Məhkəmə qərarları › İş №2(009)-2637/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2637/2020

04.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2637/2020 04.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı müqavilələr üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi 1817 manatın; xx.xx.2019-cu il tarixli digər müqavilə üzrə cəmi 2393 manatın; xx.xx.2019-uc il tarixli müqavilə üzrə cəmi 960 manatın; xx.xx.2019-uc il tarixli müqavilə üzrə cəmi 1041 manatın; xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi 1151 manatın ,ümumilikdə 7362 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, idddaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən ayrı-ayrı – müqavilələr üzrə yaranmış borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilən Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, hazırki tələblər iki ayrı-ayrı müqavilələr üzrə yaranmış borcun tutulması ilə bağlıdır və hər üç müqavilə üzrə borcalan Cavabdeh olsa da, həmin tələblər arasında hər hansı əlaqə yoxdur. Beləliklə hakim hesab edir ki, irəli sürülmüş tələblər üç müqavilə üzrə borc alan eyni şəxs olsa da, həmin tələblər biri-biri ilə əlaqədar deyil. Hər müqavilə ayrı-ayrı münasibətlərin predmeti kimi çıxış edir və müqavilələr üzrə yaranmış öhdəliklər müxtəlifdir. Bu səbəbdən həmin müqavilələr üzrə borcun tutulması ilə bağlı iddia ərizələri ayrı-ayrı şəkildə məhkəməyə verilməlidir. Beləliklə hakim hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim izah edir ki, iddiaçı hər kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı ayrıca şəkildə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı müqavilələr üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar