Məhkəmə qərarları › İş №2(009)-2827/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2827/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2827/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 04.06.2019-cu il tarixli, 21.08.2019-cu il tarixli və 13.01.2020-ci il tarixli müqavilələrinə əsasən “Delonghi” markalı 2 ədəd İzqara, “Panasonic” markalı trimmer, “Kenwood” markalı 2 ədəd doğrayıcı, “Hascevher” markalı tava-qril, Magnum- Yataq-Surgulu-Dolab, Magnum-Yataq-Çarpayı-Bazali, Magnum-Yataq-Termo, Magnum-Yataq- Tumba, Alyans-dolab Verona, Alyans-çarpayı Verona, Alyans-termo Verona, Alyans-tumba Verona, Doshek Uretan və İMEİ kodu **********88026 olan “X3 8” markalı telefon almış və nəticədə 5900 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 792 manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan “Delonghi” markalı 2 ədəd İzqara, “Panasonic” markalı trimmer, “Kenwood” markalı 2 ədəd doğrayıcı, “Hascevher” markalı tava-qril üçün ümumilikdə 272 manat olmaqla, ondan 206 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 66 manat dəbbə pulu; 21.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 5290 manat (24 ay x 211 manat + 226 manat ilkin ödəniş) olan Magnum-Yataq-Surgulu-Dolab, Magnum-Yataq-Çarpayı-Bazali, Magnum-Yataq-Termo, Magnum-Yataq-Tumba, Alyans-dolab Verona, Alyans-çarpayı Verona, Alyans-termo Verona, Alyans-tumba Verona, Doshek Uretan üçün ümumilikdə 4937 manat olmaqla, ondan 3798 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 1139 manat dəbbə pulu; 13.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 640,8 manat (18 ay x 35,6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********88026 olan “X3 8” markalı telefon üçün ümumilikdə 691 manat olmaqla, ondan 533,8 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 157,2 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin 04.06.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 386 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 200 manat, ümumilikdə 586 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ isə 1599 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 04.06.2019-cu il tarixli müqaviləsinə “Delonghi” markalı 2 ədəd İzqara, “Panasonic” markalı trimmer, “Kenwood” markalı 2 ədəd doğrayıcı, “Hascevher” markalı tava-qril üçün 206 manat əsas borc, 66 manat dəbbə pulu; 21.08.2019-cu il tarixli müqaviləsinə əsasən Magnum-Yataq-Surgulu- Dolab, Magnum-Yataq-Çarpayı-Bazali, Magnum-Yataq-Termo, Magnum-Yataq-Tumba, Alyansdolab Verona, Alyans-çarpayı Verona, Alyans-termo Verona, Alyans-tumba Verona, Doshek Uretan üçün 3798 manat əsas borc, 1139 manat dəbbə pulu, 13.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********88026 olan “X3 8” markalı telefon üçün 533,8 manat əsas borc, 157,2 manat dəbbə pulu, ümumilikdə 5900 manat borc, 79 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, borcu etiraf edir, lakin mövcud pandemiya ilə əlaqədar işləmədiyi üçün aylıq ödənişləri yerinə yetirə bilməmişdir, lakin hissə-hissə ödəyə bilər. Yaranmış borcu birdəfəyə ödəmək imkanı yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 04 iyun 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Delonghi” markalı 2 ədəd İzqara, “Panasonic” markalı trimmer, “Kenwood” markalı 2 ədəd doğrayıcı, “Hascevher” markalı tava-qril 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 44 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 792 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21 avqust 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Magnum-Yataq-Surgulu-Dolab, Magnum-Yataq-Çarpayı-Bazali, Magnum-Yataq-Termo, Magnum-Yataq-Tumba, Alyans-dolab Verona, Alyans-çarpayı Verona, Alyans-termo Verona, Alyans-tumba Verona, Doshek Uretan 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 211 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 5290 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 13 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kodu **********88026 olan “X3 8” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 35,6 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 640,8 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 15.10.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 04.06.2019-cu il tarixli müqavilə üzrə 206 manat əsas, 66 manat cərimə, 21.08.2019-cu il tarixli müqavilə üzrə 3798 manat əsas, 1139 manat cərimə, 13.01.2020-ci il tarixli müqavilə üzrə 533,8 manat əsas, 157,2 manat cərimə, cəmi 5900 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 04.06.2019-cu il tarixdə, 21.08.2019-cu il tarixdə və 13.01.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 792 manat olan “Delonghi” markalı 2 ədəd İzqara, “Panasonic” markalı trimmer, “Kenwood” markalı 2 ədəd doğrayıcı, “Hascevher” markalı tava-qril, alqı-satqı qiyməti 5290 manat olan Magnum-Yataq-Surgulu-Dolab, Magnum-Yataq-Çarpayı-Bazali, Magnum-Yataq-Termo, Magnum-Yataq-Tumba, Alyans-dolab Verona, Alyans-çarpayı Verona, Alyans-termo Verona, Alyans-tumba Verona, Doshek Uretan və alqı-satqı qiyməti 640,8 manat “X3 8” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilələrdə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 04.06.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 206 manat, 21.08.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş 3798 manat və 13.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 533,8 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin 04.06.2019-cu il tarixli müqavilə üzrə 66 manat, 21.08.2019-cu il tarixli müqavilə üzrə 1139 manat və 13.01.2020-ci il tarixli müqavilə üzrə 157,2 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tən asübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 04.06.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 13 manat, 21.08.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 100 manat və 13.01.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 20,2 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 04.06.2019-cu il tarixli 00701492 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 15.10.2021-ci il tarixə yaranmış 206 manat borc, 13 manat dəbbə pulu, 21.08.2019-cu il tarixli 00860467 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 15.10.2021-ci il tarixə yaranmış 3798 manat borc, 100 manat dəbbə pulu, 13.01.2020-ci il tarixli 20034583 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 15.10.2021-ci il tarixə yaranmış 533,8 manat borc, 20,2 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79 manat, cəmi 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar