Məhkəmə qərarları › İş №2(009)-301/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-301/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-301/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59164 Samsung Galaxy A20s markalı telefon üçün 514.6 (beş yüz on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 51.4 (əlli bir manat qırx qəpik) manat cərimə, 21.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Ventilyator HOFFMANN, Vista 26 X5, Fen ütü Philips üçün 658.6 (altı yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 65.4 (altmış beş manat dörd qəpik) manat cərimə, 23.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Fen Philips, Ventilyator HOFFMANN üçün 197.8 (yüz doxsan yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, 25.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********27555 Huawei Y5 Lite markalı telefon üçün 259.4 (iki yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə, ümumilikdə 1792 (min yeddi yüz doxsan iki qəpik) manat borc və 37.92 (otuz yeddi manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 18.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59164 Samsung Galaxy A20s markalı telefon, 21.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Ventilyator HOFFMANN, Vista 26 X5, Fen ütü Philips, 23.07.2020-ci il tarixli müqaviləsinə əsasən, Fen Philips, Ventilyator HOFFMANN, 25.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********27555 Huawei Y5 Lite markalı telefon almış və nəticədə 1792 (min yeddi yüz doxsan iki qəpik) manat borc yaranmışdır. Cavabdeh 18.07.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 534.6 manat (beş yüz otuz dörd manat altmış qəpik) (18 ay x 29.7 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********59164 Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə 566 (beş yüz altmış altı) manat manat olmaqla ondan, 514.6 (beş yüz on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.4 (əlli bir manat qırx qəpik) manat cərimə, 21.07.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 678.6 manat (altı yüz yetmiş səkkiz manat altmış qəpik) (18 ay x 37.7 manat + 220 manat ilkin ödəniş), Ventilyator HOFFMANN, Vista 26 X5, Fen ütü Philips üçün ümumilikdə 724 (yeddi yüz iyirmi dörd) manat manat olmaqla ondan, 658.6 (altı yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.4 (altmış beş manat qırx qəpik) manat cərimə, 23.07.2020ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 217.8 manat (iki yüz on yeddi manat səksən qəpik) (18 ay x 12.1 manat + 0 manat ilkin ödəniş), Fen Philips, Ventilyator HOFFMANN üçün ümumilikdə 217 (iki yüz on yeddi manat) manat olmaqla ondan, 197.8 (yüz doxsan yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, 25.07.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 284.4 manat (iki yüz səksən dörd manat qırx qəpik) (18 ay x 15.8 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********27555 Huawei Y5 Lite markalı telefon üçün ümumilikdə 285 (iki yüz səksən beş) manat olmaqla ondan, 259.4 (iki yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə, miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh X2 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, ünvan tam deyil qeyd edilməklə zərf geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh X3 ilə "xxxx" MMC ilə bağlanmış 18.07.2020-ci il tarixli, №21027052 saylı müqaviləyə əsasən, 534.6 manat məbləğində İMEİ kodu **********59164 Samsung Galaxy A20s markalı telefon almışdır. İş materiallarından görünür ki, cavabdeh X3 ilə "xxxx" MMC ilə bağlanmış 21.07.2020-ci il tarixli, №21033534 saylı müqaviləyə əsasən, 678.6 manat məbləğində Ventilyator HOFFMANN, Vista 26 X5, Fen ütü Philips almışdır. İş materiallarından görünür ki, cavabdeh X3 ilə "xxxx" MMC ilə bağlanmış 23.07.2020-ci il tarixli, №21036540 saylı müqaviləyə əsasən, 217.8 manat məbləğində Fen Philips, Ventilyator HOFFMANN almışdır. İş materiallarından görünür ki, cavabdeh X3 ilə "xxxx" MMC ilə bağlanmış 25.07.2020-ci il tarixli, №21038984 saylı müqaviləyə əsasən, 284.4 manat məbləğində İMEİ kodu **********27555 Huawei Y5 Lite markalı telefon almışdır. İş materiallarında olan 02.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 ilə "xxxx" MMC ilə bağlanmış 18.07.2020-ci il tarixli, №21027052 saylı müqavilə əsasında aldığı İMEİ kodu **********59164 Samsung Galaxy A20s markalı telefon üçün ilkin ödəniş 0 manat olmaqla 18 ay ərzində 29.7 manat ödəməli idi. Lakin onun tərəfindən 20 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 514.6 (beş yüz on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 51.4 (əlli bir manat qırx qəpik) manat cərimə, 21.07.2020-ci il tarixli, №21033534 saylı müqavilə əsasında aldığı Ventilyator HOFFMANN, Vista 26 X5, Fen ütü Philips üçün ilkin ödəniş 0 manat olmaqla 18 ay ərzində 37.7 manat ödəməli idi. Lakin onun tərəfindən 20 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 658.6 (altı yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 65.4 (altmış beş manat dörd qəpik) manat cərimə, 23.07.2020-ci il tarixli, №21036540 saylı müqavilə əsasında aldığı Fen Philips, Ventilyator HOFFMANN üçün ilkin ödəniş 0 manat olmaqla 18 ay ərzində 12.1 manat ödəməli idi. Lakin onun tərəfindən 20 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 197.8 (yüz doxsan yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, 25.07.2020-ci il tarixli, №21038984 saylı müqavilə əsasında aldığı İMEİ kodu **********27555 Huawei Y5 Lite markalı telefon üçün ilkin ödəniş 0 manat olmaqla 18 ay ərzində 15.8 manat ödəməli idi. Lakin onun tərəfindən 25 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 259.4 (iki yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə borcu təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı 37.92 manat dövlət rüsumu odəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 37.92 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh X1 İMEİ kodu **********59164 Samsung Galaxy A20s markalı telefon üçün 514.6 (beş yüz on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 51.4 (əlli bir manat qırx qəpik) manat cərimə, Ventilyator HOFFMANN, Vista 26 X5, Fen ütü Philips üçün 658.6 (altı yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 65.4 (altmış beş manat dörd qəpik) manat cərimə, Fen Philips, Ventilyator HOFFMANN üçün 197.8 (yüz doxsan yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, İMEİ kodu **********27555 Huawei Y5 Lite markalı telefon üçün 259.4 (iki yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 37.92 manat (otuz yeddi manat doxsan iki qəpik) dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 İMEİ kodu **********59164 Samsung Galaxy A20s markalı telefon üçün 514.6 (beş yüz on dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 51.4 (əlli bir manat qırx qəpik) manat cərimə, Ventilyator HOFFMANN, Vista 26 X5, Fen ütü Philips üçün 658.6 (altı yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 65.4 (altmış beş manat dörd qəpik) manat cərimə, Fen Philips, Ventilyator HOFFMANN üçün 197.8 (yüz doxsan yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 19.2 (on doqquz manat iyirmi qəpik) manat cərimə, İMEİ kodu **********27555 Huawei Y5 Lite markalı telefon üçün 259.4 (iki yüz əlli doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 25.6 (iyirmi beş manat altmış qəpik) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 37.92 manat (otuz yeddi manat doxsan iki qəpik) dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar