Məhkəmə qərarları › İş №2(009)-341/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-341/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-341/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan üçün 648.1 (altı yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 64.9 (altmış dörd manat, doxsan qəpik) manat cərimə və 31.10.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan üçün 3277.6 (üç min iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 327.4 (üç min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4318 (dörd yüz on səkkiz) manat borc və 63,18 (altmış üç manat on səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 05.05.2020-ci il və 31.10.2020-ci il tarixli müqavilələrə əsasən, “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan almış və nəticədə 4318 (dörd min üç yüz on səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1424.4 (min dörd yüz iyirmi dörd manat, qırx qəpik) manat (18 ay x 75.8 manat + 60 manat ilkin ödəniş) “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan üçün ümumilikdə, 713 (yeddi üç yüz on üç) manat olmaqla ondan, 648.1 (altı yüz qırx səkkiz manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.9 (altmış dörd manat, doxsan qəpik) manat cərimə borcu, 31.10.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3813.6 (üç min səkkiz yüz on üç manat, altmış qəpik) manat (24 ay x 158.9 manat + 0 manat ilkin ödəniş) “Samsung” markalı soyuducu, “Hoffmann” markalı paltaryuyan üçün ümumilikdə, 3605 (üç min altı yüz beş) manat olmaqla ondan, 3277.6 (üç min iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 327.4 (üç min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1312.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 05.05.2020-ci il və 31.10.2020-ci il tarixli müqavilələrə əsasən, “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan almış və nəticədə 4318 (dörd min üç yüz on səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1424.4 (min dörd yüz iyirmi dörd manat, qırx qəpik) manat (18 ay x 75.8 manat + 60 manat ilkin ödəniş) “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan üçün ümumilikdə, 713 (yeddi üç yüz on üç) manat olmaqla ondan, 648.1 (altı yüz qırx səkkiz manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64.9 (altmış dörd manat, doxsan qəpik) manat cərimə borcu, 31.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3813.6 (üç min səkkiz yüz on üç manat, altmış qəpik) manat (24 ay x 158.9 manat + 0 manat ilkin ödəniş) “Samsung” markalı soyuducu, “Hoffmann” markalı paltaryuyan üçün ümumilikdə, 3605 (üç min altı yüz beş) manat olmaqla ondan, 3277.6 (üç min iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 327.4 (üç min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1312.3 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 05.05.2020-ci il və 31.10.2020-ci il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan üçün 648.1 (altı yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissənin və 31.10.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan üçün 3277.6 (üç min iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “64.9 (altmış dörd manat, doxsan qəpik) manat və 327.4 (üç min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat cərimə borclarının tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan üçün 648.1 (altı yüz qırx səkkiz manat on qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və 64.9 (altmış dörd manat, doxsan qəpik) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat, 31.10.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan üçün 3277.6 (üç min iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və 327.4 (üç min iki yüz iyirmi yeddi manat, qırx qəpik) manat dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 63,18 (altmış üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 13,18 (on üç manat on səkkiz qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan üçün 648.1 (altı yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, 31.10.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan üçün 3277.6 (üç min iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3995,7 (üç min doqquz yüz doxsan beş manat yetmiş qəpik) manat məbləğində borc və ödənilmiş 63,18 (altmış üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, “LG LED” markalı televizor, “Samsung” markalı paltaryuyan üçün 648.1 (altı yüz qırx səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu, 31.10.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı soyuducu və “Hoffmann” markalı paltaryuyan üçün 3277.6 (üç min iki yüz yetmiş yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 3995,7 (üç min doqquz yüz doxsan beş manat yetmiş qəpik) manat məbləğində borc və ödənilmiş 63,18 (altmış üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar