Məhkəmə qərarları › İş №2(009)-2871/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2871/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2871/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44562 Samsung Galaxy A20s markalı telefon üçün 18 manat ödənilməmiş hissə, 1 manat cərimə, 12.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********68093 iPhone 11 markalı telefon üçün 3178 manat ödənilməmiş hissə, 317 manat cərimə, ümumilikdə 3514 manat borc və 55.14 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 20.11.2019-cu il və 12.05.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********44562 Samsung Galaxy A20s markalı telefon və İMEİ kodu **********68093 iPhone 11 markalı telefon almış və nəticədə 3514 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 650 (altı yüz əlli) manat (18 ay x 36 manat + 2 manat ilkin ödəniş) İMEİ kodu **********44562 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 19 (on doqquz) manat olmaqla ondan, 18 (on səkkiz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, 12.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3258 manat (üç min iki yüz əlli səkkiz.) (18 ay x 181 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********68093 İPhone 11 markalı telefon üçün ümumilikdə, 3495 (üç min dörd yüz doxsan beş) manat olmaqla ondan, 3178 (üç min yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 317(üç yüz on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 712 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, bu ünvanda yaşamır qeyd edilməklə zərf geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış 20.11.2019cu il tarixli, 01063353 saylı müqaviləyə əsasən, 650 manat məbləğində İMEİ kodu **********44562 Samsung Galaxy A20s markalı telefon almışdır. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış 12.05.2020-ci il tarixli, 20275992 saylı müqaviləyə əsasən, 3258 manat məbləğində İMEİ kodu **********68093 iPhone 11 markalı telefon almışdır. İş materiallarında olan 21.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış 20.11.2019-cu il tarixli, 01063353 saylı müqavilə əsasında aldığı İMEİ kodu **********44562 Samsung Galaxy A20s markalı telefon üçün ilkin ödəniş 2 manat olmaqla 18 ay ərzində 36 manat ödəməli idi. Lakin onun tərəfindən 632 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 18 manat ödənilməmiş hissə, 1 manat cərimə borcu təşkil edir. 12.05.2020-ci il tarixli, 20275992 saylı müqavilə əsasında aldığı İMEİ kodu **********68093 iPhone 11 markalı telefon üçün ilkin ödəniş 0 manat olmaqla 18 ay ərzində 181 manat ödəməli idi. Lakin onun tərəfindən 80 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 3178 manat ödənilməmiş hissə, 317 manat cərimə borcu təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün görə İMEİ kodu **********44562 Samsung Galaxy A20s markalı telefon üçün 18 manat əsas, 1 manat cərimə, İMEİ kodu **********68093 iPhone 11 markalı telefon üçün 3178 manat əsas, 317 manat cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 55.14 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün görə İMEİ kodu **********44562 Samsung Galaxy A20s markalı telefon üçün 18 manat əsas, 1 manat cərimə, İMEİ kodu **********68093 iPhone 11 markalı telefon üçün 3178 manat əsas, 317 manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 55.14 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar