Məhkəmə qərarları › İş №2(009)-3019/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-3019/2025

12.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-3019/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 görə Cavabdeh hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, Cavabdeh ilə birlikdə 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Bildirir ki, birgə yaşadıqları dövrdə ilk vaxtlar cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermiş və cavabdeh mütəmadi olaraq söz-söhbət yaratmışdır. Cavabdehlə aralarında olan münasibətlər hazırda tamamilə kəsilmişdir. Həmin münasibətlərin yenidən bərpası mümkün deyildir. Cavabdehlə artıq onlar bir yerdə yaşamırlar və birgə təsərrüfat aparmırlar. O, cavabdehlə birlikdə yaşadığı mənzildən çıxmışdır. Birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X8 onun yanında yaşayır. Məlumat üçün bildirmək istərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-1985/2012 saylı qətnaməsi ilə Cavabdeh ilə nikahları pozulmuş, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-1985/2012 saylı qətnaməsi ilə xx.xx.2012- ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 90 manat pul məbləğində və xx.xx.2012- i il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulması qət edilmişdir. Bundan sonra, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(009)-1683/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazacının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Bundan əlavə hazırda cavabdehin müntəzəm və sabit gəliri yoxdur. Bu səbəbdən alimentin qazancdan pay şəklində tutulması övladın normal təminatına imkan vermir, aliment ödənişlərində fasilələr yaranır və övladın maddi maraqları zərər görür. xx.xx.2012-ci il təvəllüdlü X1 görə cavabdehdən hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat aliment tutularaq ona ödənilməlidir. Nəzərinizə çatdırmaq istəyir ki, təyin edilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş və ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. 27 yanvar 2026-cı il tarixdə iddiaçının nümayəndəsi X7 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh alimentin tutulması qaydasının dəyişdirilməsi və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində 260 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi X7 məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-1683/2016 saylı qətnaməsindən görünür ki, 25 may 2012-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh qazacının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti 09 mart 2016-cı il tarixdən başlayaraq Cavabdeh tutularaq (uşaq yetkinlik yaşına çatanadək) X4 verilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahdan olan övladı 25 may 2012-ci il təvəllüdlü X8 iddiaçının (anasının) himayəsindədir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-1683/2016 saylı qətnaməsindən görünür ki, 25 may 2012-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh qazacının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində müəyyən edilsin və həmin pul vəsaiti 09 mart 2016-cı il tarixdən başlayaraq Cavabdeh tutularaq (uşaq yetkinlik yaşına çatanadək) X3 xeyrinə tutuması qət edilmişdir. Cavabdehin rəsmi gəliri, qazancının və iş yerinin olması barədə məlumat aşkar edilməmişdir. Hazırda iddiaçı alimentin tutulması qaydasının dəyişdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2025-ci il tarixli Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Həmin Qərarın 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, uşağın mənafeyini, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, cavabdehin rəsmi iş yeri barədə məlumatın müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları 25 may 2012-ci il təvəllüdlü X2 üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulması məqsədə uyğundur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yetkinlik yaşına çatanadək hər ay hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləği dəyişdirilməli, 25 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulan alimentin məbləği dəyişdirilsin. 25 may 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar