Məhkəmə qərarları › İş №2(009)-2952/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2952/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2952/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 18.04.2020-ci il tarixli və 15.07.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********86020 olan “Samsung Galaxy A51” markalı telefon və İMEİ kodu **********22103 olan “Samsung Galaxy A71” markalı telefon almış və nəticədə 698 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.04.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 832,2 manat (12 ay x 64,1 manat + 63 manat ilkin ödəniş) olan İMEİ kodu **********86020 “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə 128 manat olmaqla, ondan 128 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 0 manat cərimə, 15.07.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1275 manat (18 ay x 57 manat + 249 manat ilkin ödəniş) olan İMEİ kodu **********22103 “Samsung Galaxy A71” markalı telefon üçün ümumilikdə 570 manat olmaqla, ondan 570 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1409,2 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 18.04.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung Galaxy A51” markalı telefon üçün 128 manat əsas borc, 0 manat cərimə, 15.07.2020-ci il tarixli müqaviləsinə əsasəq “Samsung Galaxy A51” markalı telefon üçün 570 manat əsas borc, 0 manat cərimə, ümumilikdə 698 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 18 aprel 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung Galaxy A51” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 64,1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 832,2 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 15 iyul 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung Galaxy A71” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 57 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1275 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 05.11.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 18.04.2020-ci il tarixli müqavilə üzrə 128 manat əsas, 15.07.2020-ci il tarixli müqavilə üzrə 570 manat əsas borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 18.04.2020ci il tarixdə və 15.07.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 832,2 manat olan “Samsung Galaxy A51” markalı mobil telefon və alqı-satqı qiyməti 1275 manat olan “Samsung Galaxy A71” markalı telefon pulu hissəhissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni 2 ədəd mobil telefon Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 18.04.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 128 manat əsas borc, 15.07.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 570 manat əsas borc, cəmi 698 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 18.04.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 05.11.2021-ci il tarixə yaranmış 128 manat borc, 15.07.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 05.11.2021-ci il tarixə yaranmış 570 manat borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 728 (yeddi yüz iyirmi səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar