Məhkəmə qərarları › İş №2(009)-302/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-302/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-302/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Mahiyəddin oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mahiyəddin oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh1 məxsus “Mercedes Benz 110 CDİ” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusu 8500 ABŞ dollarına faktiki olaraq almışdır. Nəqliyyat vasitəsini xx.xx.2010-cu il tarixli ƏN-İİ 998899 No-li etibarnamə əsasında Cavabdeh1 əvəzindən etibarnamə əsasında Cavabdeh2 imza etmişdir. Nəqliyyat vasitəsini aldıqdan sonra aralarında olan razılığa əsasən Cavabdeh2 “Mercedes Benz 110 CDİ” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusun Cavabdeh1 məxsus olduğunu və ona verilmiş etibarnamə əsasında onun adından çıxış etdiyini bildirmişdir. O, isə öz növbəsində Cavabdeh1 səlahiyyətli nümayəndəsinə 10500 ABŞ dolları ödəmişdir. Sonra isə qarşılıqlı razılıq əsasında o, “Mercedes Benz 110 CDİ” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusu Mustafayev Natiq Höccət oğluna vermişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Mustafayev Natiq Höccət oğlu Cavabdeh1 və ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mercedes Benz 110 CDİ” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusun alqı-satqısına görə ödədiyi 11.000 ABŞ dolları və 30 manatın tutularaq ona ödənilməsini xahiş edib. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbini təmin edərək, iddiaçıdan 11.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Sonradan həmin nəqliyyat vasitəsi bir neçə şəxsə satılmışdır. Sonradan isə Cavabdeh1 2011-ci ilin iyun ayında mübahisə predmeti olan avtomobilə dair və məhkəmədə onun adından çıxış etmək üçün X2 etibarnamələr vermişdir. Həmin etibarnamələr əsasında cavabdeh həmin nəqliyyat vasitəsinə dair bütün etibarnamələri ləğv etdirərək nəqliyyat vasitəsini almışdır. İddianın qısa mahiyyəti ondan ibarətdir ki, cavabdehlərin hərəkəti nəticəsində ona qarşı məhkəmə qaydasında iddia qaldırılmışdır və o, nəqliyyat vasitəsini satdığı şəxsə 11.000 ABŞ dolları verməlidir. Halbuki o, özü də həmin nəqliyyat vasitəsinə görə cavabdehlərə 10500 ABŞ dolları ödəyib. Göstərilənləri nəzərə alaraq iddiaçı 10.500 ABŞ dolları məbləğinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb (tutulub) İddiaçı Məhiyyəddin oğluna verilməsi (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məhiyyəddin oğlu iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən yalnız 2019-cu ildə məlumatı olmuş, həmin qətnamədən apelyasiya şikayəti verilsə də, şikayəti təmin edilməmişdir. O avtomaşını 8500 ABŞ dollarına Cavabdeh2 almış, 10500 ABŞ dollarına isə Natiq Mustafayevə satmışdır. Ona görə də cavabdehlərdən avtomaşını satdığı məbləği, yəni 10500 tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yerləri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Cavabdeh1 tərəfindən verilmiş və Bakı şəhəri 43 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli etibarnamənin kserosurətinə əsasən Cavabdeh1 məxsus “Mercedes Benz 110 CDİ” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı mikroavtobus onun əvəzindən etibarnamə əsasında Cavabdeh2 imza etməklə İddiaçı və X3 xx.xx.2039-cu il tarixədək etibar edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Mustafayev Natiq Höccət oğlunun cavabdehlər Cavabdeh1 və İddiaçı Mahiyəddin oğluna qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbinin təmin edilməsi, 11.000 ABŞ dolları məbləğinin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı alıb (tutulub) Mustafayev Natiq Höccət oğluna verilməsi (ödənilməsi) qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, “Mercedes Benz 110 CDİ” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı mikroavtobus bir neçə dəfə etibarnamə əsasında faktiki alqı-satqı nəticəsində bir şəxsin sahibliyindən digər şəxsin sahibliyinə keçmiş, lakin daha sonra həmin etibarnamələr ləğv edildiyindən, həmin alqı-satqılar zamanı ödənilmiş pul vəsaitlərinin qaytarılması ilə əlaqədar mübahisələr yaranmışdır və ziyan vurulmuş şəxslər məhkəməyə müraciət edərək ziyanın əvəzinin ödənilməsini tələb etmişlər. Natiq Mustafayev qeyd olunan avtomobili İddiaçı dəyərini ödəyərək almış, daha sonra isə X1. N.Mustafayev avtomobilə görə ona ödənilmiş məbləği V.Əhmədova qaytarmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9917/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus “Mercedes Benz 110 CDİ” markalı, 10UJ428 dövlət qeydiyyat nişanlı mikroavtobus bir neçə dəfə etibarnamə əsasında faktiki alqı-satqı nəticəsində bir şəxsin sahibliyindən digər şəxsin sahibliyinə keçmişdir. Bununla bağlı avtomaşına dair müxtəlif vaxtlarda etibarnamələr verilmiş və həmin etibarnamələr sonradan mülkiyyətçi Cavabdeh1 tərəfindən ləğv edilmiş və mikroavtobus onun sahibliyinə qaytarılmışdır. Həmin etibarnamələr ləğv edildiyindən mikroavtobusun faktiki alğısatqısı ilə bağlı ödənilmiş pul vəsaitlərinin qaytarılması ilə əlaqədar mübahisələr yaranmış və ziyan vurulmuş şəxslər məhkəməyə müraciət edərək ziyanın əvəzinin ödənilməsini tələb etmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı “Mercedes Benz 110 CDİ” markalı, 10UJ428 dövlət qeydiyyat nişanlı mikroavtobusu Cavabdeh2 8.500 ABŞ dolları ödəməklə satın almış, sonra isə həmin mikroavtobusu 10.500 ABŞ dollarına Natiq Mustafayevə satmışdır. Natiq Mustafayev isə həmin avtomobili Vaqif Əhmədova satmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, mikroavtobus mülkiyyətçi Cavabdeh1 tərəfindən geri alındıqdan sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Namiq Mustafayev avtomaşına görə ona ödənilmiş məbləği Vaqif Əhmədova qaytarmışdır. Namiq Mustafayev ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Səbail rayon xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, İddiaçı Namiq Mustafayevin xeyrinə 11.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, “Mercedes Benz 110 CDİ” markalı, 10UJ428 dövlət qeydiyyat nişanlı mikroavtobusa görə 8500 ABŞ dolları məbləğində pul vəsaiti ödəsə də, bir müddət sonra həmin mikroavtobusu Natiq Mustafayevə satmış və məhkəmə qətnaməsi ilə Natiq Mustafayevin ona ödənilmiş pul geri alındığından, iddiaçı avtomaşını N.Mustafayevə satdığı məbləği - 10500 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 573.1-ci maddəsinə görə alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı avtomaşına görə ödənilmiş pulu cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, mübahisəli mikroavtobusun mülkiyyətçisi Cavabdeh1 olsa da, həmin mikroavtobusu iddiaçıya faktiki olaraq Cavabdeh2 satmışdır. Yəni Cavabdeh2 mikroavtobusun mülkiyyətçisi olan Cavabdeh1 adından etibarnamə əsasında çıxış edərək iddiaçı tərəfindən ödənilmiş pulu alaraq mikroavtobusu iddiaçıya təhvil verilmişdir. Həmin alğı-satqı müqaviləsi etibarnamə verilməsi yolu ilə pərdələnmiş, yəni Cavabdeh2 mikroavtobusa dair iddiaçının adına ümumi etibarnamə vermişdir. Həmin etibarnamədə iddiaçıya mikroavtobusu özgəninkiləşdirilməsi hüququ versə də, iddiaçı həmin hüquqdan istifadə etməmiş və avtomaşını öz sahibliyinə qəbul etdikdən sonra onu ümumi etibarnamə əsasında idarə etmişdir. İddiaçının mikroavtobusa görə pulu Cavabdeh2 ödəyərkən onun mülkiyyətçi tərəfindən nə vaxtsa geri alınmasını zənn etməmiş və ehtimal belə etməmişdir. Lakin mikroavtobusun mülkiyyətçisi mülkiyyətində olan mikroavtobusa dair verilmiş etibarnamələri ləğv etmiş və mikroavtobus mülkiyyətçi tərəfindən geri alınmışdır. Nəticədə həm iddiaçı, həm iddiaçıdan sonra mikroavtobusa sahiblik edən şəxslər ziyana düşmüşlər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıdan Namiq Mustafayevin xeyriə mikroavtobusa görə ödənilmiş pul geri alındığından, iddiaçının Cavabdeh2 mikroavtobusa ödənilmiş pulun geri alınması hüququ yaranmışdır. Yəni iddiaçı tərəfindən mikroavtobus alınarkən və faktiki satılakən həmin əmlaka dair üçüncü şəxslərin(mülkiyyətçinin) hüquqlarının saxlanılması nəzərdə tutulmamışdır. Həmin əmlakın onun mülkiyyətçi tərəfindən geri qaytarılması ilə bağlı hər hansı razılaşma olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı mikroavtobusa görə ödənilmiş pulun geri qaytarılmasını tələb etməkdə tam haqlı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan pul məbləği Cavabdeh2 ödənildiyi üçün, həmin pulun qaytarılması ilə bağlı cavabdehliyi məhz Cavabdeh2 daşıyır. Yəni Cavabdeh2 mikroavtobusu iddiaçının sahibliyinə verərkən onun mülkiyyətçinin hüquqları ilə yüklü edilməsini bildirmədiyindən və bu hal məhkəmə iclasında sübuta yetirilmədiyindən, həmin mikroavtobusa görə Cavabdeh2 ödənilmiş pul onldan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulduğundan, iddia qismən təmin edilməli və mikroavtobusa görə ödənilmiş 8500 ABŞ dolları məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 11000 ABŞ dolları tutulsa da, onun eyni zamanda həmin avtomaşını 10500 ABŞ dollarına satsa da və satdığı pul məbləği həddində cavabdehlərə qarşı tələb irəli sürsə də, onun tərəfindən avtomaşın alınarkən Cavabdeh2 8500 ABŞ dolları ödənildiyi üçün, iddiaçının yalnız ödənilmiş məbləğ həddində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ var.Bu səbəbdən də iddiaçının irəli sürdüyü iddiası yalnız 8500 ABŞ dollarının tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün və iddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, Cavabdeh2 dövlət nəfinə 30 manat dövlət rüsumu da tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 8.500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulsun. Cavabdeh2 dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar