Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2909/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 16.12.2018-ci il tarixli, 21.11.2019-cu il tarixli və 01.02.2020ci il tarixli müqavilələrinə əsasən “Hoffmann” markalı soyuducu, “Kombi” İmmergas və “Kenwood“ markalı blender almış və nəticədə 1426 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.12.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1692 manat (19 ay x 89 manat + 1 manat ilkin ödəniş) olan “Hoffmann” markalı soyuducu üçün ümumilikdə 193 manat olmaqla, ondan 176 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17 manat cərimə; - 21.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1656 manat (24 ay x 69 manat + 0 manat ilkin ödəniş) olan “Kombi” İmmergas üçün ümumilikdə 1061 manat olmaqla, ondan 965 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 96 manat cərimə; - 01.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 296,4 manat (6 ay x 49,4 manat + 0 manat ilkin ödəniş) olan “Kenwood“ markalı blender üçün ümumilikdə 172 manat olmaqla, ondan 156,4 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 15,6 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2347 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı “Hoffmann” markalı soyuducu üçün 176 manat əsas borc, 17 manat cərimə, “Kombi” İmmergas üçün 965 manat əsas borc, 96 manat cərimə, “Kenwood“ markalı blender üçün 156,4 manat əsas borc, 15,6 manat cərimə, ümumilikdə 1426 manat borc, 34,26 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Hoffmann” markalı soyuducu 19 ay müddətinə ödənilmək şərti ilə (ayda 89 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1692 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Kombi” İmmergas 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 69 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1656 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Kenwood“ markalı blender 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 49,4 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 296,4 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 02.11.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 16.12.2018-ci il tarixli müqavilə üzrə 176 manat əsas, 17 manat cərimə, 21.11.2019-cu il tarixli müqavilə üzrə 965 manat əsas, 96 manat cərimə, 01.02.2020-ci il tarixli müqavilə üzrə 156,4 manat əsas, 15,6 manat cərimə, cəmi 1426 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 16.12.2018ci il tarixdə, 21.11.2019-cu il tarixdə və 01.02.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1692 manat olan “Hoffmann” markalı soyuducu, alqı-satqı qiyməti 1656 manat olan “Kombi” İmmergas və alqı-satqı qiyməti 296,4 manat olan “Kenwood“ markalı blender pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış soyuducu, kombi və blender Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 16.12.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 176 manat əsas borc, 17 manat cərimə, 21.11.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 965 manat əsas borc, 96 manat cərimə, 01.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 156,4 manat əsas borc, 15,6 manat cərimə, cəmi 1426 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 16.12.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 02.11.2021-ci il tarixə yaranmış 176 manat borc, 17 manat cərimə, 21.11.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 02.11.2021-ci il tarixə yaranmış 965 manat borc, 96 manat cərimə, 01.02.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 02.11.2021-ci il tarixə yaranmış 156,4 manat borc, 15,6 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,26 manat, cəmi 1460,26 (bir min dörd yüz altmış manat, iyirmi altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2909/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2909/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver