Məhkəmə qərarları › İş №2(009)-2870/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2870/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2870/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.Ə.Qəhrəmanovun iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 24.02.2020-ci il tarixli, 16.06.2020-ci il tarixli və 16.06.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********84479 olan “X3 8T” markalı telefon, “Samsung LED” markalı televizor və İMEİ kodu **********15778 olan “Samsung Galaxy A 31” markalı telefon almış və nəticədə 3424 (üç min dörd yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 680,4 (altı yüz səksən manat qırx qəpik) manat (18 ay x 37,8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84479 “X3 8T” markalı telefon üçün ümumilikdə 782 (yeddi yüz səksən iki) manat olmaqla, ondan 604,4 (altı yüz dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 177,6 (yüz yetmiş yeddi manat altmış qəpik) manat dəbbə pulu; 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1470,6 (min dörd yüz yetmiş manat altmış qəpik) manat (18 ay x 81,7 manat + 0 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 1835 (min səkkiz yüz otuz beş) manat olmaqla ondan, 1470,6 (min dörd yüz yetmiş manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 364,4 (üç yüz altmış dörd manat qırx qəpik) manat dəbbə pulu; 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 780,6 (yeddi yüz səsən manat altmış qəpik) manat (12 ay x 55,3 manat + 117 manat ilkin ödəniş) olan İMEİ kodu **********15778 “Samsung Galaxy A 31” markalı telefon üçün ümumilikdə 807 (səkkiz yüz yeddi) manat olmaqla, ondan 608,6 (altı yüz səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 198,4 (yüz doxsan səkkiz manat qırx qəpik) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 248 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 24.02.2020-ci il, 16.06.2020-ci il və 16.06.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmış, Zamin "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludu. Göstərilənlərə əsasən iddiaçı 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********84479 olan “X3 8T” markalı telefon, üçün 604,4 manat ödənilməmiş hissə, 176,6 manat dəbbə pulu; 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung LED” markalı televizor üçün 1470,6 manat ödənilməmiş hissə, 364,4 manat dəbbə pulu; 16.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********15778 olan “Samsung Galaxy A 31” markalı telefon üçün 608,6 manat ödənilməmiş hissə, 198,4 manat dəbbə pulu, ümumilikdə 3424 manat borc və 54,24 manat ödənilməmiş dövlət rüsumun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24.02.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “X3 8T” markalı telefonu 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 37,8 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 680,4 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16.06.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung LED” markalı televizor 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 81,7 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1470,6 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16.06.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung Galaxy A 31” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 55,3 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 780,6 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Zamin arasında bağlanılmış 24.02.2020-ci il tarixli 20124535 saylı, 16.06.2020-ci il tarixli 20352672 saylı və 16.06.2020-ci il tarixli 20352736 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə "xxxx" MMC-nin qarşısında zamin alıcı Cavabdeh ilə birlikdə birgə məsuliyyət daşıyır. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 20.10.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 24.02.2020-ci il tarixli müqavilə üzrə 604,4 manat əsas, 177,6 manat cərimə, 16.06.2020-ci il tarixli müqavilə üzrə 1470,6 manat əsas, 364,4 manat cərimə, 16.06.2020-ci il tarixli müqavilə üzrə 608,6 manat əsas, 198,4 manat cərimə, cəmi 3424 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 24.02.2020-ci il tarixdə, 16.06.2020-ci il tarixdə və 16.06.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 680,4 manat olan “X3 8T” markalı telefonu, alqı-satqı qiyməti 1470,6 manat olan “Samsung LED” markalı televizor və alqı-satqı qiyməti 780,6 manat “Samsung Galaxy A 31” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilələrdə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 24.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 604,4 manat, 16.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1470,6 manat və 16.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 608,6 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin 24.02.2020-ci il tarixli müqavilə üzrə 177,6 manat, 16.06.2020-ci il tarixli müqavilə üzrə 364,4 manat və 16.06.2020-ci il tarixli müqavilə üzrə 198,4 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 24.02.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 17,60 manat , 16.06.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 24,40 manat və 16.06.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu 20,16 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 24.02.2020-ci il tarixli 20124535 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.10.2021-ci il tarixə yaranmış 604,4 manat borc, 17,60 manat dəbbə pulu, 16.06.2020-ci il tarixli 20352672 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.10.2021-ci il tarixə yaranmış 1470,6 manat borc, 24,40 manat dəbbə pulu, 16.06.2020-ci il tarixli 20352736 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 20.10.2021-ci il tarixə yaranmış 608,6 manat borc, 20,16 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54,24 manat, cəmi 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar