Məhkəmə qərarları › İş №2(009)-266/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-266/2022

03.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-266/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh1 arasındakı nikah pozulmuşdur.Həmin vaxtdan başlayaraq cavabdeh onların birgə nikahından doğulmuş 28.02.2021-ci il təvəllüdlü X1 üçün hər ay maddi kömək göstərməmişdir. Belə ki, cavabdehlə arasında olan nikah pozulduqdan sonra dünyaya gəlmiş azyaşlı övladının saxlanılması üçün müvafiq pul məvacibinə ehtiyac olmuşdur.Lakin cavabdehlə həmin vaxtdan indiyə qədər azyaşlı uşaqlarının heç bir qeydinə qalmamışdır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir.Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.Buna görə də o, cavabdehdən aliment və baxım pulu almaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldimişdir. Göstərilənləri nəzərə alaraq bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 28.02.2021-ci il təvəllüdlü X3 üç yaşına çatana qədər baxılması üçün hər ay 100 (yüz) manat və 28.02.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, cəmi 275 (iki yüz yetmiş beş) manat Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin mahiyyəti üzrə baxılması barədə tələbini, bu kateqoriyadan olan işlərə qanunla qısaldılmış müddət ərzində baxılmalı olmasını nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, birinci uşağa görə hər ay 175 manat alimenti vaxtında ödəyir. İkinci uşağa görə isə aliment ödəmək imkanı yoxdur. O, fərdi bərbərdir, qazancı o qədər də çox deyil, bank qarşısında öhdəliyi var, maddi vəziyyəti yaxşılaşdığı təqdirdə ikinci uşağa görə də aliment ödəyəcəkdir. Hazırda isə ödəmək iqtidarında deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh1 ilə X7 arasında 16.02.2018-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 422 №-li akt qeydi icra edilmişdir, nikahdan sonra ərə Səmədzadə, arvada Səmədzadə soyadı verilmişdir. İş üzrə 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 28.02.2021-ci il təvəllüdlü –X5 adlı uşağı var. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-484/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında 16.02.2018-ci il tarixdə 422 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 21.05.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh1 hər ay 175 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 və X6 arasında olan nikah Səbail rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 20.03.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 24.06.2021ci il tarixdə 122 No ilə qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 16.02.2018-ci il tarixdə nikah bağlanılmış və onların 21.05.2018-ci təvəllüdlü Renat və 28.02.2021-ci il təvəllüdlü Rauf adlı uşaqları var.Tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan olan Renat adlı uşağı iddiaçının yanında saxlanılmış və cavabdehdən uşağın saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edildikdən sonra Rauf adlı övladı anadan olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh Rauf adlı uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını, uşaq 3 yaşına çatanadək 100 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki o, uşağın saxlanması üçün 175 manat aliment tələb edir. Məhkəmə tərəflərin nikahın pozulduqdan sonra anadan olmuş uşağın iddiaçının yanında qalmasını, həmin uşağın saxlanılması üçün cavabdehin iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edilməsini, işə verilmiş tələb üzrə baxılmalı olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləği şəklində aliment tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehdən Rauf adlı uşağın 3 yaşına çatanadək saxlanılması üçün əlavə 100 manat alimetin tutulması tələbi üzrə qeyd edir ki, həmin tələb təmin edilməməlidir. AR Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Məhkəmə qeyd edir ki, arvadın ərindən uşaq 3 yaşına çatanadək aliment tələb etmək hüququnun yaranması üçün, cavabdehin belə vəsaitə malik olması tələb olunur. Məhkəmə hesab edir ki, iddiaçı 100 manat maddi yardıma ehtiyacının olması və cavabdehin iddiaçının saxlanılması üçün 100 manat aliment ödəməyə zəruri vəsaitə malik olması ilə bağlı sübutlar təqdim etmədiyindən, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - 09.12.2021-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2100 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 41 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 09.12.2021-ci il tarixdən başlayaraq, 28.02.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 41 (qırx bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar