Məhkəmə qərarları › İş №2(009)-29/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-29/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-29/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas və faiz borcunun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 5108,32 manat, faiz borcu üzrə 907,08 manat olmaqla cəmi 6015,40 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-571/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat xx.xx.2016-cı il tarixdə vəfat etmiş Cavabdeh2 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat İdarəsinin məhkəmənin sorğusuna 05/3734-11 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh2 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsini dinləyib, işdə olan və təqdim edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(009)- 4787/2017saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və tutulan pul vəsaitlərinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 135-xx.xx.2015-SM27 saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan qətnamədən görünür ki, “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 796398 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 13 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat İdarəsinin məhkəmənin sorğusuna 05/3734-11 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh2 adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh2 hüquqi varisi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas və faiz borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar