Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-28/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 MMC-yə, (Cavabdeh2 hüquqi varisləri) X7, X15, X12, X9 və X3 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbi barədə ərizəsinə dair, həmçinin iddiaçı X1 – cavabdehlər (Cavabdeh2 hüquqi varisləri) X7, X15, X12, X9, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 131 853.81 (bir yüz otuz bir min səkkiz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, 126284.40 (bir yüz iyirmi altı min iki yüz səksən dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 258 138,21 (iki yüz əlli səkkiz min bir yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və xidmət haqqının, kredit, ipoteka müqavilələrinin, Cavabdeh1 MMCnin Nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsum məbləğinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla 150 000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 MMC ilə bank arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinin təminatı qismində, digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 187 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlərlə 18 iyul 2014-cü il il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi 24.07.2014-cii il tarixli, RX seriyalı ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. “Bərpa Tikinti MMC-2011” bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka 07.01.2019-cu il tarixə 131853.81 (bir yüz otuz bir min səkkiz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, 126 284.40 (bir yüz iyirmi altı min iki yüz səksən dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 258 138,21 (iki yüz əlli səkkiz min bir yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu vardır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Kredit müqaviləsinin 3.3, 3.4, 5.2-ci bəndlərinə, Mülki Məcəllənin 319.6, 385, 442, 448.1, 740.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 MMC-dən 123953.81 (bir yüz iyirmi üç min doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 100634.40 (bir yüz min altı yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində faiz borcunun, müqavilə müddətinin sonundan hazırki tarixə (07 mart 2019-cu il tarixə) qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 3973.27 (üç min doqquz yüz yetmiş üç manat, iyirmi yeddi qəpik) manat faiz borcunun, ümumilikdə 228561.21 (iki yüz iyirmi səkkiz min beş yüz altmış bir manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və xidmət haqqının, kredit, ipoteka müqavilələrinin, Cavabdeh1 MMC-nin Nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə verərək Cavabdeh1 MMC-dən 123953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 100634.40 (bir yüz min altı yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində faiz borcunun, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcunun, ümumilikdə 234487.21 (iki yüz otuz dörd min, dörd yüz səksən yeddi manat, iyirmi bir qəpik) məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmamanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və xidmət haqqının, kredit, ipoteka müqavilələrinin, “xxxx” MMC-nin Nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsum məbləğinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödəmənin digər Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, iddiaçı X8 – cavabdehlər Cavabdeh2, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlər İddiaçı ASC, Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanan 18 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin ev üzərində ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 aprel 2014-cü ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların övladları da anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra o, cavabdehə məxsus olan ünvan 5 ünvanına köçərək orada yaşamağa başlamışdır. 16 iyul 2014-cü ildə o, həmin evə daimi qeydiyyata alınmışdır. Qeyd olunan ev onun ailə üzvləri ilə birlikdə daimi yaşadığı evdir və onun həmin evə dair hüquqları vardır. 2019-cu ilin avqust ayında ona məlum olmuşdur ki, Cavabdeh2 onun yaşadığı və qeydiyyatda olduğu evə dair ipoteka müqaviləsi bağlamış və evi ipoteka ilə yüklü etmişdir. Belə ki, digər Cavabdeh1 MMC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 18.07.2014-cü il tarixli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 ilə Cavabdeh1 MMC və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 18.07.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və ünvan 5 ünvanda yerləşən ev ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı olaraq bildirir ki, o, həmin ipoteka müqaviləsindən, evin ipoteka ilə yüklü edilməsindən tam məlumatsız olmuş və ondan müqavilənin imzalanması üçün razılıq alınmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qeyd olunan kredit və ipoteka müqavilələrinə istinad edərək cavabdehlərə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırmış, Cavabdeh1 MMC-dən ümumilikdə 228561 manat pul tutulmasını, ödəmənin Cavabdeh2 məxsus evə yönəldilməsini, evin açıq hərracdan satılmasını xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı iş hazırda Səbail rayon məhkəməsinin icraatındadır, yəni nəticə etibarilə onun və ailə üzvlərinin yaşadığı evlə bağlı məhkəmə mübahisəsi var və evin satılması təhlükəsi mövcuddur. Bu isə onun və ailə üzvlərinin mənzil hüquqlarının pozulmasıdır. Belə ki, o, 2014-cü ildə yaşamaq üçün həmin evə köçmüş və 16 iyul 2014-cü ildə rəsmi qeydiyyata alınmışdır. O, həmin evə qeydiyyata alındıqdan iki gün sonra 18 iyul 2014-cü ildə isə Cavabdeh2 həmin evə dair notariat qaydada təsdiq edilən ipoteka müqaviləsi imzalamış, evi ipoteka ilə yüklü etmişdir. Bu zaman evdə qeydiyyatda olan ailə üzvü kimi onun heç bir yazılı razılığı alınmamış, ona heç bir məlumat verilməmişdir. Bu isə onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Göstərilənlərə əsasən hesab edir ki, ünvan 5 ünvanda yerləşən evə dair cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılan 18.07.2014-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməli və həmin ev üzərindən ipoteka yüklülük götürülməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçı X1 – cavabdehlər Cavabdeh2, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair mülki iş İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair, həmçinin iddiaçı X1 – cavabdehlər Cavabdeh2, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair mülki iş Cavabdeh2 hüquq varisi və (və ya varisləri) müəyyən edilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29.01.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş məhkəməyə göndərilmiş və qərardadda göstərilmişdir ki, miras qoyanın (ipoteka qoyanın) vərəsələrinin işə cəlb etməklə ipoteka predmetinə tutma yönəldilməsi barədə tələbə baxıla bilər. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin – cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair ərizəsi üzrə Cavabdeh2 hüquq varisləri X11, X20, X17, X13 və X8 ilə, həmçinin iddiaçı X1 – cavabdehlər Cavabdeh2, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı «müqavilənin etibarsızılığı» tələbinə dair ərizəsi üzrə Cavabdeh2 hüquq varisləri X11, X20, X17, X13 ilə əvəz edilmiş və onlar cavabdehlər kimi işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X10 hüquqlarını təmsil etdiyi ASC-nin iddia tələbini müdafiə edərək, onun təmin olunması, X1 isə iddia ərizəsini qəbul etməyərək iddiaçının iştirakı olmadan da işə baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 MMC, X11, X20, X17, X13 və (digər iş üzrə iddiaçı) X8 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi qismən təmin, X1 iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli Kredit müqaviləsindən görünür ki, bank borcluya 48 (qırz səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla 150.000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18.07.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********26-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında) 18.07.2014-cü il tarixli 124NH nömrəli kredit müqaviləsinə əsasən «Bank»ın Cavabdeh1 MMC-yə verdiyi 150.000 (yüz əlli min) manat məbləğində kreditin 18.07.2018-ci il tarixinə qədər qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödəniləcəyinin təminatı kimi ipotekaya qoyulmuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin ümumi dəyəri 440.600 (dörd yüz qırx min altı yüz) manat məbləğində qiymətləndirilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 22.04.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi 18.07.2014-cü il tarixli, 124NH nömrəli Kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC-nin Nərimanov filialının qarşısında ipoteka ilə yüklü edilmişdir. - 07.01.2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 MMC-nin 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən 07.01.2019-cu il tarixinə 131 853.81 (bir yüz otuz bir min səkkiz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, 126 284.40 (bir yüz iyirmi altı min iki yüz səksən dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 258 138,21 (iki yüz əlli səkkiz min bir yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu vardır. - 05.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 MMC-nin 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən 05.03.2020-ci il tarixinə 123 953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat məbləğində əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 100634.40 (bir yüz min altı yüz otuz dörd manat, qırx qəpik) manat məbləğində faiz borcunun, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcunun, ümumilikdə 234487.21 (iki yüz otuz dörd min, dörd yüz səksən yeddi manat, iyirmi bir qəpik) manat məbləğində kredit borcu vardır. - Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən Cavabdeh2 verilmiş 18.07.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evində özü qeydiyyatdadır. - Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 06.07.2017-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - iddiaçı “xxxx” ASC cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərmişdir. - Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.04.2014-cü il tarixli, AZ-İ seriyalı, 954751 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X4 arasında 26.04.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. - Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.09.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 27.06.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.07.2020-ci il tarixdə 246 nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı şəhəri 28 saylı Notariat Kontorunda təqdiq olunmuş 23 sentyabr 2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və və 0,03 ha torpaq sahəsini X15 vəsiyyət etmişdir. - ünvan 6 ünvanlanmış 16.10.2020-ci il tarixli, 475 nömrəli məktubdan görünür ki, 27.06.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh2 ilə əlaqədar arvadı – X8, oğlu – X18, qızı - X13, qızı - X17, oğlu - X20 və anası - X5 müraciəti əsasında Bakı şəhəri 28 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və “xxxx” MMC-nin, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/D 72-1052/19 saylı, 24.12.2019-cu il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 534.000 (beş yüz otuz dörd min) manat, likvid dəyəri 507.000 (beş yüz yeddi min) manat məbləğində müəyyən olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 27.01.2020-ci il tarixli 26252 saylı rəyindən görünür ki, borcalanın 18.07.2018-ci il tarixə banka olan borcu 197.740,01 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə -131.853,81 manat, faiz borcu üzrə - 65.886,2 manat, hazırki ekspertiza tədqiqatı zamanı 18.07.2018-ci il tarixdən 07.03.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır. Qeyd olunan dövr üzrə hesablanmış faiz borcu 4159,67 manat təşkil edir. Borcalan tərəfindən 06.02.2019-cu il tarixdə 15.800,02 manat məbləğində ödəniş aparılmış, həmin ödənişin 7900,0 manatı əsas borc üzrə, 7900,02 manatı isə faiz borcu üzrə silindi. Ekspertiza tədqiqatı zamanı təqdim olunmuş hesabdan çıxarış məlumatları 18 iyul 2014-cü il tarixli 124 NH saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 07.03.2019-cu il tarixə «Cavabdeh1 ” MMC-nin İddiaçı ASC-nə olan borcu 186.099,61 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas kredit borcu 123.953,81 manat, faiz borcu 62.145,8 manat müəyyən edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla 150 000 (bir yüz əlli min) manat məbləğində kredit verilmiş, bu müqavilənin təminatı qismində, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 187 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlərlə 18 iyul 2014cü il il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi 24.07.2014-cii il tarixli, RX seriyalı ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. İşin araşdırılmış hallarından daha sonra görünür ki, “Bərpa Tikinti MMC-2011” bank qarşısındakı öhdəliklərini iddia qaldırılan günə kimi lazımınca yerinə yetirməmiş, Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişİərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmasına baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinin: - 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin «kredit alan» üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 3 (üç) ay təqvim gününün bitdiyi sonuncu gün «kredit alan» tərəfindən «kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1ci bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. - 3.4-cü bəndinə əsasən, «kredit alan» kreditdən istifadəyə görə «kredit verən»ə illik 18 (səkkiz) faiz ödəyir. - 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «kredit alan» tərəfindən «kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. - 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti «kredit alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. - 5.3-cü bəndinə əsasən, müqavilənin 3.6-cı bəndində göstərilən vəzifənin icra müddəti «kredit alan» tərəfindən gecikdirildiyi halda o, «kredit verən»ə 3.4-cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir. Məhkəmə kredit borcu və faizlərun tutulmasına dair iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh “Bərpa Tikinti MMC-2011” iddiaçı bankdan 18.07.2014-cü il tarixli, 124NH nömrəli kredit müqaviləsinə əsasən kredit almaqla tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh həmin kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit razılaşmalarına dair əsas borcun və ona hesablanmış faizlərin ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə cavabdeh “xxxx” MMC-nin əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbinin həcminə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, borcalanın 18.07.2018-ci il tarixə banka olan borcu 197.740,01 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə -131.853,81 manat, faiz borcu üzrə - 65.886,2 manat, hazırki ekspertiza tədqiqatı zamanı 18.07.2018-ci il tarixdən 07.03.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmışdır. Qeyd olunan dövr üzrə hesablanmış faiz borcu 4159,67 manat təşkil edir. Borcalan tərəfindən 06.02.2019-cu il tarixdə 15.800,02 manat məbləğində ödəniş aparılmış, həmin ödənişin 7900,0 manatı əsas borc üzrə, 7900,02 manatı isə faiz borcu üzrə silindi. Ekspertiza tədqiqatı zamanı təqdim olunmuş hesabdan çıxarış məlumatları 18 iyul 2014cü il tarixli 124 NH saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 07.03.2019-cu il tarixə «Cavabdeh1 ” MMC-nin İddiaçı ASC-nə olan borcu 186.099,61 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas kredit borcu 123.953,81 manat, faiz borcu 62.145,8 manat müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hazırki ekspertiza tədqiqatı zamanı 18.07.2018-ci il tarixdən 07.03.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5 % dərəcəsi ilə hesablanmışdır. Qeyd olunan dövr üzrə hesablanmış faiz borcu 4159,67 manat təşkil edir. borcalan tərəfindən 06.02.2019-cu il tarixdə 15800,02 manat məbləğində ödəniş aparılmış, həmin ödənişin 7900 manatı əsas borc üzrə 7900,02 manat məbləğində isə faiz borcu silinmişdir. Azərbaycan Republikası MPM-nin: - 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə nəzərə alır ki, ekspert rəyində 07.03.2019-cu il tarixə «Cavabdeh1 ” MMCnin İddiaçı ASC-nə olan borcu 186.099,61 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas kredit borcu 123.953,81 manat, ümumilikdə (həm müqavilə müddətinin sonuna, həm də müqavilə müddəti bitdikdən sonra 5 % dərəcəsi ilə hesablanmış) faiz borcu isə 62.145,8 manat müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsindən müəyyən edilir ki, göstərilənlərə əsasən hazırki ekspertiza tədqiqatı zamanı 18.07.2018-ci il tarixdən 07.03.2019-cu il tarixədək olan dövr üzrə faiz dərəcəsi illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu 4159,67 manat təşkil edir. Məhkəmə ekspert rəyini sübüt növü kimi qiymətləndirərək hesab edir ki, Cavabdeh1 MMC-nin 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinə əsasən əsas borcunun 123953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat, müqavilə müddətinin sonundan 07 mart 2019-cu il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə ekspert tərəfindən hesablanmış 4159,67 (dörd min yüz əlli doqquz manat, altmış yeddi qəpik) manat nəzərə alınmaqla və bu məbləğ ümumi faiz borcundan çıxılmaqla 57.986,13 (əlli yeddi min doqquz yüz səksən altı manat, on üç qəpik) manat müqavilə müddətinin sonuna hesablanmış faiz borcu, sonuncu dəqiqləşdirilmiş iddia tələbinin tarixinə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcu olmaqla, ümumilikdə 191838,94 (bir yüz doxsan bir min səkkiz yüz otuz səkkiz manat, doxsan dörd qəpik) tutulmalıdır. Məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında (vəfat etməsinə baxmayaraq) məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. - 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC-i iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilməsindən asılı olmayaraq hazırkı iş üzrə ipoteka predmetinin dəyərinin məbləği məhkəmə tərəfindən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadı ilə qəbul edilən hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” “xxxx” MMC-nin ƏEM/D 72-1052/19 saylı, 24.12.2019-cu il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 534.000 (beş yüz otuz dörd min) manat, likvid dəyəri 507.000 (beş yüz yeddi min) manat məbləğində müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti ekspert rəyi əsasında məhkəmə tərəfindən 507.000 (beş yüz yeddi min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda evin boşaldılması” hissəsini araşdıraraq hesab edir ki, mübahisəli yaşayış evi mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil mənzilin mülkiyyətçisi tərəfindən sağlığında ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan onun vəfat etməsinə baxmayaraq iddia qeyd edilən hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə, Cavabdeh2 məhkəmə baxışı dövründə 27.06.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun miras qoyan (ipoteka qoyan) kimi vərəsələrinin işə cəlb etməklə ipoteka predmetinə tutma yönəldilməsi barədə tələbə baxıla bilməsinə dair apellyasiya instansiyası məhkəməsinin sonuncu qərardadında şərh edilmiş göstərişlərini nəzərə alaraq hesab edir ki, mərhumun vəfatı tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş yuxarıda sadalanan prosedurların həyata keçirilməsinə hüquqi cəhətdən maneə deyildir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 MMC-dən ümumi qaydada tutulması” hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəmə iddiaçı X1 – cavabdehlər X7, X15, X12, X9, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbi ilə bağlı qeyd edir ki, tələbin mahiyyəti ondan ibarətdir ki, onun mübahisəli evə qeydiyyata alındıqdan iki gün sonra 18 iyul 2014cü ildə mərhum əri Cavabdeh2 notariat qaydada təsdiq edilən ipoteka müqaviləsi imzalayaraq həmin evi ipoteka ilə yüklü edən zaman evdə qeydiyyatda olan ailə üzvü kimi (həyat yoldaşı) onun heç bir yazılı razılığının alınmaması, bu barədə ona heç bir məlumat verilməməsi ilə hüquqları kobud şəkildə pozulduğundan 18 iyul 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin ev üzərində ipotekaya xitam verilməlidir. Məhkəmə, iddiaçı X1 tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 271.1, maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03.11.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İşin materiallarından görünür ki, X8 26 aprel 2014-cü ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuşdur. Başqa sözlə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak olmamaqla, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından onun şəxsi əmlakı olmuşdur. Yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin Qərarından da göründüyü kimi, Cavabdeh1 MMC ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 18.07.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 ilə Cavabdeh1 MMC və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 18.07.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılarkən mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 – cavabdehlər X7, X15, X12, X9, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbinə dair iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş orderdən və qəbzlərdən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, bank və digər xidmət xərci olaraq 30 və 54 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumu və xidmət haqqı, kredit, ipoteka müqavilələrinin, Cavabdeh1 MMC-nin nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsumun əvəzi Cavabdeh1 MMC-dən iddiaçı (Ləğv prosesində olan) İddiaçı ASCnin xeyrinə tutulmalı, dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh1 MMC-dən, 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi Cavabdeh1 MMC-dən, 75 (yetmiş beş) manat hissəsi İddiaçı ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinə əsasən 123953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat əsas borc, 57.986,13 (əlli yeddi min doqquz yüz səksən altı manat, on üç qəpik) manat faiz borcu, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcu olmaqla, ümumilikdə 191838,94 (bir yüz doxsan bir min səkkiz yüz otuz səkkiz manat, doxsan dörd qəpik) manat borc, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumu və xidmət haqqı, kredit, ipoteka müqavilələrinin, Cavabdeh1 MMC-nin nizamnaməsinin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 54 (əlli dörd) manat rüsumun əvəzi Cavabdeh1 MMC-dən iddiaçı (Ləğv prosesində olan) İddiaçı ASCnin xeyrinə tutulmalı, dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, tutma ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv/metr ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 507.000 (beş yüz yeddi min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsəsinə (və ya vərəsələrinə paylarına müvafiq olaraq) qaytarılmalı, sözügedən evə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində (X11, X20, X17, X13 və X8 tərəfindən) həmin fərdi yaşayış evi boşaldılmalı, iddia qalan hissələrdə təmin edilməməldir. İddiaçı X1 – cavabdehlər X11, X20, X17, X9, İddiaçı ASCyə və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 18.07.2014-cü il tarixli, 124 NH saylı kredit müqaviləsinə əsasən 123953.81 (bir yüz iyirmi üç min, doqquz yüz əlli üç manat, səksən bir qəpik) manat əsas borc, 57.986,13 (əlli yeddi min doqquz yüz səksən altı manat, on üç qəpik) manat faiz borcu, müqavilə müddətinin sonundan 05 mart 2020-ci il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 9899 (doqquz min səkkiz yüz doxsan doqquz) manat faiz borcu olmaqla, ümumilikdə 191838,94 (bir yüz doxsan bir min səkkiz yüz otuz səkkiz manat, doxsan dörd qəpik) manat borc, dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi 30 (otuz) manat və xidmət haqqı, kredit, ipoteka müqavilələrinin, nizamnamənin, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat yeri haqqında arayışın, kassa məxaric orderinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş rüsumun əvəzi 54 (əlli dörd) manat Cavabdeh1 MMC-dən tutularaq iddiaçı (Ləğv prosesində olan) İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 507000 (beş yüz yeddi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsəsinə (və ya vərəsələrinə paylarına müvafiq olaraq) qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 386 “v” ünvanında yerləşən 2 mərtəbəli, 187.0 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində (X11, X20, X17, X13 və X8 tərəfindən) həmin fərdi yaşayış evi boşaldılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Cavabdeh1 MMCdən, 50 (əlli) manat hissəsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsi cavabdehlər Cavabdeh1 MMCdən, 75 (yetmiş beş) manat hissəsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ**********0000047944; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. İddiaçı X1 – cavabdehlər X11, X20, X17, X9, İddiaçı ASC-yə və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-28/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-28/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver