Məhkəmə qərarları › İş №2(009)-332/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-332/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-332/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 09.03.2019-cu il tarixli və 11.08.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********79980 «Meizu m6T» markalı telefon və İMEİ kodu **********89332 «Huawei P Smart Z» markalı telefon almış və nəticədə 490 manat manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.03.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 315 manat (12 ay x 26 manat + 3 manat ilkin ödəniş) olan İMEİ kodu **********79980 «Meizu m6T» markalı telefon üçün ümumilikdə, 28 manat olmaqla, ondan 26 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 2 manat cərimə, 11.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 720 manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********89332 «Huawei P Smart Z» markalı telefon üçün ümumilikdə 462 manat olmaqla, ondan 420 manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 42 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 589 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 09.03.2019-cu il tarixli müqaviləsinə əsasən «Meizu m6T» markalı telefon üçün 26 manat əsas borc, 2 manat cərimə, 11.08.2019-cu il tarixli müqaviləsinə əsasən «Huawei P Smart Z» markalı telefon üçün 420 manat əsas borc, 42 manat cərimə, ümumilikdə 490 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 09 mart 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh «Meizu m6T» markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 26 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 315 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11 avqust 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh «Huawei P Smart Z» markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 60 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 720 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 13.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 09.03.2019-cu il tarixli müqavilə üzrə 26 manat əsas, 2 manat cərimə, 11.08.2019-cu il tarixli müqavilə üzrə 420 manat əsas, 42 manat cərimə, cəmi 490 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 09.03.2019cu il tarixdə və 11.08.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 315 manat olan «Meizu m6T» markalı telefon və alqı-satqı qiyməti 720 manat olan «Huawei P Smart Z» markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 09.03.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 26 manat əsas, 2 manat cərimə, 11.08.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 420 manat əsas, 42 manat cərimə, cəmi 490 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 09.03.2019-cu il tarixli 00554217 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 13.12.2021-ci il tarixə yaranmış 26 manat əsas, 2 manat cərimə, 11.08.2019-cu il tarixli 00839288 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 13.12.2021-ci il tarixə yaranmış 420 manat əsas, 42 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar