Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-31/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin – Cavabdeh qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 16819.44 manat əsas, 12719.16 manat faiz, 2865.07 manat cərimə borcu olmaqla, cəmi 32403.67 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB-nin 1 saylı filialından illik 25%-lə 36 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 18.11.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 10059.94 USD Mərkəzi Bankın 18.11.2016-ci il tarixə olan məzənnəsi ilə və ya Bankın müəyyən etdiyi məzənnə ilə konvertasiya edilməklə 17193.44 manat təşkil edir, kreditin müddəti 18.07.2021-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzili 14 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 14 avqust 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh 14 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 16819.44 manat əsas, 12719.16 manat faiz, 2865.07 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 32403.67 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka prednıetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmış, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Sonradan İddiaçı ASC məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh 18 noyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 17088.05 manat əsas borc, 15118.3 manat faiz borcu, 4535.59 manat cərimə borcu və 18.07.2021-ci il tarixdən 22.09.2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 140.55 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 36882.49 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti onun müqavilə üzrə banka böyük məbləğdə borcunun olduğunu iddia edir. Həmçinin, bank tərəfindən şişirdilmiş borcun yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, M.İbrahimov küçəsi, 17 kv.metr ümumi sahədən ibarət ev 1, 37 saylı mənzilinə yönəldilməsini, mülkiyyətində olan əmlakın açıq hərracdan satılmasını və borcun bağlanmasını tələb edir. Bildirir ki, Bank heç bir əsas və sübut təqdim etmədən onun, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə böyük məbləğdə kredit borcunun olduğunu bildirir. Həmçinin, o, yeganə yaşayış yeri olan evin hərracda satıdıqdan sonra küçələrdə qalacağını bank əməkdaşlarının nəzərinə dəfələrlə çatdırmışdır. Qeyd etmək istəyir ki, o, Bankdan cəmi 12000 ABŞ dolları borc pulu evin şəraitinin yaxşılaşdırlması və normal vəziyyətə salınması üçün götürmüşdür. Həmin əsas borcdan 6000 ABŞ dolları pulu artıq banka ödəmişdir. Belə olan halda, əsas borcundan əlavə 12719,16 manat məbləğində faiz borcunun, 2865,07 manat məbləğində cərimə borcunun olması mümkünsüzdür. Onun Banka qalmış olduğu 6000 ABŞ dolları borc pulun 32403,67 (otuz iki min dörd yüz üç manat 67 qəpik) manat məbləğində pula çevrilməsi möcüzəvi xarakter daşıyır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bank öz mənafelərini nəzərə alaraq əsas borc məbləğini, faiz və cərimə borcunu məhkəməyə şişirdilmiş formada təqdim etdiyinə görə onun və ailə üzvlərinin maddi vəziyyəti həddindən artıq pisləşmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB-nin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 1-G1-1-0-712-15 nömrəli, 14.08.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 25 faiz hesablanmaqla 12.000 (on iki min) ABŞ dolları məbləğində kredit vermiş, borclu isə həmin borc məbləğini 14.08.2018-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" İKB-nin 1 saylı Filialı ilə Cavabdeh arasında bağlanmış 14.08.2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, "xxxx" İKB-nin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 1-G1-1-0-712-15 nömrəli, 14.08.2015-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 55000 (əlli beş min) manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 28.04.2011ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzili 1-G1-1-0-712-15 nömrəli, 14.08.2015-ci Kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB-nin 1 saylı filialınının qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" İKB-nin 3 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18.11.2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, 1-G1-1-0-712-15 nömrəli, 14.08.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği 10059.94 ABŞ dolları Mərkəzi Bankın 18.11.2016-ci il tarixə olan məzənnəsi ilə və ya Bankın müəyyən etdiyi məzənnə ilə konvertasiya edilməklə 17193.44 manat müəyyən edilmiş, kreditin müddəti 18.07.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzili 1-G1-1-0-712-15 nömrəli, 14.08.2015-ci Kredit müqaviləsinin və 18.11.2016-cı il tarixli Əlavə Sazişin təminatı kimi "xxxx" İKB-nin 3 saylı filialının qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən "xxxx" İKB ASC-nin adı İddiaçı ASC-yə çevrilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 16.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, 1-G1-1-0-712- 15 nömrəli, 14.08.2015-ci Kredit müqaviləsi və 18.11.2016-cı il tarixli Əlavə Saziş əsasında ona 36 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit verilmiş, verilmiş kredit üzrə ödəniş planına əsasən ödəməli olduğu ödənişləri yubatmış və hazırki vaxtadək ipoteka saxlayana kredit ödənişlərini ödəməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə o, öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 21.09.2020-cı il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuş və bildiriş 25.09.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 16.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 12.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 16819.44 manat əsas, 12719.16 manat faiz, 2865.07 manat cərimə borcu olmaqla, cəmi 32403.67 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 16819.44 manat əsas, 15118.3 manat faiz, 4535,59 manat cərimə borcu, illik 5 faizlə hesablanmış 140.55 manat əldən çıxmış fayda olmaqla, cəmi 36613,88 manat məbləğində borcu vardır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/A-99-420/21 saylı, 22.04.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 55.000 (əlli beş min) manat, likvid dəyəri 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı əsas, faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Borc məbləğini müəyyən edərkən məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 23 avqust 2021-ci il tarixli, 9/4776 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" İKB” ASC ilə Cavabdeh arasında bağlanmış 14.08.2015-ci il tarixli, 1-G1-1-0-712-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 12.01.2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 28.978,90 manat məbləğində müəyyən olunur. O cümlədən 12.01.2021-ci il tarixə əsas borc üzrə 17.088,05 manat, faiz borcu üzrə 11.890,85 manat borcunun olduğu müəyyən edilmişdir. Qeyd edilir ki, iş materiallarında 14 avqust 2015-ci il tarixli müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 23 avqust 2021-ci il tarixli, 9/4776 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" İKB” ASC ilə Cavabdeh arasında bağlanmış 14.08.2015-ci il tarixli, 1-G1-1-0-712- 15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 22.09.2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 30945,11 məbləğində müəyyən olunur. O, cümlədən 22.09.2021-ci il tarixə əsas borc üzrə 17.088,05 manat, faiz borcu üzrə 13857,06 manat borcunun olduğu müəyyən edilmişdir. Qeyd edilir ki, iş materiallarında 14 avqust 2015-ci il tarixli müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı bir məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. Həmçinin Rəyin nəticə hisəsində ümumilikdə faiz borcunun 22.09.2021-ci il tarixə 13857,06 manat olduğu müəyyən edilsə də, rəyin təsviri əsaslandırıcı hissəsində verilmiş cədvəldən görünür ki, müqavilənin bitdiyi tarixə, yəni 18.07.2021-ci il tarixə faiz borcu 13705,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% dərəcəsi ilə hesablanmış faiz borcunun (13857,06 - 13705,17=) 151,89 manat olduğu müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə əsas borcun tutulması ilə bağlı hissədə iddiaçının özü tərəfindən təqdim edilmiş 22.09.2021-ci il tarixli maliyyə arayışını əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, iddiaçı tələbin həcminin artırılması barədə ərizəsində ekspert rəyinə uyğun olaraq 17.088,05 manat əsas borcun ödənilməsini tələb etsə də, faiz borcunu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunu özünün təqdim etdiyi maliyyə arayışına əsasən tələb etmiş və bununla bağlı öz mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir. Məhkəmə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması ilə bağlı hissədə iddia tələbini əsas götürərək borcun hesablanmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 22.09.2021-ci il tarixli maliyyə arayışında göstərilən həcmdə 16819,44 (on altı min səkkiz yüz on doqquz manat qırx dörd qəpik) manat əsas və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 140,55 (bir yüz qırx manat əlli beş qəpik) manat faiz borcu Cavabdeh tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əsas borca hesablanmış faizlərin tutulması hissəsinin də əsaslı olması qənaətinə gəlir, lakin həcminə görə tam əsaslı hesab etmir. Odur ki, məhkəmə ekspert rəyini faiz borcuna aid hissədə sübut növü kimi qəbul edir və onunla razılaşaraq hesab edir ki, ekspert rəyi ilə hesablanmış faiz borcu üzrə məbləğ əsas götürülməklə, iddia qeyd edilən hissədə qismən təmin edilərək, Cavabdeh 18.11.2016cı il tarixli Əlavə Saziş üzrə müqavilənin bitdiyi tarixə, yəni 18.07.2021-ci il tarixə yaranmış 13705,17 (on üç min yeddi yüz beş manat on yeddi qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “4535,59 (dörd min beş yüz otuz beş manat əlli doqquz qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, və müqavilələr üzrə ödənilməli ola əsas borcun məbləğini nəzərə alaraq borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 4535,59 (dörd min beş yüz otuz beş manat əlli doqquz qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə iddia tələbində həmçinin ilkin satış qiymətinin müəyyən edilməsinin də xahiş edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 14.08.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 55000 manat məbləğində müəyyən edilsə də, hazırkı iş üzrə ipoteka predmetinin bazar dəyərinin məbləği məhkəmə tərəfindən də müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş, "xxxx" MMC-nin Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/A-99-420/21 saylı, 22.04.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən mənzilin bazar dəyəri 55.000 (əlli beş min) manat, likvid dəyəri 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin ekspertmütəxəssis rəyi əsasında məhkəmə tərəfindən 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh ümumi qaydada icra edilməsi” hissəsini əsassız hesab etməklə təmin edilməsini mümkün hesab etmir. Belə ki, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və əmlak satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, mübahisəli mənzil mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin təminatı olaraq qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə eyni zamanda, iddia tələbinin “14.08.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı "xxxx" İKB (İddiaçı ASC) ilə Cavabdeh arasında kredit müqaviləsi 14.08.2015-ci il tarixdə 36 ay müddətinə, yəni 14.08.2018-ci il tarixə kimi bağlanmış, daha sonra isə tərəflər arasında 18.11.2016-cı il tarixli Əlavə Saziş bağlanmış və həmin sazişlə kredit müqaviləsinin müddəti 18.07.2021-ci il tarixədək uzadılmışdır. "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 14.08.2015-ci il tarixli kredit müqaviləsinin və 18.11.2016-cı il tarixli Əlavə Sazişinin müddəti bitdiyini nəzərə alaraq, iddianın qeyd edilən hissədə təmin edilməsini mümkün hesab etmir. Məhkəmə, hazırki mərhələdə iddiaçının “Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları”na dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, iddianı həmin hissələrdə əsassız hesab edərək rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 150 (yüz əlli) manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatılarının dəyəri 200 (iki yüz) manatdır. İş materiallarına əlavə edilmiş 13.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən, eləcə də "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesabına köçürülməlidir. Bundan başqa iddiaçı həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun da cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1-G1-1-0-712-15 nömrəli, 14.08.2015-ci il tarixli kredit müqaviləsi və 18.11.2016-cı il tarixli əlavə sazişə əsasən 22.09.2021-ci il tarixinə 16819,44 (on altı min səkkiz yüz on doqquz manat qırx dörd qəpik) manat əsas borc, müqavilənin bitdiyi tarixə yəni 18.07.2021-ci il tarixə hesablanmış 13705,17 (on üç min yeddi yüz beş manat on yeddi qəpik) manat faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 140,55 (bir yüz qırx manat əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 30865,16 (otuz min səkkiz yüz altmış beş manat on altı qəpik) manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı ASC-yə aid edilməli, tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilə yönəldilməli, Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilin ilkin satış qiyməti 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ qaldığı halda) hissəsi Cavabdeh qaytarılmalı, Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec (1 (bir) ay ərzində) həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1-G1-1-0-712-15 nömrəli, 14.08.2015-ci il tarixli kredit müqaviləsi və 18.11.2016-cı il tarixli əlavə sazişə əsasən 22.09.2021-ci il tarixinə 16819,44 (on altı min səkkiz yüz on doqquz manat qırx dörd qəpik) manat əsas borc, müqavilənin bitdiyi tarixə yəni 18.07.2021-ci il tarixə hesablanmış 13705,17 (on üç min yeddi yüz beş manat on yeddi qəpik) manat faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 140,55 (bir yüz qırx manat əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 30865,16 (otuz min səkkiz yüz altmış beş manat on altı qəpik) manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan - Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə yönəldilsin. Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinin ilkin satış qiyməti 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borc ödənilsin. Satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ qaldığı halda) hissəsi Cavabdeh qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 1 otaqlı, 17 kv.m ümumi sahədən ibarət 1 nömrəli evin 37 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh, 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-31/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-31/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver