Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2778/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 03.10.2019-cu il tarixli və 14.02.2020-ci il tarixli müqavilələrinə əsasən Mətbəx mebeli 01888 və İMEİ kodu **********00083 olan “iPhone 11 Pro Max” markalı telefon, “Sticker Baseus iPhone XS Max/11Pro Max” markalı aksesuar almış və nəticədə 2814 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2784 manat (24 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan Mətbəx mebeli 01888 üçün ümumilikdə 1658 manat olmaqla, ondan 1508 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 150 manat cərimə, 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3799,8 manat (18 ay x 211,1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********00083 olan “iPhone 11 Pro Max” markalı telefon, “Sticker Baseus iPhone XS Max/11Pro Max” markalı aksesuar üçün ümumilikdə 1156 manat olmaqla, ondan 1050,8 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 105,2 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4025 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı mətbəx mebeli üçün 1508 manat əsas borc, 150 manat cərimə, “iPhone 11 Pro Max” markalı telefon, “Sticker Baseus iPhone XS Max/11Pro Max” markalı aksesuar üçün 1050,8 manat əsas borc, 105,2 manat cərimə, ümumilikdə 2814 manat borc, 48,14 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 03 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh mətbəx mebeli (01888) 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 116 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2784 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 14 fevral 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “iPhone 11 Pro Max” markalı telefonu, “Sticker Baseus iPhone XS Max/11Pro Max” markalı aksesuarı 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 211,1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 3799,8 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 12.10.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 03.10.2019-cu il tarixli müqavilə üzrə 1508 manat əsas, 150 manat cərimə, 14.02.2020-ci il tarixli müqavilə üzrə 1050,8 manat əsas, 105,2 manat cərimə, cəmi 2814 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 03.10.2019cu il tarixdə və 14.02.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 2784 manat olan mətbəx mebeli və alqı-satqı qiyməti 3799,8 manat olan “iPhone 11 Pro Max” markalı telefonu, “Sticker Baseus iPhone XS Max/11Pro Max” markalı aksesuar pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mebel, mobil telefon və aksesuar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 03.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1508 manat əsas borc, 150 manat cərimə, 14.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1050,8 manat əsas borc, 105,2 manat cərimə, cəmi 2814 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 03.10.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 12.10.2021-ci il tarixə yaranmış 1508 manat borc, 150 manat cərimə, 14.02.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 12.10.2021-ci il tarixə yaranmış 1050,8 manat borc, 105,2 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,14 manat, cəmi 2862,14 (iki min səkkiz yüz altmış iki manat, on dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2778/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2778/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver