Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2687/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmməd oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh onun dostudur. Cavabdehlə "xxxx" ASC arasında 05.12.2011-ci il tarixli 1280 nömrəli kredit müqaviləsinə əsasən minik avtomobilinin alınması üçün 36 ay müddətinə illik 19% dərəcəsi ilə hesablanmaqla 46000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ona məxsus “Lexus LX-470” nömrəli, **-LC-*** qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmiş və tərəflər arasında 05.12.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin öhdəliklərini icra edə bilmədiyindən “Lexus LX-470” nömrəli, **-LC-*** qeydiyyat nişanlı avtomobilini ona sataraq, bank borcunu hər ay ödəməyini və kredit məbləğini bundan sonra onun ödəməsini bildirərək avtomobili ona vermişdir. O, 05.01.2012-ci ildən başlayaraq 12 ay ərzində 16408 ABŞ dolları, 30.01.2013-cü ildən, 30.12.2013-cü il tarixdən 11000 ABŞ dolları, 30.01.2014cü ildən, 30.01.2015-ci il tarixdən 11500 ABŞ dolları ödəməklə cəmi 38908 ABŞ dolları banka köçürmüşdür. Bu məbləğləri o, Cavabdeh adına hər ay banka köçürmüşdür. Bank mədaxil qəbzinin ona istiqamətdə sol tərəfində olan imza ona mənsubdur. Bütün təqdim etdiyi qəbzlərdə həmin istiqamətdəki imzalar onundur. Cavabdeh özü də bütün bunları təsdiq edə bilər. O, pulunu ödədiyi halda cavabdeh üstün mövqeyindən istifadə edərək ona satmış olduğu, kreditlərini ödədiyi “Lexus LX-470” nömrəli, **-LC-*** qeydiyyat nişanlı avtomobilini həyətindən aparmışdır. Onu aldatmışdır. Onun 38908 ABŞ dollarının müqabilində avtomobilin bu şəxs tərəfindən aparılmışdır. Nəticədə o, həm avtomobildən məhrum edilmiş, həm də banka 38908 ABŞ dolları ödəyərək aldadılmışdır. O, cavabdehdən 38908 ABŞ dollarının Azərbaycan manatı ilə olan məzənnəsi üzrə ondan pulunu istəyir. Bu pulu o, banka ödəmişdir. Çünki cavabdehlə razılaşaraq avtomobilin müqabilində bu pulu ödəmişdir.O, cavabdehdən 38908 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə pulunu tələb edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh iddiaçı tərəfindən “Lexus LX-470” nömrəli, **-LC-*** qeydiyyat nişanlı avtomobilə görə onun krediti olaraq ödədiyi 38908 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə müvafiq olaraq ondan tutulub iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı Məhəmmməd oğlu və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Cavabdeh işə mahiyyəti üzrə baxılması barədə ərizəsini nəzərə alaraq işə iddiaçı və onun nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, avtomobil ustasıdır. İddiaçı çoxdan tanıyır. Bir usta kimi onun avtomaşınını təmir edərkən tanış olmuşlar. Sonradan tanışlıqları dostluğa çevrilmişdir. 2011-ci ilin sonlarında Burzu “Lexus 470” markalı avtomaşın almaq fikrinə düşmüş, həmin vaxtı onun “Land Cruiser” markalı avtomaşını olmuş, həmin avtomaşın da bankda yüklü olmuşdur. Burzu onunla birlikdə Babək prospektində yerləşən avtosalona getmiş, orada “Lexus 470” markalı avtomaşını bəyənmiş, öz maşınını da qiymətləndirərək fərqinin 61000 manat olması barədə razılığa gəlmişlər. Burzunun o vaxt maddi imkanı yaxşı olmuşdur, lakin müəyyən hissə pulun bankdan götürülməsini qərara almışdır. Burzu ilə birlikdə banka getmişlər, bankda Burzuya bildirmişlər ki, onun adına avtomaşın var, ikinci dəfə kredit götürə bilməz, Burzu ona demişdir ki, şəxsiyyət vəsiqəsi üstündədirsə müqavilə onunla bağlanılsın, o ödənişləri həyata keçirəcək. Bank əməliyyatı günün sonunda yekunlaşmış, səhərisi günü o Burzunun adına etibarnamə vermiş və Burzu avtomaşını həmin vaxtdan idarə etməyə başlamışdır. Bir neçə ildən sonra bank tərəfindən ona zəng olunmuş, müqavilə üzrə ödənişlərin edilmədiyi bildirilmiş və təklif edilmişdir ki, avtomaşın banka gətirilsin, müvafiq razılaşma əsasında yeni qrafik açılma yolu ilə ödəniş etsinlər. Lakin Burzu bununla razılaşmamış, sonra devalvasiya baş vermiş, Burzu ilə banka gedərkən onların əvvəl etdikləri təkliflə razılaşdırdığını bildirmiş, lakin bankdan bildirmişlər ki, artıq gecdi. Sonra bank onun məhkəməyə vermiş, o heç bir məhkəmədə iştirak etməmişdir .Burzunun vəkillərinə etibarnamə vermişdir, birinci instansiya məhkəməsi qətnamə çıxarmış, Burzu demişdir ki, qətnamədə dəbbə pulu çox tutulub, o apellyasiya şikayəti verəcək. Sonra eşitmişdir ki, apellaasiya qaydasında da işə baxılmış və müqavilə üzrə banka təxminə 30000 ABŞ dolları borcun olması müəyyən edilmişdir. Qətnamə icraya yönəldildikdən sonra X1 İdarəsinə gedərək etibarnaməni ləğv etdirmiş və avtomaşını saxlanılıb ona qaytarılması barədə müraciət etmişdir. Bir müddət sonra DYP-dan ona zəng edərək avtomaşını saxlanca qoyulduğu bildirilmiş,o gedərək saxlanc yerindən avtomaşını götürmüşdür. Avtomaşının hazırda 15-17 min ABŞ dolları qiyməti olar. Qətnamə ilə isə banka 30000 ABŞ dollarına yaxın pul ödənilməlidir .Ona görə də o bankla müvafiq razılığa gəlmək istəyir ki, bu işi həll etsin. İddiaçı ona maddi ziyan vurduğu halda, ödədiyi pulu ondan tələb edir. Halbuki müqavilə formal surətdə onun adına rəsmiləşdirilmiş, ilk gündən etibarnamə verərək Burzunun sahibliyində olmuş və ödənişi Burzu həyata keçirmişdir. Cavabdeh qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş üzrə AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Lexus LX470» markalı, ** LC ***i/o dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə 06 dekabr 2011-ci il tarixdə Cavabdeh adından İddiaçı daşınmaz əmlak istisna olmaqla onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi etibar etməsi barədə yazılı səlahiyyətə dair etibarnamə Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən 7E/386561 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. İş üzrə Cavabdeh tərəfindən verilmiş 06.12.2011-ci il tarixli etibarnamənin kserosurətinə əsasən Cavabdeh məxsus «Lexus LX470» minik markalı ** LC ***i/o dövlət nömrə nişanlı avtomaşını 18.03.2016-cı il tarixədək idarə edilməsi, avtomaşına sərəncam verilməsi ilə bağlı səlahiyyət İddiaçı verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin mədaxil orlerlərinin kserosurətlərindən görünür ki, müştəri Cavabdeh tərəfindən banka 05.01.2012-ci il tarixdə - 1687 ABŞ dolları, 06.02.2012-ci il tarixdə - 1700 ABŞ dolları, 05.03.2012-ci il tarixdə - 1687 ABŞ dolları, 05.04.2012ci il tarixdə - 1700 ABŞ dolları, 07.05.2012-ci il tarixdə - 1700 ABŞ dolları, 06.06.2012-ci il tarixdə - 1700 ABŞ dolları, 05.07.2012-ci il tarixdə - 1700 ABŞ dolları, 06.08.2012-ci il tarixdə - 1700 ABŞ dolları, 28.09.2012-ci il tarixdə - 634 ABŞ dolları, 29.10.2012-ci il tarixdə - 800 ABŞ dolları, 28.11.2012-ci il tarixdə - 700 ABŞ dolları, 28.12.2012-ci il tarixdə - 700 ABŞ dolları, 30.01.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 01.03.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 01.04.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 20.05.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 27.06.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 30.07.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 29.08.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 27.09.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 29.10.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 29.11.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 30.12.2013-cü il tarixdə - 1000 ABŞ dolları, 30.01.2014-cü il tarixdə - 1000 ABŞ dolları, 28.02.2014-cü il tarixdə - 1000 ABŞ dolları, 30.04.2014-cü il tarixdə - 1300 ABŞ dolları, 30.05.2014-cü il tarixdə - 1200 ABŞ dolları, 30.06.2014-cü il tarixdə - 1200 ABŞ dolları, 31.07.2014-cü il tarixdə - 1200 ABŞ dolları, 01.09.2014-cü il tarixdə - 1200 ABŞ dolları, 16.12.2014-cü il tarixdə - 1200 ABŞ dolları, 30.01.2015-ci il tarixdə - 1000 ABŞ dolları kredit borcunu ödənilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 07.11.2017-ci il tarixli 2(103)-9711/2017 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli, 2(009)- 16/2017 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 27892 ABŞ dolları 13 sent əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olaran “Lexus LX470” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili – 2007, tip – universal, Ban JTJH00WX74024949, rəng – qara) yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin cavabdehə qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.11.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.04.2017ci il tarixli, 2(009)-16/2017 saylı qətnaməsi – cavabdehdən 2.134,17 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faizin tutulmasının təmin olunmaması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunmaması, Cavabdeh Əlibaba oğlundan gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz təşkil edən 2.134,17 ABŞ dolları pul vəsaitinin (qətnamənin icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın ABŞ dollarına olan məzənnəsi üzrə hesablanmaqla) tutularaq iddiaçının xeyrinə verilməsi, qeyd edilən hissədə də, tutmanın kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş “Lexus LX470” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili – 2007, tip – universal, Ban JTJH00WX74024949, rəng – qara) yönəldilməsi, cavabdehin apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlə "xxxx" ASC arasında bağlanılmış 05.11.2011-ci il tarixli 1280 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, 19 faiz dərəcəsi ilə 46000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh adına rəsmiləşdirilmiş “Lexus” markalı ** LJ *** dövlət nömrə nişanlı avtomaşın ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyindən “Lexus” markalı ** LJ *** dövlət nömrə nişanlı avtomaşını ona satmış və həmin vaxtdan sonra banka kredit müqaviləsi üzrə ödənişləri o, ödəmişdir. 05.01.2012ci ildən 30.01.2105-ci il tarixədək onun tərəfindən banka 38908 ABŞ dolları məbləğində pul ödənilmişdir. Cavabdeh avtomaşının pulunu ödədiyi halda üstün mövqeyindən istifadə edərək ona satmış olduğu, kreditlərini ödədiyi “Lexus” markalı avtomaşını həyətindən aparmışdır. Nəticədə o, avtomobilindən məhrum olmuş, eyni zamanda banka 38908 ABŞ dolları ödəyərək aldadılmışdır. Bu səbəbdən iddiaçı “Lexus” markalı avtomaşına görə ödədiyi 38908 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə qətanmə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Cavabdeh Əlibaba oğlundan "xxxx" ASC-nin xeyrinə 05.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə 28750,39 ABŞ dolları əsas borcun tutulması, tutmanın ipoteka ilə yklü edilmiş “Lexus LX470” markalı ** LG *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 05.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənişlər ilk vaxtlardan iddiaçı tərəfindən həyata keçirilmiş və kredit müqaviləsi bağlanan gündən sonrakı gün cavabdeh tərəfindən iddiaçının adına avtomaşına dair ümumi etibarnamə verilmişdir. Həmin vaxtdan avtomaşın iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Məhkəmə iddiaçının avtomaşının ona məxsus həyətdən cavabdeh tərəfindən aparılması barədə dəlilləri üzrə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra məhkəmə qətnaməsinin icrasını həyata keçirilməsi məqsədilə avtomaşın iddiaçıdan alınmış, cavabdeh tərəfindən ona verilmiş etibarnamə ləğv edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş avtomaşın cavabdehin istifadəsində və sahibliyində olmuşdur və tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsini könüllü olaraq öz öhdəsinə götürmüş, kredit müqaviləsi bağlanan gündən avtomaşına faktiki sahiblik etməyə başalmış və istifadə etmişdir. İşin bu halları həm cavabdeh tərəfindən avtomaşına dair iddiaçının adına ümumi etibarnamə verilməsi, həm avtomaşının kredit müqaviləsi bağlanan andan iddiaçının istifadəsində və sahibliyində olması, kredit müqaviləsi üzrə ödənişlərin 3 il ərzində həyata keçirilməsi ilə tam təsdiq olunur. Məhkəmə iddiaçının iddia ərizəsində kredit müqaviləsi bağlanandan bir müddət sonra cavabdeh tərəfindən kredit öhdəliklərinin icra edilməməsi əsası ilə avtomaşının onun sahibliyinə verilməsi barədə dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər işin faktiki halları ilə (kredit müqaviləsinin bağlandığı vaxtdan iddiaçının adına etibarnamə verilməsi və s.) tam təkzib olunur. AR Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Qanunvericiliyin tələbinə əsasən üçüncü şəxs borclunun əvəzinə kreditor qarşısında olan öhdəliyi icra edə bilər və bunun üçün bankla üçüncü şəxs arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə ödənişləri cavabdehin əvəzinə aralarında olan razılaşmaya əsasən icra etmişdir və tərəflər arasında icra edilmiş öhdəlik üzrə tələb hüququnun iddiaçıya keçməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən icra edilmiş öhdəlik üzrə tələb hüququ ona keçməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmeti olan avtomaşının iddiaçıdan alınaraq həmin əmlaka tutmanın yönəldilməsi, kredit müqaviləsi üzrə icra edilmiş öhdəlik həcmində tələb hüququnun ona keçməsi üçün əsas ola bilməz. AR Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qanunun tələbindən göründüyü kimi üçüncü şəxsə tələb hüququ o halda keçir ki, borcluya mənsub əşyaya məcburi icra yönəldilidkdən sonra üçüncü şəxs kreditoru təmin etsin, yəni borclunun kreditor qarşısında olan öhdəliyi icra etsin. Hazırki iş üzrə isə üçüncü şəxs, yəni iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər könüllü və qarşılıqlı razılaşma əsasında icra edilmiş və icra edilmiş öhdəlik üzrə tələb hüququnun iddiaçıya keçməsi barədə hər hansı müqavilə olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə icra edilmiş öhdəlik üzrə tələb hüququnun ona keçməsi üçün hüquqi əsaslar müəyyən olunmadığı üçün, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı 38908 ABŞ dolları məbləğində pulun tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2687/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2687/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver