Məhkəmə qərarları › İş №2(009)-281/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-281/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-281/2025 18.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, su axması nəticəsində cavabdehdən 4.000 (dörd min) manat məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 (altmış) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsusdur. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqla, daim qanunvericilik çərçivəsində sosial-birgə yaşayış qaydalarına riayət etmişdir. Lakin üst qonşusu olan Cavabdeh xx.xx.2024-cü il tarixdə mənzilinə su axıdması nəticəsində ona xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, üst qonşusunun mənzilindən axan su nəticəsində mənzilin və içindəki şəxs əşyaları yararsız vəziyyətə düşmüşdür. Bu fakt ərazi üzrə 149 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixdə yerində baxış keçirilərək tərtib edilmiş aktda da öz əksini tapmışdır. Həmin aktla mənzilin divarlarının, tavanının, divar kağızlarının və döşəmədə olan laminantların su axmı nəticəsində yararsız vəziyyətdə olması bir daha sübut olunmuşdur. Hadisədən dərhal sonra aparılmış videoyazıda isə bundan daha acınacaqlı vəziyyət müşahidə olunur (məhkəmə iclasında təqdim olunacaqdır). Su axma nəticəsində isə mənzilinə 4.000 manat məbləğində ziyan dəymişdir. Qonşuluq ənənələrinə sabid qalaraq bugünə qədər cavabdehə qarşı iddia qaldırmamışdır, baxmayaraq ki, ona vurulmuş ziyanı ödəməsi ilə bağlı dəfələrlə etdiyi müraciətlər nəticəsinz qalmışdır. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, su axması nəticəsində cavabdehdən 4.000 (dörd min) manat məbləğində maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 + 40 (100) manat və qiymətləndirmə xidməti üçün 300 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 149 saylı MKİS tərəfindən tərtib edilmiş Aktından görünür ki, ünvan 2 ünvanının sahibi İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən göstərilən ünvana yerində baxış keçirmişlər. Vətəndaş verdiyi məlumata görə xx.xx.2024-cü il tarixdə 2-ci mərtəbədə yerləşən 18 nömrəli mənzildə yaşayan Cavabdeh su xəttini açıq qoyduğu üçün 1-ci mərtəbədə yerləşən 3 nömrəli mənzilə su axmışdır. Yerində baxış zamanı mənzilin divarlarının və tavanın bir neçə hissəsində su izləri görsənirdi, divar kağızlarının bəzi yerlərində qopma var idi, döşəmədə olan laminantlarda nəmişlik müşahidə olunurdu. - Azərbaycan Respublikası ƏMDX yanında DƏDRK və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 54 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. - Səbail Rayon MKTB 149 saylı MKİS-nin 06 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, 149 saylı MKİS-də olan mövcud sənədlərdə Cavabdeh qeydiyyatda olduğu ünvan 4 ünvanı xx.xx.2024-cü il tarixdə vəfat edən X1 adınadır, şəxsi mənzildir və bina Səbail rayon MKTB-nin balansındadır. - Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh anası X2r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2025-ci il tarixli 10/947 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Mürsəlov küçəsi, ev 170, 3 saylı mənzilinin yuxarıda göstəri lən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 3 saylı mənzilə, həmi n mənzilin üst mərtəbəsində yerləşən 18 saylı mənzildən suyun axıdılması müəyyən edilir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 oktyabr 2025-ci il tarixli, PR/809/2025nömrəli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, 1.Mənzilə baxış nəticəsində,həmçinin təqdim edilən fotoşəkillər və videogörüntüdən məlum olur ki, İddiaçı məxsus, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Mürsəlov küçəsi, ev 170,3 saylı mənzildə su axıdılması halı baş vermişdir. Hazırda su sızma və ya axıdılma halı mövcud deyil. 4. Təqdim edilən videogörüntüdən məlum olur ki, ünvan 5 ünvan üzrə 3 saylı mənzilə su axıdılması baş vermişdir. 5.İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Mürsəlov küçəsi, ev 170,3 saylı mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün təmin xərci 3948 (üs min doqquz yüz qırx səkkiz) manat təşkil edir. (material pulu-2052 (iki min əlli iki) manat və usta haqqı-1896 (min səkkiz yüz doxsan altı) manat olmaqla) müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzilin mülkiyyətçisidir, iddiaçının mənzilinin üst mərtəbəsində yerləşən 18 saylı mənzil isə Cavabdeh istifadəsindədir. İddiaçı 18 saylı mənzildən su sızması nəticəsində onun 3 saylı mənzilinə ziyan vurulması iddiası ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi, ev 170 ünvanında yerləşən cavabdehə məxsus 18 saylı mənzilindən həmin ünvan üzrə iddiaçıya məxsus 3 saylı mənzilə su sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2025-ci il tarixli 10/947 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Mürsəlov küçəsi, ev 170, 3 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini nəzərə alaraq 3 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən 18 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 oktyabr 2025-ci il tarixli, PR/809/2025nömrəli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, 1.Mənzilə baxış nəticəsində,həmçinin təqdim edilən fotoşəkillər və videogörüntüdən məlum olur ki, İddiaçı məxsus, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Mürsəlov küçəsi, ev 170,3 saylı mənzildə su axıdılması halı baş vermişdir. Hazırda su sızma və ya axıdılma halı mövcud deyil. 4. Təqdim edilən videogörüntüdən məlum olur ki, ünvan 5 ünvan üzrə 3 saylı mənzilə su axıdılması baş vermişdir. 5.İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Mürsəlov küçəsi, ev 170,3 saylı mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün təmin xərci 3948 (üç min doqquz yüz qırx səkkiz) manat təşkil edir. (material pulu-2052 (iki min əlli iki) manat və usta haqqı-1896 (min səkkiz yüz doxsan altı) manat olmaqla) müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş zərərin 4.000 manat olmasını iddia etsə də, mütəxəssis rəyi ilə zərərin 3948 manat həcmində olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə ekspert və mütəxəssis rəylərini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan ünvan 7 ünvanda yerləşən yaşayış evinin 3 saylı mənzilə cavabdehin yaşadığı və istifadəsində olduğu üst mərtəbədə yerləşən 18 saylı mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 3948 (üç min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 3948 (üç min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti, mütəxəssis rəyinin alınması üçün çəkilən 300 (üç yüz) manat xərc və 60 (altmış) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən artıq ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3948 (üç min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti, mütəxəssis rəyinin alınması üçün çəkilən 300 (üç yüz) manat xərcin və 60 (altmış) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 40 (qırx) manat dövlət rüsumu (qəbz N **********) İddiaçı geri qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar