Məhkəmə qərarları › İş №2(009)-270/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-270/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-270/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X8 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddiası, Cavabdeh «X8 edilməsi Agentliyi» MMC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X8 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faiz borcu üzrə 7956.02 ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 ABŞ dolları dolları məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X6 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxx” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxxxxxxxxx” QSC-yə keçmişdir. “xxxxxxxxxxx” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X8 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X8 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxx” QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK- XAÇ-61 saylı, xx xxxxxx 2018- ci il tarixli təhvil-təslim aktına əsasən “xxxxxxxxxxx” QSCyə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə, № 540/06 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % tətbiq edilməklə, 12 ay müddətinə 101.025 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2006-cı il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana evini təmir etmək məqsədi ilə 101.025 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin (2.3. bənd) əsasən “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”m ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 15%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan borcu faiz borcu üzrə 7956.02 ABŞ dolları olmaqla, cəmi faiz borcu üzrə 7956.02 ABŞ dolları məbləğində təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ilə müraciət edərək, «X8 Edilməsi Agentliyi» MMC-nin iddia tələbinin rədd edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Xaçmaz filialı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 3 540/06 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, o cümlədən həmin müqavilə üzrə hesablanmış qanunsuz və ədalətsiz əlavə faiz (digər) məbləğlərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “X8 Edilməsi Agentliyi” MMC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsinə əsasən onun 7956.02 ABŞ dolları məbləğində faiz borcu qaldığını bildirmişdir. Sözügedən kredit müqaviləsi barəsində onun heç bir məlumatı olmamışdır. Həmin müqavilə onun iştirakı və məlumatı olmadan qanunazidd şəkildə bağlanmışdır. Belə ki, o, 2005-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialından kredit götürmüş və həmin kredit borcunu 2 (iki) ay ərzində bağlamışdır. Daha sonra şəxsiyyət vəsiqənin surəti bankda qaldığı üçün sözügedən bankın əməkdaşı saxtakarlıq yolu ilə onun adına xx.xx.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsinə əsasən 101.025 ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra təxminən 2014cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə çağırılmış, orada onun imzası yoxlanılaraq sübuta yetirilmişdir ki, sözügedən kredit müqaviləsi onun tərəfindən imzalanmamışdır. Əlavə olaraq bildirir ki, borc müqaviləsinin onun adına aid olan hissəsi tam ödənilmiş və onun adına heç bir borc məbləği qalmamışdır. Buna görə də, hesab edir ki, məhkəmə ilkin iddia tələbini təmin etməməli, kredit müqaviləsini və ondan irəli gələn bütün hüquqi nəticələri ləğv etməli, qarşılıqlı iddia tələbini təmin etməlidir. Məhkəmə iclasında «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X8 Edilməsi Agentliyi» MMC-nin nümayəndəsi X3 qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddianı müdafiə edərək onun həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddiasını müdafiə edərək onun təmin edilməsini xahiş etdi və qarşılıqlı iddia tələbində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi edilməlidir. İş materiallarında olan 540/06 saylı, xx xxxx 2006-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 15 faizlə 101025 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin məhkəmənin sorğusuna 007-6898-1220 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrıayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli, 7040 №-li rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Bayramov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən deyil, filialın Kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X5 tərəfindən icra olunmuşdur. Hazırda cinayət işi üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Təqdim olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli, 7040 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh ilə Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Bayramov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza X5 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsinə əsaslanaraq cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi ilə bağlı ona qarşı hazırki tələbi irəli sürmüşdür. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 540/06 saylı, xx xxxx 2006-cı il tarixli kredit müqaviləsində əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 15 faizlə 101025 ABŞ dolları məbləğində kredit verilməsi göstərilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli, 7040 №-li rəyi ilə həmin xüsusat təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə göstərilən müqaviləni bağlamamış, həmin müqavilə üzrə üzərinə öhdəliklər götürməmiş, müqaviləni və bankdan 101.025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderini onun adından başqa şəxs imzalamaqla həmin sənədlər saxtalaşdırılmışdır. Beləliklə, qeyd olunan ekspert rəyi ilə müəyyən olunur ki, kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamışdır. Bu isə özlüyündə müqavilənin etibarsızlığına səbəb olan haldır. Kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmadığı halda, həmin müqavilədən irəli gələn öhdəlik də cavabdehə aid edilə bilməz və ona görə də, Cavabdeh iddiaçı qarşısında heç bir maddi məsuliyyət daşımır. Belə olan halda iddia tələbi əsassız olduöuna görə təmin edilə bilməz. Cavabdeh kredit müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbini isə məhkəmə yuxarıda qeyd olunanlara əsasən əsaslı hesab edir. Ona görə də, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan «X8 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, № 540/06 saylı kredit müqaviləsi etibarsız hesab edilsin və ondan irəli gələn bütün hüquqi nəticələr ləğv olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar