Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-336/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin - cavabdeh Cattaneo Della X1rşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdeh Cattaneo Della X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cattaneo Adornodan xx xxxxxxxx 2019-cu il tarixli, RBKRK-4860 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7635,4 (yeddi min altı yüz otuz beş manat qırx qəpik) manat, faiz borcuna görə 1747,78 (bir min yeddi yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla, cəmi 9383,18 (doqquz min üç yüz səksən üç manat on səkkiz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh Cattaneo Adorno arasında bağlanmış x xxxxxxxx 2019-cu il tarixli, RBKRK-4860 saylı kredit müqaviləsinə əsasən illik 29 % (iyirmi doqquz) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir. x xxxxxxxx 2019-cu il tarixli, RBKRK-4860 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh Cattaneo Adorno kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, RBKRK-4860 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 6-dan gec olmayaraq hər ay 969,96 (doqquz yüz altmış doqquz manat doxsan altı qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra elməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh Cattaneo Adomonun x xxxxxxxx 2019-cu il tarixli, RBKRK-4860 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7635,4 (yeddi min altı yüz otuz beş manat qırx qəpik) manat, faiz borcuna görə 1747,78 (bir min yeddi yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat, borcun cəmi məbləği 9383,18 (doqquz min üç yüz səksən üç manat on səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh Cattaneo Adorno məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh Cattaneo Adornonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh Cattaneo Adorno arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RBKRK nömrəli Kredit kartı Müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə, illik 29 faiz hesablanmaqla 10.000 manat məbləğində kredit kartı verilmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASCnin müştərisi olan Cavabdeh Cattaneo Adornonun xx.xx.2019-cu il tarixli, RBKRK nömrəli kredit müqaviləsi üzrə 7635,4 (yeddi min altı yüz otuz beş manat qırx qəpik) manat əsas borc, 1747,78 (bir min yeddi yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat faizi borcu olmaqla, cəmi 9383,18 (doqquz min üç yüz səksən üç manat on səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq edilməsi barədə bildiriş göndərmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh Cattaneo Adorno arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RBKRK nömrəli nömrəli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh Cattaneo Adornonun Banka xx.xx.2020-ci il tarixə xx.xx.2019-cu il tarixli, RBKRK nömrəli kredit müqaviləsi üzrə 7635,4 (yeddi min altı yüz otuz beş manat qırx qəpik) manat əsas borc, 1747,78 (bir min yeddi yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 9383,18 (doqquz min üç yüz səksən üç manat on səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Cattaneo Adornodan İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RBKRK nömrəli kredit müqaviləsi üzrə 7635,4 (yeddi min altı yüz otuz beş manat qırx qəpik) manat əsas borc və 1747,78 (bir min yeddi yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 9383,18 (doqquz min üç yüz səksən üç manat on səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cattaneo Adornodan İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RBKRK nömrəli kredit müqaviləsi üzrə 7635,4 (yeddi min altı yüz otuz beş manat qırx qəpik) manat əsas borc və 1747,78 (bir min yeddi yüz qırx yeddi manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 9383,18 (doqquz min üç yüz səksən üç manat on səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-336/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-336/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver