Məhkəmə qərarları › İş №2(009)-3006/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-3006/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-3006/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 572 manat əsas, 200 manat penya və cərimə haqqı borcu olmaqla, cəmi 772 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət etmədiyindən, riayət edildiyi halda isə buna dair sənəd iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar