yüz əlli üç) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə olmaqla, cəmi 168 (yüz altmış səkkiz) manat, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə üzrə 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 879 (səkkiz yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat cərimə olmaqla, cəmi 967 (doqquz yüz altmış yeddi) manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1223 (bir min iki yüz iyirmi üç) manat borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə İMEİ kodu **********68943 Samsung galaxy A10, X2 HV, X1 Samsung A10 Black, X3 Samsung A10 Black , üçün 153 (yüz əlli üç) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, cəmi 168 manat; İMEİ kodu **********94306 Samsung Galaxy S8 DUAL markalı telefon üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, cəmi 88 manat; İMEİ kodu **********14964 Samsung Galaxy A20, **********60401 Samsung Galaxy A20 markalı telefon, 2 ədəd Samsung A20 Araree A cover Black, 2 ədəd 4D Glass Full BLACK Samsung A50 üçün 879 (səkkiz yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat cərimə, cəmi 967 manat olmaqla, ümumilikdə 1223 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2630/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2630/2020
22.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver