Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2754/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə və BOKT Cavabdeh2 QSC-yə qarşı çıxarışın verilməsinə əsas olmuş sənədərin ləğv edilməsi və mənzilin ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə və BOKT Cavabdeh2 QSC-yə qarşı çıxarışın verilməsinə əsas olmuş sənədərin ləğv edilməsi və mənzilin ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, cavabdehlərin heç birinin hüquqi ünvanı Səbail rayonu ərazisinə aid deyil. "xxxx" ASC-nin hüquqi ünvanı iddia ərizəsində düz göstərilsə də, həmin ünvan Nəsimi rayonuna, digər cavabehin ünvanı isə Yasamal rayonuna aiddir. Belə olan halda hər iki cavabdehin hüquqi ünvanı Səbail rayonu inzibati ərazisinə aid olmadığı üçün, verilmiş iddia tələbinə aidiyyət qaydalarına uyğun olaraq Səbail rayon Məhkəməsində baxılması yolverilməzdir. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi ərazi üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığı üçün sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə və BOKT Cavabdeh2 QSC-yə qarşı çıxarışın verilməsinə əsas olmuş sənədərin ləğv edilməsi və mənzilin ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2754/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2754/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver