Məhkəmə qərarları › İş №2(009)-2719/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(009)-2719/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(009)-2719/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, ünvan 1 ünvanda yerləşən kreditor "xxxx" MMC-nin ünvan 2 ünvanda qeydiyyatda olan Borclu qarşı kredit borcunun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor "xxxx" MMC-nin ilə Borclu arasında 29.04.2020-ci il tarixli İD ******* alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 1689 manat dəyərində olan məişət texnikası-kondisioner satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etməməklə hər ay üçün 140.75 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 1075.8 manat ödəniş etmiş, qalan 613.2 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara görə və Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm yaranmış borc məbləği, həmçinin kreditor "xxxx" MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin tələbi aşkardır. Həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda, Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280- 282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR EDİR: ünvan 3 ünvanda qeydiyyatda olan Borclu qızından 613.2 (altı yüz on üç manat iyirmi qəpik) manat əsas borcun və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 (iyirmi) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Səbail Rayon Məhkəməsinə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar