Məhkəmə qərarları › İş №2(009)-310/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-310/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-310/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 Kredit Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 5019,10 manat, faiz borcu 731.81 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 5781.31 manat borcun X3 Kredit Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 12 ay müddətinə 6000 manat məbləğində kredit verilmiş və bununla bağlı X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxx 2020-ci il tarixli 393-NBK-0006-20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixli 393-NBK-0006-20 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri tam verinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin 2.2.3-cü bəndinə görə faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və bu müqavilə ilə təmin edilmiş öhdəliyin «borcalan» tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində «borcverən»ə dəyən zərərin əvəzinin ödənilməsinə görə «borcverən» qarşısında tam həcmdə məsuliyyəti daşımağı öhdəsinə götürür. Kredit müqaviləsinin şərtlərinə əsasən, hal-hazırda Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 5019.10 manat, faiz borcu 731.81 manat, cərim borcu 0.00 manat olmaqla ümumi borcu 5750.91 manat təşkil edir ki, bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müracəit olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürtüyü borcun qaytarılması üçün heç bir tşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş xx.xx.2020-ci il tarixli 9560/20 və xx.xx.2020-ci il tarixli 9561/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Göründüyü kimi cavabdehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqq çatanlardan məhrum etmişdir. Məhkəmə iclasında iştirakı edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 393-NBK-0006-20 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixli 393-NBK-0006-20 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri tam verinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin 2.2.3-cü bəndinə görə faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və bu müqavilə ilə təmin edilmiş öhdəliyin «borcalan» tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində «borcverən»ə dəyən zərərin əvəzinin ödənilməsinə görə «borcverən» qarşısında tam həcmdə məsuliyyəti daşımağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, N MA-0018941-20 saylı maliyyə arayışından görünür ki, BOKT «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 393-NBK-0006-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 5019.10 manat, faiz borcu 731.81 manat, ümumi borcu 5750.91 manat təşkil edir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 borcunu ödəməyə xx xxxxxx 2020-cı il tarixdə başlamalı, hər ay 582 manat ödəməklə, xx xxxxxx 2020-ci il tarixdə bitməli idi. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 ilə X3 Kredit Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixli 393-NBK-0006-20 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh2 Cavabdeh1 öhdəliyinin icrasına zamin durmaqla təminat vermişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 6000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, müəyyən miqdarda ödəniş etmiş, sonradan öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə bağlı cavabdeh və zaminə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Eyni zamanda zamin müqavilədən irəli gələn öhdəlikləri icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Nəticədə cavabdehlərin 5019,10 manat məbləğində əsas borcu, 731,81 manat məbləğində faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5019,10 (beş min on doqquz manat 10 qəpik) manat əsas borc, 731,81 (yeddi yüz otuz bir manat səksən bir qəpik) manat faiz borcu tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X4 Təşkilatı «Embafinans» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5019,10 (beş min on doqquz manat 10 qəpik) manat əsas borc, 731,81 (yeddi yüz otuz bir manat səksən bir qəpik) manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar