Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2690/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC 30.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12505.12 ABŞ dolları (on iki min beş yüz beş dollar on iki sent) məbləğində pulun, 3.517.02 ABŞ dolları (üç min beş yüz on yeddi dollar iki sent) məbləğində faizlərin, 30 manat dövlət rüsumunun və 250 manat hüquqi yardıma görə vəkil haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (alıcı) Cavabdeh 2017-2018-ci illər ərzində iddiaçı (satıcı) İddiaçı MMC-dən nisyə alğı-satqı müqaviləsi əsasında 31.03.2017-ci il tarixli 296 nömrəli, 18.04.2017-ci il tarixli 441 nömrəli və 01.05.2017-ci il tarixli 541 nömrəli qaimələrlə ümumilikdə 16.027.67 ABŞ dolları məbləğində kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş, həmin məbləğin 3.522.55 ABŞ dolları hissəsini ödəmiş, 12.505.12 ABŞ dolları hissəsini isə ödəməmişdir. (16.027.67- 3.522.55=12.505.12) Tərəflər, yəni iddiaçının rəsmisi (satış meneceri) Vüqar Ağazadə ilə cavabdeh arasında hələ 18 aprel 2018-ci il tarixdə tərtib edilərək imzalanmış üzləşmə aktında cavabdeh, 31 mart 2018-ci il tarixinə İddiaçı MMC-yə 14.731.00 ABŞ dolları verməli olduğunu (faizsiz borcu 13.614.37 ABŞ dolları) etiraf etmişdir. Bundan sonra ötən müddət ərzində, yəni 08 oktyabr 2018-ci il tarixdə cavabdeh qismən-1109.25 ABŞ dolları ödəniş edərək ödəməli olduğu məbləği 12.505.12 ABŞ dollarına ednirmişdir. Lakin bundan sonra cavabdeh heç bir ödəniş etmədiyindən onunla dövri olaraq danışıqlar aparılmış və həmin danışıqlar zamanı o, pulu ödəyəcəyinə dəfələrlə vəd versə də heç bir ödəniş etməmişdir. Pulun ödənilməsi üçün cavabdehə 06.08.2021-ci il tarixdə xəbərnaməli təklif (pretenziya) məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu alsa da vurduğu ziyanı ödəməmişdir. 2021-ci il üçün Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi illik 6.25% təşkil edir ki, bu hesabla cavabdehin bu günədək ödəmədiyi 12.505.12 ABŞ dollarından tutulmalı olan faizlərin miqdarı 3.517.02 ABŞ dolları təşkil edir. Belə ki, cavabdeh 01.05.2017-ci ildən etibarən olmaqla artıq 54 aydır ki, aldığı malların pulunu ödəmir. Odur ki, ondan tutulmalı olan hesablanmış faizlərin miqdarı yuxarıda göstərildiyi kimi, 3.517.02 ABŞ dolları təşkil edir. Cavabdeh 21 dekabr 2021-ci il tarixdə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 18 aprel 2018-ci ildə üzləşmə aktında şirkətin borcu olmasını təsdiq etmişdir. Həmin vaxtlarda icraçı vəzifəsində işləmişdir. Mədətov Mübariz işlərini icra etmişdir. Şirkət külli miqdarda gübrə alınıb və ödənilib. Bütün şirkətin borclarınıda Mədətov Mübariz və ya Mədətovun göstərişi ilə o ödəmişdir. Gübrə şirkətinin nümayəndələri Mədətov Mübariz ilə görüşəcəklərini ona demişdilər. Həmin söhbətdən sonra ondan yeni 2018-ci ildən sonra borcu təsdiqləmə sənədinə imza atmağı istəyiblər. 2021-ci ildə borcun qaldığını və məhkəməyə verəcəklərini bildirdilər. Etiraz etmədi. Çünki iclasların birində Mədətov Mübariz ilə bu barədə soruşanda gübrə şirkətinə borclarının qalmadığını söyləmiş və onlarnan görüşüb danışdığını bildirmişdir. Bu zaman başqa əməkdaşlarda var idi. Onlardan biri köməkçisi Salmanov Şahiddi. Bu məbləği kimsə şirkətə ödəməyibsə onların bundan xəbəri yoxdur. Əgər 2019-cu ildə məhkəməyə iddia verilsəydi inandırıcı olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 16.027,67 ABŞ dolları məbləğində kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş, 3.522,55 ABŞ dolları hissəni ödəmiş, 12.505,12 ABŞ dolları hissəni isə ödəməmişdir. Cavabdeh ən son 08 oktyabr 2018-ci il tarixdə ödəniş etmişdir. Onunla aparılan danışıqlar zamanı dəfələrlə vəd versə də heç bir ödəniş etməmişdir. Borcunun olması barədə 18 aprel 2018-ci il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Müqavilə dollar ilə olsa da, ödənişləri Azərbaycan manatı ilə etmişdir. Göstərilənlərə əsasən iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.03.2017-ci il tarixli, 296 nömrəli qaimədən görünür ki, X4 8170.76 manat İddiaçı MMC-dən gübrə və dərman preparatları götürülmüşdür. İş materiallarında olan 18.04.2017-ci il tarixli, 441 nömrəli qaimədən görünür ki, X4 9869.44 manat İddiaçı MMC-dən gübrə və dərman preparatları götürülmüşdür. İş materiallarında olan 01.05.2017-ci il tarixli, 541 nömrəli qaimədən görünür ki, X4 9387.40 manat İddiaçı MMC-dən gübrə və dərman preparatları götürülmüşdür. İş materiallarında olan 08.10.2018-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X4 tərəfindən 1109.25 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli arayışdan görünür ki, X4 adlı müştərinin İddiaçı MMC-yə 14711.90 ABŞ dolları borcunun 2206.79 ABŞ dolları (bonus) çıxılaraq 12505.12 ABŞ dolları təşkil edir. İşdə olan 18.04.2018-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 31 mart 2018-ci il tarixinə 14731 ABŞ dolları borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan cədvəldən görünür ki, X1 31.03.2017-ci il tarixli, 296 nömrəli, 18.04.2017-ci il tarixli, 441 nömrəli, 01.05.2017-ci il tarixli, 541 nömrəli qaimələr üzrə 16 016.90 ABŞ dolları məbləğdən 2402.54 ABŞ dolları çıxılmaqla (bonus) ödəniləcək məbləğ 13 614.37 ABŞ dollar olmuş, 08.10.2018-ci il tarixdə ödənilmiş 1109.25 ABŞ dolları məbləğ çıxılmaqla 12 505.12 ABŞ dolları ödənilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanılmaqla, X1 imzası olan qaimələrdə iddiaçı tərəfindən cavabdehə malların nisyə satışı həyata keçirilmiş, Cavabdeh 31 mart 2018-ci il tarixinə 14731 ABŞ dolları borcu olduğunu öz imzası ilə təsdiq etmiş, cavabdeh malların dəyərinin müəyyən hissəsini ödəsə də, bir hissəsinin dəyəri ödənilməmişdir. Bu hal Cavabdeh tərəfindən imzalanan iltizamla bir daha təsdiq olunur. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 imzası olan qaimələr üzrə 14711.90 ABŞ dolları borcun 2206.79 ABŞ dolları güzəşt edilərək 12505.12 ABŞ dolları borcun qaldığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X3 tərəfindən qaimələr üzrə olan borcdan 1109.25 ABŞ dolları ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, nə qədərki 18.04.2018-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 31 mart 2018-ci il tarixinə 14731 ABŞ dolları borcu olduğunu öz imzası ilə təsdiq etmiş və həmin üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmiş hazırkı vəziyyətdə iddia qismən təmin edilməli, 14711.90 ABŞ dolları borcun 2206.79 ABŞ dolları güzəşt edilərək 12505.12 ABŞ dolları borcun qaldığı və həmin borcdan 1109.25 ABŞ dolları ödənildiyi nəzərə alınmaqla cavabdeh tərəfindən qalıq borc 11395.87 ABŞ dolları olduğu müəyyən edilməklə tutulmalıdır. Məhkəmə əldən çıxmış faydanın tutulması hissəsində iddianı əsassız hesab edərək, həmin hissədə iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından, iddianın təmin edilməməsi qənaətinə gəlir. Belə ki, MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 11395.87 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı MMCyə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-nin 121.1-ci maddəsinə əsasən iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən çəkilən 250 manat xərcin 200 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11395.87 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 20 manat dövlət rüsumu və hüquqi yardıma görə ödədiyi 200 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2690/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2690/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver