Məhkəmə qərarları › İş №2(009)-295/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-295/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-295/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X9 cavabdeh «xxxxxxxxxxxxx» X6rşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 3030 manat ziyanın “xxxxxxxxxxxxx” ASC tərəfindən ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə Qax rayonu Aydın Məmmədov küçəsində ona məxsus ** LH *** dövlət qeydiyyat nişanlı Mersedes Benz E 230 markalı avtomobili ilə X3 məxsus Opel markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən dərhal sonra DİN-nin 102 çağrı mərkəzinə və “xxxxxxxxxxxxx” ASC-nin 990 çağrı mərkəzinə zəng edilərək məlumat verilmişdir. Hadisədən 7-9 dəqiqə sonra hadisə yerinə Qax rayon DYP xidmətinin əməkdaşları və “xxxxxxxxxxxxx” ASC-nin əməkdaşı (“xxxxxxxxxxxxx” ASC-nin loqotipi ilə bəzədilmiş Vaz 2107 markalı avtomobil) gəlmişdir. Hadisə iştirakçılarından yüngül xısarət alan olduğundan, hadisə Qax rayon PŞ-nin təhqiqat qrupu tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müxtəlif ekspertizaların aparılmasına zərurət yarandığından, yekun qərar xx.xx.2019-cu il tarixində verilmişdir. Nəticədə onun avtomobilinə 1500 manat maddi ziyan dəymişdir. Qərardan dərhal sonra tələb olunan sənədlər “xxxxxxxxxxxxx” ASC-nin nümayəndələrinə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixində “xxxxxxxxxxxxx” ASC məlumatın gec verildiyini (yanlış olaraq) bəhanə edərək ödənişin verilməsindən imtina edilməsinə dair bildiriş məktubu göndərmişdir. Məktubdan əvvəl “xxxxxxxxxxxxx” ASC-nin əməkdaşları dəfələrlə onu Qax rayonuna dəvət etmiş hadisə yerində müəyyən çəkilişlər etmişdilər. Onun Bakı şəhərində yaşadığı nəzərə alınarsa, ona əlavə olaraq 1000 manat maddi və mənəvi ziyan vurmuşlar. Beləliklə, bu hadisə zamanı ona ümumilikdə 3030 (1500 manat avtomobilə, 1000 manat mənəvi ziyan, 500 manat hüquqi yardıma, 30 manat məhkəmə xərclərinə) manat maddi ziyan dəymişdir. Məlumat üçün bildirir ki, avto qəzadan sonra avtomobil Qax rayon DYP şöbəsinin avto duracağında 47 gün qalmışdır. Bu müddət ərzində o və qarşı tərəf mütəmadi olaraq (demək olar ki, hər gun) “xxxxxxxxxxxxx” ASC-nin əməkdaşları ilə əlaqə saxlamışlar. Bunu mobil telefonların izahlı qaiməsi vasitəsilə sübut etmək olar. Bildirmək istəyir ki, dəymiş ziyan Qax rayonunda rəsmi fəaliyyət göstərən avtoekspert tərəfindən müəyyənləşdirilmişdir. Avtomobil hadisədən 6 ay sonra təmir edilmişdir. Bu müddət ərzində sığorta şirkətinin dəymiş ziyanı müəyyənləşdirməyə yetərincə vaxtı yaranmışdır. Avtomobilin təmiri qismən foto-video lentə alınmışdır. Beləliklə, hesab edir ki, xxxxxxxxxxxxx” ASC haqsız olaraq ödənişdən boyun qaçırır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı özünün əsl iddiaçı X13 ilə əvəz edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia ərizəsində tələbləri təmin etməklə yanaşı (ümumi dəymiş ziyan 30xx xxxxxxxx 3285 manata) avtomobilə dəymiş ziyanın həcmini 15xx xxxxxxxx 1755 manatadək artırılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, ilkin iddia ərizəsində tələbləri təmin etməklə yanaşı (ümumi dəymiş ziyan 32xx xxxxxxxx 3155 manata) avtomobilə dəymiş ziyanın həcmini 17xx xxxxxxxx 1625 manatadək azaldılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı X9 nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, avtomobilə dəymiş ziyana görə 1625 manat, mənəvi ziyana görə 1000 manat, hüquqi yardıma görə 500 manat, məhkəmə xərinə görə 30 manat, ümumilikdə 3155 manat məbləğində ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «xxxxxxxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X10 iddiaya etiraz edərək bildirdi ki, yol nəqliyyat hadisəsi xx xxxxxx 2018-ci il tarixdə baş verməsinə baxmayaraq, Cəmiyyətə bu barədə məlumat xx.xx.2019-cu il tarixdə verilmişdir. Bununla da, Cəmiyyət baş vermiş sığorta hadisəsinin araşdırılmasından və dəymiş zərərin müəyyənləşdirilməsi hüququndan məhrum olmuşdur. Ona görə də, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı hər hansı bir sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilən şahid X7 göstərdi ki, o, xidməti müqavilə əsasında 2018ci ildən «xxxxxxxxxxxxx» ASC-nin Qax rayonu üzrə sığorta agenti işləyir. Müqaviləyə əsasən göstərilən xidmətə görə «xxxxxxxxxxxxx» ASC tərəfindən ona komissiya ödənilir. Ümumiyyətlə, sığorta müqaviləsində onun əlaqə nömrəsi olduğu üçün müqavilə bağlayan sürücülər onu tanıyır və hər hansı hadisə baş verdikdə ona zəng vururlar. Onun vəzifəsi həmin vaxt sürücünü «xxxxxxxxxxxxx» ASC-nin qaynar xəttinə zəng vurmaqlarını bildirməklə onları düzgün yönləndirməkdir. Bəzən o, kömək məqsədilə və ya müştərini düzgün istiqamətləndirmək üçün hadisə yerinə gedir. Hadisə günü hazırki iş üzrə iddiaçı yox, qarşı tərəf ona zəng vurmuşdu. O da, kömək məqsədilə hadisə yerinə getmişdir. Adətən hadisə yerinə rəsmi olaraq qəza komissarı Tərlan gedir, həmin gün Tərlana hadisə barədə xəbər verilməsinə baxmayaraq, o hadisə yerində olanda Tərlanın hadisə yerinə gəlməsini görmədi. Hadisə yerində olduğundan əminliklə deyir ki, «xxxxxxxxxxxxx» ASCyə hadisə ilə bağlı zəng vurulmuşdur. Zəng zərərvuranın dayısı tərəfindən edilmişdir. Hadisədən 10-12 gün sonra Tərlan onun yanında olarkən Zəkəriyyə ona zəng vurmuşdu. Söhbətdən belə başa düşdü ki, Tərlanın hadisədən xəbəri var. Söhbət zamanı onlar işlə bağlı hansısa sənədlər barədə danışdılar. Tərlanın həmin vaxt hansı işlə bağlı gəldiyini bilmir. İddiaçının maşını dayanacaqda olan vaxt, o, qəza komisarı Tərlanla birlikdə gedib maşına baxmışlar. İş DYP-də olduğundan sənədləşmə təhqiqat orqanı tərəfindən aparılırdı. Təhqiqat orqanı tərəfindən sənədlər hazırlandıqdan sonra Şirkətə məlumat verildi. Ondan sonra yeni qəza komisarı İftixar müəllim işə qoşuldu. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatlarını, şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxx” ASC tərəfindən X11 və İddiaçı Şahir oğluna ünvanlanmış 07/HS-663 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2018-ci il tarixində baş verməsinə baxmayaraq, Cəmiyyətə bu barədə məlumat xx.xx.2019-cu il tarixində verilmişdir. Bununla da, Cəmiyyət baş vermiş sığorta hadisəsinin araşdırılmasından və dəymiş zərərin müəyyənləşdirilməsi hüququndan məhrum olmuşdur. Baxmayaraq ki, səlahiyyətli dövlət orqanı baş vermiş yol nəqliyyat hadisəsini qeydiyyata almışdır, lakin səlahiyyətli dövlət orqanının nümayəndəsi və onlar AR Mülki Məcəlləsinin 923.1 və 923.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşlar. Nəticədə Cəmiyyət baş vermiş hadisəni araşdırma hüququndan məhrum olunmuşdur. Beləliklə qeyd olunanları nəzərə alaraq bildirirlər ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onlara hər hansı bir sığorta ödənişinin verilməsi mümkün deyildir. İş materiallarında olan Qax RPŞ-nin İstintaq Qrupunun baş müstəntiqi polis kapitanı X5 xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Opel Astra markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. HK-1/722 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2018ci il tarixli, 061 8603S nömrəli arayışından görünür ki, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi ev 4 a mənzil 19-da yaşayan İddiaçı həqiqətən də xx.xx.2018-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək özünə məxsus sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini naməlum şəraitdə itirdiyini bildirmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət X16 «xxxxxxxxxxxxx» ASC-yə ünvanlanmış 82735-1219 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Mersedes 230” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdən X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qax rayon Polis şöbəsinin xx.xx.2018-ci il tarixli, 189/HK-1/722 №-li arayışından görünür ki, Qax RPŞ-nin Təhqiqat Qrupunda araşdırılması aparılmış və xx.xx.2018-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmiş HK-1/722 saylı material üzrə zərurət aradan qalxdığı üçün Qax RPŞ-nin cərimə meydançasında saxlanılan «Mercedes-Benz» markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı təhvil verilməsinə və təmirinə etirazı yoxdur. İş materiallarında olan Qax «Avtomotoservis və Ticarət» müəssisəsinin xx xxxxxx 2018-ci il tarixli, 127 nömrəli Aktından görünür ki, «Mercedes Bens» markalı 90 LH-328 dövlət nömrə nişanlı avtomaşına səkiləcək xərcin 1330 manat (o cümlədən: ehtiyat hissələri 840 manat, xidmət xərci 490 manat) olması təsdiq olunur. İş materiallarında olan «xxxxxxxxxxxxx» ASC-nin xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, «Mercedes Bens» markalı 90 LH-328 dövlət nömrə nişanlı avtomaşına 550 manat məbləğində zərər dəymişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1311 saylı rəyindən görünür ki, Qax «Avtoservis və ticarət» müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli və «xxxxxxxxxxxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı «Mercedes Bens» markalı 90 LH-328 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1625,0 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx xxxxxx 2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən dərhal sonra DİN-nin 102 çağrı mərkəzinə və “xxxxxxxxxxxxx” ASC-nin 990 çağrı mərkəzinə zəng edilərək məlumat verilmiş, hadisə yerinə Qax rayon DYP xidmətinin əməkdaşları və “xxxxxxxxxxxxx” ASCnin əməkdaşı gəlmişdir. Qeyd olunan hal məhkəmə iclasında şahid qismində dindirilən «xxxxxxxxxxxxx» ASC-nin Qax rayonu üzrə sığorta agenti X2 izahatı ilə təsdiq olunur. Belə ki, şahid X7 göstərdi ki, o, xidməti müqavilə əsasında 2018-ci ildən «xxxxxxxxxxxxx» ASCnin Qax rayonu üzrə sığorta agenti işləyir. Onun vəzifəsi hadisə vaxtı sürücünü «xxxxxxxxxxxxx» ASC-nin qaynar xəttinə zəng vurmaqlarını bildirməklə onları düzgün yönləndirməkdir. xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi günü hazırki iş üzrə iddiaçı yox, qarşı tərəf ona zəng vurmuşdu. O da, kömək məqsədilə hadisə yerinə getmişdir. Adətən hadisə yerinə rəsmi olaraq qəza komissarı Tərlan gedir, həmin gün Tərlana hadisə barədə xəbər verilməsinə baxmayaraq, o, hadisə yerində olanda Tərlanın hadisə yerinə gəlməsini görmədi. Hadisə yerində olduğundan əminliklə deyir ki, «xxxxxxxxxxxxx» ASC-yə hadisə ilə bağlı zəng vurulmuşdur. İddiaçının maşını dayanacaqda olan vaxt, o, qəza komisarı Tərlanla birlikdə gedib maşına baxmışlar. İş DYP-də olduğundan sənədləşmə təhqiqat orqanı tərəfindən aparılırdı. Təhqiqat orqanı tərəfindən sənədlər hazırlandıqdan sonra Şirkətə məlumat verilmişdir. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə belə nəticəyə gəlir ki, hadisə barədə vaxtında məlumat verilmədiyi üçün baş vermiş sığorta hadisəsinin araşdırılmasından və dəymiş zərərin müəyyənləşdirilməsi hüququndan məhrum olması barədə cavabdehin dəlilləri əsassızdır və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təkzib olunur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslıdır. Ekspertin rəyindən görünür ki, Qax «Avtomotoservis və ticarət» müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli və «xxxxxxxxxxxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı «Mersedes Benz» markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1625.0 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh «xxxxxxxxxxxxx» ASC-dən 1625 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi və hüquqi yardımla bağlı xərcin ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 1000 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi “dəymiş mənəvi ziyanla bağlı 1000 manat ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardımla bağlı 500 manat xərcin ödənilməsi hissəsində də təmin edilməməlidir, belə ki, iddiaçı həmin tələblə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxxx» X8 iddiaçı X9 xeyrinə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində dəymiş ziyan və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh «xxxxxxxxxxxxx» X8 tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar