Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2789/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətçi Mövlan Şıxəliyevin həyat yoldaşı X1 mülkiyyətində olan əmlakın üzərinə müvəqqəti təminat qoyulmaqla ona aid 2/1 hissəsi hərrac vasitəsilə satılıb ona verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətçi Mövlan Şıxəliyevin həyat yoldaşı X1 mülkiyyətində olan əmlakın üzərinə müvəqqəti təminat qoyulmaqla ona aid 1/2 hissəsi hərrac vasitəsilə satılıb ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda göstərilənləri Bakı Hərbi Məhkəməsinin Mülki iddia ilə bağlı qəbul etdiyi hökm hissəsində olan qərara istinad edib, təqsirləndirilən Mövlan Şıxəliyevin həyat yoldaşının adına olan mülklərin istintaq və məhkəmədən gizlədərək yayındırdığı, Xaçmaz rayonu Qusarçay kəndində Çobanbulaq restoranı olmasını və X1 adına "xxxx" MMC tərəfindən inşa edilmiş Nəsimi rayonu X3 (köhnə adı mənzil 590) giriş 200, mərtəbə 17, mənzil 5-də soldan sağa 5-ci qapı da olan mənzil ona məxsusluğunu nəzərə alıb, hər iki daşınmaz əmlak üzərində müvəqqəti təminat tətbiq edib, mülklərin hərrac yolu ilə satılıb, ona dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İlk öncə qeyd edir ki, iddiaçı iddia tələbi ilə yanaşı hər iki daşınmaz əmlak üzərində müvəqqəti təminat tətbiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə müstəqil qaydada məhkəməyə təqdim edilir. Bundan başqa, hesab edir ki, “hər iki daşınmaz əmlak üzərində müvəqqəti təminat tətbiq edib, mülklərin hərrac yolu ilə satılıb, ona dəyən ziyanın ödənilməsi” tələbinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-9/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilmiş və hökmlə zərərçəkmiş şəxs İddiaçı mülki iddiası qismən təmin edilmiş, 2.000.000 (iki milyon) ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) məbləğində pul vəsaitinin, eləcə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 2.460 (iki min dörd yüz altmış) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxslər Cavabdeh və Ələkbərov Vüsal Hicran oğlundan tutularaq İddiaçı qaytarılması, qalan hissədə mülki iddianın təmin edilməməsi hökm edilmişdir. Göründüyü kimi dəymiş zərərin tutulub hazırki iddiaçıya ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Həmin hökmün icra edilməsi proseduru isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq səlahiyyətli dövlət qurumu tərəfindən aparılmalıdır. Başqa sözlə, hökmlə tutulan pulun ödənilməsinin icrası məsələsinə mülki məhkəmə icraatı çərçivəsində iddia icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də, tələbkar – hazırki halda iddiaçı hökmün pulun tutulması hissəsinin icra olunması ilə bağlı müvafiq icra şöbəsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı Cavabdeh qarşı “mülklərin hərrac yolu ilə satılıb, ona dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülklərin hərrac yolu ilə satılıb, ona dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, hökmün pulun tutulması hissəsinin icra olunması ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququ var. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2789/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2789/2024
29.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver