Məhkəmə qərarları › İş №2(009)-2777/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2777/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2777/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.09.2019-cu il tarixli müqavilə üzrə 1016 manat əsas, 304 manat cərimə, 08.09.2019-cu il tarixli müqavilə üzrə 159 manat əsas, 47 manat cərimə, 10.09.2019-cu il tarixli müqavilə üzrə 494 manat əsas, 148 manat cərimə, 01.11.2019-cu il tarixli müqavilə üzrə 3395 manat əsas, 1020 manat cərimə, 21.11.2019-cu il tarixli müqavilə üzrə 765 manat əsas, 229 manat cərimə borcu və 95.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə 06.09.2019-cu il, 08.09.2019-cu il, 10.09.2019-cu il, 01.11.2019-cu il, 21.11.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********49175 İphone Xs markalı telefon, Apple Watch markalı qol saatı, Apple Airpods 2 markalı qulaqlıq, İMEİ kodu **********01503 İphone 11 Pro Max markalı telefon, Apple AirPods Pro markalı qulaqlıq almış və nəticədə 7577 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.09.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2416 (9ay x 254 manat+130 manat ilkin ödəniş) olan İMEİ kodu **********49175 İphone Xs markalı telefon üçün ümumilikdə, 1320 manat olmaqla, 1016 manat ödənilməmiş hissə, 304 manat dəbbə pulu, 08.09.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 954 (6ay x 159 manat+0 manat ilkin ödəniş) olan Apple Watch markalı qol saatı üçün ümumilikdə, 206 manat olmaqla, 159 manat ödənilməmiş hissə, 47 manat dəbbə pulu, 10.09.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 624 (24ay x 26 manat+0 manat ilkin ödəniş) olan Apple Airpods 2 markalı qulaqlıq üçün ümumilikdə, 642 manat olmaqla, 494 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu, 01.11.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 4374 (18ay x 243 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********01503 İphone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 4415 manat olmaqla, 3395 manat ödənilməmiş hissə, 1020 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 936 (18ay x 51 manat+18 manat ilkin ödəniş) olan Apple AirPods Pro markalı qulaqlıq üçün ümumilikdə, 994 manat olmaqla, 765 manat ödənilməmiş hissə, 229 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3475 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinion ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, Cavabdeh 06.09.2019-cu il tarixli müqavilə üzrə 1016 manat əsas, 304 manat cərimə, 08.09.2019-cu il tarixli müqavilə üzrə 159 manat əsas, 47 manat cərimə, 10.09.2019cu il tarixli müqavilə üzrə 494 manat əsas, 148 manat cərimə, 01.11.2019-cu il tarixli müqavilə üzrə 3395 manat əsas, 1020 manat cərimə, 21.11.2019-cu il tarixli müqavilə üzrə 765 manat əsas, 229 manat cərimə borcu və 95.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 06.09.2019-cu il tarixli, 00892760 nömrəli müqavilədən görünür ki, Cavabdeh 2416 manat məbləğində İMEİ kodu **********49175 İphone Xs markalı telefon almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 08.09.2019-cu il tarixli, 00898048 nömrəli müqavilədən görünür ki, Cavabdeh 954 manat məbləğində Apple Watch markalı qol saatı almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10.09.2019-cu il tarixli, 00903094 nömrəli müqavilədən görünür ki, Cavabdeh 624 manat məbləğində Apple Airpods 2 markalı qulaqlıq almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 01.11.2019-cu il tarixli, 01021909 nömrəli müqavilədən görünür ki, Cavabdeh 4374 manat məbləğində İMEİ kodu **********01503 İphone 11 Pro Max markalı telefon almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 21.11.2019-cu il tarixli, 01065726 nömrəli müqavilədən görünür ki, Cavabdeh 936 manat məbləğində Apple AirPods Pro markalı qulaqlıq almışdır. İş materiallarında olan 11.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavbdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən 06.09.2019-cu il tarixli, 00892760 nömrəli müqavilə üzrə 1016 manat ödənilməmiş borc və həmin borca 304 manat dəbbə pulu, 08.09.2019-cu il tarixli, 00898048 nömrəli müqavilə üzrə 159 manat ödənilməmiş borc və həmin borca 47 manat dəbbə pulu, 10.09.2019-cu il tarixli, 00903094 nömrəli müqavilə üzrə 494 manat ödənilməmiş borc və həmin borca 148 manat dəbbə pulu, 01.11.2019-cu il tarixli, 01021909 nömrəli müqavilə üzrə 3395 manat ödənilməmiş borc və həmin borca 1020 manat dəbbə pulu, 21.11.2019-cu il tarixli, 01065726 nömrəli müqavilə üzrə 765 manat ödənilməmiş borc və həmin borca 229 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan DİN-in BPQMİ-nin 30.08.2021-ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixində Türkmənistanın Çeleken şəhərində anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 31-dir. İş materiallarında olan 23.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə "xxxx" MMC-nin Hüquq Departamenti tərəfindən müqavilələrə əsasən, əşyaların tam dəyərini və onlar üçün gecikmə günlərinə müfaviq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsi ilə bağlı xəbərdar edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Ödəniş qəbzi (№ 816226185, 8********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 95.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, müqavilə üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 06.09.2019-cu il tarixli müqaviləsinə əsasən 1016 manat əsas borca görə 304 manat cərimə, 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən 159 manat əsas borca görə 47 manat cərimə, 10.09.2019-cu il tarixli müqaviləsinə əsasən 494 manat əsas borca görə 148 manat cərimə, 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən 3395 manat əsas borca görə 1020 manat cərimə və 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən 765 manat əsas borca görə 229 manat cərimə (dəbbə pulu), tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 06.09.2019-cu il tarixli müqaviləsinə əsasən 1016 manat əsas borca görə 50 manat cərimə, 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən 159 manat əsas borca görə 15 manat cərimə, 10.09.2019-cu il tarixli müqaviləsinə əsasən 494 manat əsas borca görə 49 manat cərimə, 01.11.2019-cu il tarixli müqaviləsinə əsasən 3395 manat əsas borca görə 100 manat cərimə və 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən 765 manat əsas borca görə 76 manat cərimə (dəbbə pulu) tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 95.77 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 50 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06.09.2019-cu il tarixli müqavilə üzrə 1016 manat əsas, 50 manat cərimə, 08.09.2019-cu il tarixli müqavilə üzrə 159 manat əsas, 15 manat cərimə, 10.09.2019-cu il tarixli müqavilə üzrə 494 manat əsas, 49 manat cərimə, 01.11.2019-cu il tarixli müqavilə üzrə 3395 manat əsas, 100 manat cərimə, 21.11.2019-cu il tarixli müqavilə üzrə 765 manat əsas, 76 manat cərimə borcu və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06.09.2019-cu il tarixli müqavilə üzrə 1016 manat əsas, 50 manat cərimə, 08.09.2019-cu il tarixli müqavilə üzrə 159 manat əsas, 15 manat cərimə, 10.09.2019-cu il tarixli müqavilə üzrə 494 manat əsas, 49 manat cərimə, 01.11.2019-cu il tarixli müqavilə üzrə 3395 manat əsas, 100 manat cərimə, 21.11.2019-cu il tarixli müqavilə üzrə 765 manat əsas, 76 manat cərimə borcu və 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar