Məhkəmə qərarları › İş №2(009)-35/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-35/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-35/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İlk iddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçı (Bakı Tehran Klinikası) MMC-nin – Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması” tələbinə dair ilkin, eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı "maddi və mənəvi ziyanın tutulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılma ilə bağlı son haqq- hesabın ödənilməsi" tələbinə dair qarşılıqlı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin – cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (Bakı Tehran Klinikası) MMC – Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə dəyəri olan 30.000 (otuz min) manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin (hazırki İddiaçı MMC) klinikasında təmir işləri getdiyi zaman cəmiyyətə məxsus əmlaklar saxlanılması üçün, "166 yük daşıma xidməti” ilə xx xxxxxx 2016-cı il tarixdə o, zaman Klinikanın baş həkimi vəzifəsində çalışmış Cavabdeh məxsus bağ evinə aparılmışdır. Əmlak daşınmasına nəzarəti İddiaçı MMC-nin təsərrüfat müdiri Fəraməz Dərvişi etmişdir. Daha sonra İddiaçı MMC-nin təsərrüfat müdiri Fəraməz Dərvişi əmlakın təhvil-təslim aktını imzalamaq üçün Cavabdeh müraciət etsə də o, aktı imzalamaqdan imtina etmişdir. Həmin dövrdə “xxxx” MMC-nin (hazırki "İddiaçı” MMC) direktoru vəzifəsində çalışmış Kasım Çapariyə aktın imzalanması üçün Cavabdeh göstəriş verilməsi xahiş edilsə də o, bundan imtina etmişdir. Daha sonra İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən K.Çapariyə və Cavabdeh əmlakın könüllü şəkildə qaytarılması ilə bağlı pretenziya məktubu göndərilsə də, onlar "İddiaçı” MMC-yə məxsus əmlakı geri qaytarmamışlar. Hesab edirlər ki, Cavabdeh qanunsuz sahibliyində olan əmlak geri qaytarılmalı və ya əmlak olmadığı təqdirdə dəyəri kimi 30 000 (otuz min) manat pul İddiaçı MMC-yə ödənilməlidir. Eyni zamanda Cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı "maddi və mənəvi ziyanın tutulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılma ilə bağlı son haqq- hesabın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən (X26) 62.400 (altmış iki min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılması ilə bağlı son haqq-hesabın İddiaçı MMC (X26) tərəfindən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, 2013-cü ildən 2016-cı ilədək İddiaçı MMC-də həkim vəzifəsində çalışmışdır. 2016-cı ilin fevral ayında İddiaçı MMC-nin, Klinikanın və X1 borcu çox olduğuna görə həmin vəziyyətdən çıxmaq üçün 2016-cı ilin fevral ayında İddiaçı MMC-nin təsisçisi və direktoru X1 göstərişi ilə o, “Təbriz xxxx” Klinikasına baş həkim təyin edilmişdir. O, Klinikaya kömək məqsədilə baş həkim təyin edilməsinə razılıq vermişdir. O, 2016-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayının 20-dək Klinikada baş həkim vəzifəsində çalışmışdır. Onun dövründə Klinika daha rentabelli işləməyə başlamış, onun peşəkarlığı, səriştəsi və işə vicdanla yanaşması nəticəsində Klinikanın borcunun çox hissəsi qaytarılmışdır. O, İddiaçı MMC-nin təsisçisi və rəhbəri X3 ilə hər ay 2500 manata əmək haqqı barədə razılığa gəlmişlər. X3 özünün və MMC-nin külli miqdarda borclarına görə belə zərərə düşmüşdür. Klinikaya fəaliyyət göstərmək üçün qeyri-yaşayış sahəsini icarəyə verən icarədarlar Sahib, İlham və Rəna adlı şəxslər MMC-dən icarə haqqı üzrə yaranmış borclarını tələb edirdilər. İcarədarlardan Rəna məhkəməyə müraciət etmiş və Klinikanın icarəyə götürülmüş sahəsinin boşaldılması barədə qətnamə çıxarılmışdır. 2016-cı ilin iyul ayının əvvəlində X3 İddiaçı MMC-yə Kasım Çaparini direktor təyin etmiş, 2016-cı il iyul-ayının sonu avqustun əvvəlində MMC-nin borclu olduğu şəxslərin, xüsusilə də icarədarların təzyiqi artmışdır. Kasım Çapari həmin vaxt icarədarlarla dəfələrlə görüşməsinə baxmayaraq onlar icarə haqqının məbləğinin (hər birinə 4000 manat) endirilməsinə razılıq verməmişlər və təcili ərazinin boşaldılmasını tələb etmişlər. MMC-nin direktoru Kasım Çapari vəziyyətin ağır olduğunu anlayaraq 2016-cı ilin avqustun əvvəlində MMCnin təsisçisi X2 məsləhətləşib qərara aldılar ki, 15 gün müddət ərzində icarə sahəsinin bir hissəsini boşaltsınlar. Bununla da Klinikanın 1-ci mərtəbədə 3 icarədara məxsus icarə sahəsi boşaldılmışdır. Həmin icarə sahəsində yerləşən şöbələr əvvəllər mətbəx və anbar kimi istifadə olunmuş zirzəmiyə köçürülmüşdür. Bundan sonra 1 ay Klinikada gecə-gündüz təmir işləri aparılmışdır. MMC-nin təsisçisi X3 və direktoru Kasım Çapari ilə onun arasında həmin təmirə sərf olunan vəsaitlər onun tərəfindən ödənilməsi və sonradan həmin vəsaitin MMC tərəfindən ona qaytarılması barədə razılaşma olmuşdur. Bu barədə Klinikanın və MMC-nin mühasibi Anar Əliyevin də məlumatı olmuşdur. Həmin MMC-nin mətbəxində olan köhnə əşyalar Klinikanın təsərrüfat işləri üzrə direktor müavini Fərəməz Dərvişi, mühasib Anar Əliyevin iştirakı və şahidliyi ilə “166 yük daşıma xidməti” vasitəsilə qablaşdırılaraq saxlanc yerinə daşınmışdır. Həmin əşyaların yığıldığı yeşiklərdə nə qədər və hansı sayda əşyaların olmasından onun heç bir məlumatı olmamışdır. Saxlanc yeri kimi aylıq 300 manat anbar kirayələnmiş və əşyalar həmin yerə daşınmışdır. Bundan sonra o, öz vəsaiti hesabına 2016-cı ilin avqust-sentyabr aylarında Klinikanı təmir etdirmiş, ustaların əmək haqqlarını, tikinti metariallarının dəyərini, həmçinin Klinikanın zəruri gündəlik xərclərini də öz vəsaiti hesabına ödəmişdir. O, işlədiyi müddətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətləri üzrə Araşdırma İdarəsinin əməkdaşları dəfələrlə Klinikaya gəlmiş, 2015-ci ildən qalıq borclarının ödənilməsini tələb etmişlər. Əks təqdirdə Klinikanın bağlanacağını bildirmişlər və hətta Klinikada bir çox avadanlıqları qadağa lenti ilə lentləmişlər. Vəziyyətin belə olduğunu görən o, öz şəxsi vəsaitindan 11.000 manat vergi borcunu ödəmişdir. O, 2016-cı ilin fevral ayından işdən qanunsuz və əsassız olaraq azad olunduğu vaxtadək, yəni xx xxxxxxx 2016-cı ilədək müştərilərə görə həkim bonuslarını İddiaçı MMC-dən dəfələrlə tələb etsə də, əldə edə bilməmişdir. Bu barədə sisoft klinika proqramında qeyd olunmuş və mühasib bundan məlumatlıdır. Ümumilikdə, onun tərəfindən “xxxx” MMC-yə (indiki İddiaçı MMC) məxsus “Təbriz-xxxx” Klinikasına, MMC-yə, MMC-nin vergiləri, dövlət sosial sığorta haqqları və digər xərclərə görə ödədiyi pullar, çəkdiyi xərclər, düşdüyü ziyan - klinikada baş həkim işlədiyi müddətdə (2016-cı ilin fevral-oktyabr aylarında) almadığı həkim bonusları təxminən 10.000 manat, Plastik qapı-pəncərə ustasına ödənilən xidmət haqqı - 1800 manat (təmir üçün), plastik qapı-pəncərə ustasına ödənilən əlavə pul - 300 manat (təmir üçün), klinikanın bayır giriş qapısının dəyişdirilməsi üçün - 200 manat (təmir üçün), klinikada elektrik işlərinin aparılması üçün - 1000 manat (təmir üçün), klinikada təmirlə bağlı kafel ustasına ödənilən pul - 1000 manat (təmir üçün), rəngsaza ödənilən məbləğ - 2000 manat (təmir üçün), mebel ustası - 500 manat (təmir üçün), söküntü işinə ödənilən pul - 500 manat (təmir üçün), kərpic, qum, sement alınması üçün - 300 manat (təmir üçün), fəhlələrə ödənilən gündəlik əl haqqının cəmisi - 1000 manat (təmir üçün), “166 daşıma xidməti” və fəhləsinə ödənilən pul - 500 manat, server sisteminin yerdəyişməsi üçün - 1500 manat, kondisionerlərin sökülməsi və yenidən frionlaşdırılması və bərpası üçün - 400 manat (təmir üçün), klinikadan daşınan əşyaların yerləşdiyi ünvanın icarə haqqı (aylıq 300 manat) - 11 ay 3300 manat, vergi borcunun ödənilməsi (öz şəxsi məbləği) - 9700 manat, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün - 1000 manat, həkim bonusu üçün öncədən verilən məbləğ - 3000 ABŞ dolları, həkimlər üçün öncədən ödənilən marketinq - 2000 manat, 8 aylıq həkim əmək haqqı (aylıq 2500 manat) - 20000 manat, cəmisi 62400 manat olmuşdur. Göründüyü kimi, o, işlədiyi müddətdə İddiaçı MMC ilə bağlı MMCnin təsisçisi X1 və direktoru Qasım Çaparinin xahişi ilə ödənişlər etmiş, xeyli vəsait xərcləmişdir ki, hazırda həmin xərclərin əvəzini tələb edir. Klinikaya bu qədər xeyir verməsinə, MMC-yə külli miqdarda pul xərcləməsinə baxmayaraq Moeinifard Seyedmohammad və Klinikanın yerləşdiyi sahənin icarədarı X25 2016-cı ilin oktyabrın 20-si heç bir xəbərdarlıq etmədən, bir neçə nəfərlə, həmçinin ərazinin polis sahə müvəkkili Elşad adlı şəxslə “xxxx” Klinikasına gəlmiş, onu dərhal Klinikanın baş həkimliyini Moeinifard Seyedmohammadə təhvil verməsini bildirmişlər. O, həmin müddətdə Türkiyədə olan Klinikanın direktoru Kasım Çaparini gəlişini gözləmələrini və ondan sonra vəziyyətin nə yerdə olduğunun araşdırlması təklifini irəli sürməsinə baxmayaraq sahə müvəkkili Elşad və X27 Çaparinin bir daha bu Klinikaya ayağının dəyməsinə yol verməyəcəklərini bildirmişlər. O, vəziyyətin bu məcraya gələcəyini görərək, artıq bu cür qeyri-qanuni direktorla və haqqında saysız-hesabsız cinayət işləri olan Moeinifard Seyedmohammadin rəhbərliyi ilə işləməkdən imtina etmişdir. İddiaçı MMC Cavabdeh ilə əmək müqaviləsini pozub- pozmaması barədə ona heç bir məlumat verməmişdir, əmək kitabçasını bugünədək ona qaytarmamışdır. İddiaçı MMC-nin direktoru onu işdən azad edərkən əmri təqdim etməmiş, onun əmək hüquqlarını pozmuşdur. Bundan sonra o, dəfələrlə İddiaçı MMC-dən, Moeinifard Seyedmohammaddan çəkdiyi xərcləri, ödədiyi pulları, işdən azad olunması barədə əmri, əmək kitabçasını tələb etsə də, onlar bundan imtina etmişlər, əksinə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onu oğurluqda, ağır cinayətdə ittiham etmişlər. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə oğurluq faktı öz təsdiqini tapmamış, şər-böhtan olduğu sübut olunmuş, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin icraçı direktoru İlqar Həsənov tərəfindən ona və Kasım Çapariyə pretenziya məktubu göndərilmişdir. Məktubda bildirilmişdir ki, “Cavabdeh və Kasım Çapari xx.xx.2016-cı il tarixdə İddiaçı MMC-yə məxsus əmlakları təhvil-təslim haqqında müqaviləyə əlavəni imzalamışdır. Sonra yuxarıda qeyd olunan əmlaklar “166 yük daşıma xidməti” ilə xx xxxxxx 2016- cı il tarixdə ona məxsus bağ evinə aparılmışdır. 2016-cı ilin oktaybr ayında İddiaçı MMC-nin direktorunun və baş həkimin dəyişməsi ilə əlaqədar olaraq MMC-nin əmlakı xx xxxxxxx 2016-cı il tarixdə MMC reviziya olunmuşdur. Reviziya zamanı bu məktuba əlavə olunmuş siyahılarda göstərilmiş əmlakın bir hissəsi ona məxsus bağ evinə aparıldığı aşkar olunmuş, digər siyahıda göstərilən əmlak isə İddiaçı MMC-nin Klinikasında baş həkim işlədiyi dövrdə “xxxx” saylı xidməti otağında aşkar olunmamışdır. Odur ki, MMC tərəfindən bu məktuba əlavə edilmiş siyahıda göstərilən əmlakları 07 gün ərzində İddiaçı MMC-yə (hazırki İddiaçı MMC) geri qaytarmağı tələb edilmişdir. Onun tərəfindən İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli pretenziya yazılaraq bildirilmişdir ki, saxlanc yerinə aparılan əşyalar hal-hazırda da orada yerləşir. Hətta həmin qablaşdırmalarda nəyin olduğundan belə onun məlumatı olmamışdır. Həmin saxlanc yerlərinə görə hər ay 300 manat icarə haqqı ödənilir. Artıq neçə aydır ki, həmin icarə haqqı ödənilmir. Hazırda onun tərəfindən İddiaçı MMC ilə bağlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir. Pretenziyada o, “xxxx” MMC (İddiaçı MMC) ilə bağlı xərclədiyi vəsaiti cəmi 60900 manat məbləğində pulun və mənəvi zərərə görə 50.000 manat məbləğində pulun, əmək kitabçasının, işdən azad olunması barədə əmrin, işdən çıxarılması ilə bağlı son haqq-hesabın 3 gün müddətində qaytarılmasını tələb etmişlər. Lakin İddiaçı MMC tərəfindən onun pretenziya məktubuna cavab verilməmişdir. İddiaçı MMC tərəfindən ona qarşı olan qanunsuz hərəkətlər nəticəsində, onu Klinikadan baş həkim vəzifəsindən zor tətbiq edərək, hədə qorxu gələrək çıxarılması nəticəsində və ona göndərilən əsassız və böhtan xarakterli pretenziya məktubu nəticəsində o, əsəb sarsıntısı keçirmiş, mənəvi əzab və iztirablar yaşamışdır. Hazırda mənəvi zərəri 50.000 manat məbləğində dəyərələndilir ki, həmin məbləğ də cavabdeh tərəfindən ona ödənilməlidir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli ərizə verərək, cavabdeh İddiaçı MMC-dən (X26) Klinikada baş həkim işlədiyi müddətdə (2016-cı ilin fevral-oktyabr aylarında) almadığı həkim bonusları - təxminən 10.000 manat, plastik qapı-pəncərə ustasına ödənilən xidmət haqqı - 1800 manat (təmir üçün), plastik qapı-pəncərə ustasına ödənilən əlavə pul - 300 manat (təmir üçün), Klinikanın bayır giriş qapısının dəyişdirilməsi üçün - 200 manat (təmir üçün), Klinikada elektrik işlərinin aparılması üçün - 1000 manat (təmir üçün), Klinikada təmirlə bağlı kafel ustasına ödənilən pul - 1000 manat (təmir üçün), rəngsaza ödənilən məbləğ — 2000 manat (təmir üçün), mebel ustası — 500 manat (təmir üçün), söküntü işinə ödənilən pul - 500 manat (təmir üçün), Kərpic, qum, sement alınması üçün - 300 manat (təmir üçün), Fəhlələrə ödənilən gündəlik əl haqqının cəmisi - 1000 manat (təmir üçün), 166 daşıma xidməti və fəhləsinə ödənilən pul - 500 manat (təmir üçün), server sisteminin yerdəyişməsi üçün - 1500 manat (təmir üçün), kondisionerlərin sökülməsi və yenidən frionlaşdırılması və bərpası üçün - 400 manat (təmir üçün), klinikadan daşınan əşyaların yerləşdiyi ünvanın icarə haqqı (aylıq 300 manat) - 11 ay 3300 manat (təmir üçün), vergi borcunun ödənilməsi (öz şəxsi məbləği) - 9700 manat, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün - 1000 manat, həkim bonusu üçün öncədən verilən məbləğ - 3000 ABŞ dolları, həkimlər üçün öncədən ödənilən marketinq - 2000 manat, 8 aylıq həkim əmək haqqı (aylıq 2500 manat) - 20000 manat, cəmisi 62400 (altmış iki min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh “İddiaçı' MMC tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılması ilə bağlı son haqq-hesabın cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli ərizə verərək cavabdeh İddiaçı MMC-dən ona 65400 (altmış beş min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh “İddiaçı' MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə düzəliş edilməklə əmək kitabçasının qaytarılması, işdən çıxarılmağı ilə bağlı son haqqhesabın dəqiqləşdirməklə ona ödənilməsini məcbur edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın növbəti dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMCnin qarşı iddia ərizəsində göstərilənlər obyektiv həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı MMC-nin iddia ərizəsində irəli sürdüyü tələblər üzrə ona qarşı iddia qaldırmaq səlahiyyəti olmamışdır. O, heç vaxt İddiaçı MMC-nin sahibliyində olan əmlakı ələ keçirməmişdir. İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlakı heç vaxt və heç bir hüquqi sənədlə mənə təhvil verməmişdir. Əksinə İddiaçı MMC-yə X25 qanunu pozaraq özbaşına və heç bir rəsmi sənədləşmə olmadan direktor vəzifəsini ələ keçirmişdir. Özbaşına “xxxx” MMC-nin əmlakını və səlahiyyətlərini mənimsəmişdir. Təqdim etdiyi sübutlardan görünür ki, “xxxx” MMC-nin təsisçisi Seyidməhəmməd Moeinifard yaranmış 420 000 (dörd yüz iyirmi min) ABŞ dolları məbləğində borcunu ödəmək üçün x xxxx 2016-cı il tarixli razılaşmaya əsasən cəmiyyətin avadanlıqları və digər bütün əmlakını Kasım Çapariyə satmışdır. Rəsmi sənədlərlə Kasım Çapari “xxxx” cəmiyyətinin 75% təsisçisi olmuşdur. xx xxxx 2016-cı il tarixli təhvil-təslim aktı ilə “xxxx” MMC-nin bütün sənədləri, möhürü “ASAN İmza”nı və s.ləri Kasım Çapariyə təhvil verilmişdir. Kasım Çapari eyni zamanda “xxxx” MMC-nin direktoru olmuşdur. Kasım Çapari Azərbaycan Respublikasında olmadığı dövrdə onun səlahiyyətləri və əmlakı İlqar Həsənov tərəfindən mənimsənilmişdir. İlqar Həsənov qanunsuz olaraq “xxxx” MMC-nin əsasında Seyidməhəmməd Moeinifard və başqaları ilə birlikdə İddiaçı MMC kommersiya qurumunu yaratmış və xx xxxxxx 2016-cı il tarixdə nizamnaməsini qeydiyyatdan keçirməklə dövlət reyestrindən çıxarış almışdırlar. İddiaçı MMC qanunsuz yaradılmışdır və həmin kommersiya qurumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43- 49, 87, 88, 91-2, 92-ci maddələrinin və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-5-ci maddələrinin tələblərinə zidd olaraq qeydə alınmışdır. Eyni zamanda Həsənov İlqar İddiaçı MMC dövlət qeydiyyatına alınmadan qanunsuz olaraq həmin müəssisənin direktoru kimi səlahiyyəti olmadan onu xx xxxxxx 2016-cı il tarixli 291-k No-li əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad etmişdir. Halbuki, İddiaçı MMC xx xxxxxx 2016-cı ildə qeydə alınmışdır və reyestr xidmətindən çıxarış verilmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsində 16-cı sırada vergi borcunun ödənilməsi (öz şəxsi məbləği) sözlərinin qarşısında 9 700 (doqquz min yeddi yüz) manat rəqəmləri göstərmişdir. Bildirir ki, “xxxx” MMC-in təsisçiləri Seyidməhəmməd Moeinifard və Kasım Çaparinin tapşırıqları əsasında vergi orqanlarına 12 700 (on iki min yeddi yüz) manat məbləğində ödəmə həyata keçirmişdir. Məhkəmə baxışı zamanı təqdim etdiyi sənədlərlə, baş mühasibin ifadəsi və digər sübutlarla həmin hal tam təsdiqini tapmışdır. Ona görə də qarşılıqlı iddiasında iddia tələbinin həcmini artırmaqla dəqiqləşmə verilməli, iddianın məbləği cəmi 65.400 (altmış beş min dörd yüz) manat hesablanmalı və həmin məbləğin İddiaçı MMC-dən alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti, xx.xx.2018-ci il tarixli ərizə verərək, cavabdeh İddiaçı MMC-dən ona 65400 (altmış beş min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsinin təmin olunması, cavabdeh “İddiaçı' MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin İİ hissəsinə, 68-ci maddənin «ç» bəndinə, 77-ci maddəsinin 7-ci hissəsinə, 83,84 və 85-ci maddələrinə əsasən dəyişiklik edilməsi, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi 23250 manat əmək haqqının, 2016-cı ilin avqust ayından xx xxxxxxx 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10000 manat, 3 aylıq müavinat üçün 7500 manat, cəmi 40750 manat məbləğində son haqq hesabının ödənilməsini məcbur edən qətnamə qəbul edilməsini və cavabdeh İddiaçı MMC-nin direktoru X19 əməlində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin əlamətləri olmasını nəzərə alıb, bu barədə xüsusi qərardad çıxarılmaqla ibtidai istintaq araşdırması aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli ərizə onunla əsaslandırılmışdır ki, verdiyi bu dəqiqləşmədə yeni, konkret məsələlərin qoyulması daha zəruridir. Belə ki, İddiaçı MMC ona qarşı “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb olunması, əmlak olmadığı təqdirdə 22 000 manat (iddiaçının məhkəməyə təqdim etdiyi son dəqiqləşməyə görə) pulun alınması” barədə məhkəmədə iddia qaldırmışdır. Həmin iddia ərizəsində göstərilənlər həqiqətə uydurma, qanunazidd və əsassız olmuşdur. Bu səbəbdən iddia ərizəsində göstərilənlərlə razı olmamışdır, xx xxxx 2017-ci ildə İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Həmin ərizəsində bəzi xüsusatları və rəqəmləri dəqiq göstərmədiyindən xx.xx.2017-ci il tarixdə Səbail rayon məhkəməsinə qarşılıqlı iddia ərizəsi vermişdir. Həmin qarşılıqlı iddia ərizəsində iddia tələbinin həcmi və konkret tələbləri tam göstərilmədiyindən xx xxxx 2018-ci il tarixdə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair Səbail rayon məhkəməsinə ərizə vermişdir. Eyni zamanda məhkəmə baxışında sədrlik edən iddia tələbini konkretləşdirilməsini və tələbin konkret nədən ibarət olmasının dəqiqləşdirilməsinin təklifini vermişdir. İşin bütün hallarını və xüsusatlarını nəzərdən keçirib, qarşılıqlı iddia ərizəsini dəqiqləşdirərək, hesab edir ki, İddiaçı MMC-nin direktoru vəzifəsini mənimsəyən İlqar Həsənov onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 291-k No-li xx xxxxxx 2016-cı il tarixli əmrlə “xx xxxxxx 2016-cı il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin” məzmununda əmr verməkdə səlahiyyətli olmamış və eyni zamanda 70-ci maddəsinin “ç” bəndində sadalanan hansı hallara görə vəzifədən azad olunmağını göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.2-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci Maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin əmrin məzmunundan görünür ki, Qanunun bu normalarına əməl edilməmişdir. Onun işdən azad olunması barədə əmr verilərkən “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu”na dair Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə də əməl edilməmişdir. Eyni zamanda ƏM-nin 85-ci maddəsində əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları da müəyyən edilmişdir. Göründüyü kimi, onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda hansı əmək vəzifələrini kobud şəkildə pozmağı aydınlaşdırılmamış, bu barədə sənədləşmə aparılmamış, onun izahatı alınmamış və əmək funksiyası ilə bağlı qanunda nəzərdə tutulan digər hallar araşdırılmamışdır. Bununla da İlqar Həsənov tərəfindən səlahiyyəti olmadan onun haqqında vəzifədən azad olunması barədə əmr verərkən, ƏM-nin göstərilən normalarının tələblərini kobud surətdə pozmuşdur. İlk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, İlqar Həsənov “xxxx” MMC-nin mülkiyyətçilərinin dəyişilməsi yolu ilə, saxtakarlıqla və özbaşınalıqla yeni İddiaçı MMC yaratmışdır. Belə olduqda onunla əmək münasibətləri Azərbaycan Respublikasının ƏM-nin 63-cü maddəsinin 2-ci hissəsi ilə tənzimlənməlidir. ƏM-nin 63.2-ci hissəsində göstərilir ki, yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci madəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. O ilk gündən İddiaçı MMC-nin rəhbərliyinə bildirmişdir ki, onunla əmək münasibəti davam etdirmək istəmirlərsə Azərbaycan Respublikasının ƏM-nin 63-cü maddəsinin 2-ci hissəsini və 68-ci maddənin “ç” bəndini rəhbər tutmaqla əmək müqaviləsinə xitam versinlər. X17 qərəzli münasibətdə olduğundan, ondan intiqam almaq məqsədilə vəzifədən azad olunması barədə səlahiyyəti olmadan xx xxxxxx 2016-cı il tarixli 291-k No-li əmr imzalamışdır. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə də ləğv olunmalı və mülkiyyətçinin əsaslarına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin “ç” bəndi, 77-ci maddəsinin 7-ci bəndi rəhbər tutulmaqla, həmin Məcəllənin 83, 84, 85-ci maddələrində nəzərdə tutulan qaydada rəsmiləşdirilməklə baş həkim vəzifəsindən azad olunmalı idi. Bu zaman son haqq-hesab kəsilməklə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilməli idi. İşdən azad olunarkən qanunun bu tələbləri də ciddi pozulmuşdur. Onun işdən azad olunması barədə əmr ərizəsinin məzmunu barədə təklif etdiyi layihəni ərizəyə əlavə edir. Bildirir ki, x xxxxxx 2016-cı ildə “xxxx” MMC-ə X3 direktor olan dövrdə onların təklifi ilə və öz ərizəsi əsasında baş həkim təyin edilmişdir və kollektivə təqdim olunmuşdur. Onun vəzifə maşını 2 500 manat olmuşdur. Lakin dəfələrlə məhkəmədə vəsatət qaldırsa da, İddiaçı MMC-nin nümayəndəsi və səlahiyyətli şəxsləri həmin əmri məhkəməyə təqdim etməmişlər. Qarşılıqlı iddiasına dəqiqləşdirməni məhkəməyə təqdim edir. Onun 9 ay 9 gün üzrə 2 fevral-xx xxxxxx 2016-cı ilə kimi hər ay 2 500 manat olmaqla 23250 manat, göstərdiyi xidmətlər üzrə avqust-xx xxxxxx 2016-cı il tarixə kimi faizlər üzrə 10 000 manat, 3 aylıq müavinət üçün orta aylıq əmək haqqının məbləğində 7 500 manatı hesablanıb, əmək kitabçasında yuxarıda göstərdiyi layihə əsasında əmək müqaviləsinə xitam edilməsində dəyişiklik olunmaqla əmək kitabçasının ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Bildirir ki, dövlət reyestrindən çıxarışların, etibarnamələrin, müqavilələrin, təhvil-təslim aktlarının surətləri xx xxxx 2018-ci il tarixdə məhkəməyə təqdim edilsə də şifahi qaydada ona qaytarılmışdır. Həmin sənədlərin əsli iddia ərizəsi üzrə ilk iddia ərizəsi üzrə iddiaçı, cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı müəssisəsindədir. İddiaçı MMC tərəfindən həmin sənədlərin təsdiq olunmuş surətləri ona verilmir. Ona görə də həmin sənədlərin təsdiq olunmuş surətlərini İddiaçı MMC-dən alınıb işə əlavə edilməsi məhkəmə qaydasında təmin olunmalıdır. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin (Bakı Tehran Klinikası) Cavabdeh qarşı əmlak tələbi əsassız olduğundan rədd edilməsini və İddiaçı MMC-nin qanunsuz sahibliyindən ona məxsus əmlakın, əmlak olmadıqda 80.383 (səksən min üç yüz səksən üç) manat məbləğində pulun İddiaçı MMC-dən (Bakı Tehran Klinikası) alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını, eləcə də İddiaçı MMC-nin (Bakı Tehran Klinikası) qanunsuz yaradılması və fəaliyyətində yol verilən hərəkətlər haqqında xüsusi qərardad çıxarmaqla aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (Bakı Tehran Klinikası) qanunsuz olaraq onun direktor olduğu “xxxx” MMC-nin hüquqi varisi kimi onun iştirakı və razılığı olmadan yaradılmışdır. Balansında olan əmlaklar isə onun mülkiyyətindədir. Lakin İddiaçı MMC-nin icraçı direktoru X25 özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-nin əmlakını və direktor səlahiyyətlərini mənimsəmişdir. X25 heç vaxt “xxxx” MMC-nin direktoru olmamışdır. Çünki “xxxx” MMC-in təsisçisi Seyidmohəmməd Moenifard, o, “xxxx” MMC-də işləyərkən xx xxxx 2016-cı il tarixli təhvil təslim aktı ilə “xxxx” MMCnin nizamnaməsini, nizamnaməyə edilən dəyişikliyi, “xxxx” MMC-nin dövlət reyestrindən çıxarışını, “xxxx” MMC-nin VÖEN-ni, “xxxx” MMC-nin möhürünü, tibbi fəaliyyət göstərə bilməsi üçün lisenziyanı, “xxxx” MMC-yə məxsus ASAN imzanı (***-***-**-**), “xxxx” MMC-nin klinikasına olan maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatının aparılmamasını və nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər ona verilmiş və akt hər ikisi tərəfindən imzalanmışdır. Eyni zamanda xx xxxx 2016-cı ildə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “xxxx” MMC-nin klinikasının direktoru Seyidmohəmməd Moenifard, onun həyat yoldaşı Nəsrin Cavidfər və Məxdumi Hosein və onun tərəfindən qarşılıqlı razılaşmaya dair imzaladıqları müqaviləyə əsasən tibbi və qeyri-tibbi avadanlıqlar ona satılmışdır. Rəsmi sənədlərlə o, “xxxx” MMC-nin rəsmi təsisçisi və təmsilçisi olmuşdur. Direktor işləyərkən onun təşəbbüsü ilə klinikada həkim pediatr işləyən Cavabdeh öz ərizəsinə əsasən xx xxxxxx 2016-ci il tarixli, 239 nömrəli əmrlə “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında xx.xx.2016-cı il tarixindən baş həkim vəzifəsinə təyin edilmişdir. “xxxx” MMC-nin direktoru kimi o, müəyyən işlərin görülməsi, təmir işlərinin aparılması, vergi borclarının ödənilməsinin təmin edilməsini, müəssisənin gəlirlə işləməsinə köməklik göstərməsini baş həkim Cavabdeh həvalə edib 2016-cı ilin oktyabrın 15-dən sonra Türkiyə Respublikasına getmişdir. O, Türkiyə Respublikasına getdikdən sonra X25 onun “xxxx” MMC-nin tam pay sahibi olduğuna baxmayaraq qanunsuz olaraq 279 nömrəli, xx.xx.2016cı il tarixli əmrlə direktor vəzifəsini ələ keçirmiş və qanunsuz olaraq Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 291-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onun hüquqlarını qanunsuz mənimsəyərək məhdudlaşdırmışdır. İdarəçilikdə baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə onun məlumatı olmadan və onunla razılaşdırılmadan belə bir hərəkət törətməklə klinikanın normal işini pozmuş, qanunsuz əmrlər vermiş, iddiaçıya ciddi maddi və mənəvi zərər vurmuşdur. X25 bununla kifayətlənməyib, hansı yollarlasa “xxxx” MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar xx xxxxxx 2016-cı ildə İddiaçı MMC yaratmış və Vergilər Nazirliyində qeydiyyatdan keçirməyə nail olmuşdur. Eyni zamanda ona məxsus payların 18,5 %-ni İran İslam Respublikası vətəndaşı X1 adına, 5%-ni X28 (İran İslam Respublikası vətəndaşı) adına, 8,5 %-ni X6 (İran İslam Respublikası vətəndaşı) adına, 2%-ni X10 (İran İslam Respublikası vətəndaşı) adına, 3%-ni X12 (İran İslam Respublikası vətəndaşı) adına, 13 %-ni X8 (İran İslam Respublikası vətəndaşı) adına, 50%-ni isə öz adına sənədləşdirmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarış almışdır. Habelə, X19 özbaşına olaraq onun əmlakı əsasında qanunsuz yaratdığı və “xxxx” MMC-nin hüquqi varisi olan İddiaçı MMC Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb olunması, əmlak olmadığı təqdirdə 22.346 (iyirmi iki min üç yüz qırx altı) manat pulun alınması” barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, İddiaçı MMC-in iddia ərizəsi qanunsuz və əsassızdır və bu iddia ərizəsi onun qanunla qorunan hüquqlarına və mənafelərinə də zərər vurur. Belə ki, İddiaçı MMC həmin iddia ərizəsini verməkdə subyektiv hüquqlara malik olmamışdır. İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlak və onun balansında olan başqa əmlaklar onun mülkiyyətindədir. Eyni zamanda İddiaçı MMC qanunsuz olaraq onun direktor olduğu “xxxx” MMC-nin hüquqi varisi kimi yaradılmışdır. X25 heç vaxt “xxxx” MMC-in direktoru olmamışdır. O, özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-in əmlakını və direktor səlahiyyətlərini mənimsəmişdir. İddiaçı MMC qanunsuz yaradılmış və həmin kommersiya qurumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-49, 87, 88, 91-2, 92-ci maddələrinin və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-5-ci maddələrinin tələblərinə zidd olaraq qeydə alınmışdır. Eyni zamanda İlqar Həsənov İddiaçı MMC dövlət qeydiyyatına alınmadan qanunsuz olaraq həmin müəsissənin direktoru kimi səlahiyyəti olmadan Cavabdeh xx xxxxxx 2016-cı il tarixli 291-k nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etmişdir. Halbuki İddiaçı MMC xx xxxxxx 2016-cı ildə qeydə alınmış və Reyestr Xidmətindən çıxarış verilmişdir. Eyni zamanda “xxxx” MMCnin və iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına və mənafeyinə mühüm zərər vurmuşdur. Ona məxsus xx xxxx 2016-cı il tarixli müqavilə ilə təhvil götürdüyü və ona məxsus 58.037 (əlli səkkiz min otuz yeddi manat) dəyərində əmlak (siyahı iddia ərizəsinə əlavə olunur) və Cavabdeh qarşı əsassız qaldırılmış və İddiaçı MMC-də olan 22.346 (iyirmi iki min üç yüz qırx altı) manat dəyərində əmlak, əmlak olmadıqda həmin əmlakların dəyəri cəmi 80.383 (səksən min üç yüz səksən üç) manat məbləğində pul məhkəmə qaydasında alınıb ona verilməlidir. Cavabdeh qarşı İddiaçı MMC tərəfindən “özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması” tələblərinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə, həmçinin də 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı MMC məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizələr təqdim edərək Cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı "pul" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbinə dair iddia ərizələrinə iddia müddəti tətbiq edilməklə iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh "İddiaçı” MMC-də baş həkim vəzifəsinə 239K saylı əmrlə 2016-cı ilin fevral ayında təyin olunmuş və həmin ilin noyabr ayının 11-də 291-k saylı əmrilə Əmək Məcəlləsinin “ç” bəndinə uyğun olaraq vəzifədən azad edilmişdir. Baxmayaraq ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən MMC-yə qarşı verilmiş qarşlılqlı iddia ərizəsində əks olunmuş dəlillər əsassızdır, əmək qanunvericiliyi eyni zamanda mülki prosessual qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etməklə iddia tələbinin digər bir əsasla, yəni iddia müddətinin ötürülməsi səbəbindən rədd olunmalı olmasını nəzərinizə çatdırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə ki, Cavabdeh 2016-cı ilin noyabr ayının 11-də işdən azad edilmişdir. Lakin əmək haqqı ilə bağlı MMC-yə qarşı iddia tələbini 2018-ci ilin yanvar ayında irəli sürmüşdür ki, bu da, Cavabdeh əmək haqqı və digər əmlak tələbləri ilə bağlı iddia müddətini ötürməsi deməkdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari iddia tələbi ilə bağlı qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X20 ilkin iddia üzrə iddiaçının “iddia müddətinin tətbiqi” barədə ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Kasım Çapari 2016-cı ilin oktyabrın 18-də Türkiyəyə getmişdir. X32 Respublikasına getdikdən sonra X11 Çaparinin “xxxx” MMC-nin tam pay sahibi, təmsilçisi və direktoru olmasına baxmayaraq qanunsuz olaraq 279 nömrəli, xx.xx.2016-cı il tarixli əmrlə direktor vəzifəsini ələ keçirmiş və qanunsuz olaraq Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 291-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və Kasım Çaparinin hüquqlarını qanunsuz mənimsəyərək məhdudlaşdırmışdır. İdarəçilikdə baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə iddiaçının məlumatı olmamış və onunla razılaşdırılmamışdır. İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlak və onun balansında olan başqa əmlaklar Kasım Çaparinin mülkiyyətində olmuşdur. Eyni zamanda İddiaçı MMC qanunsuz olaraq Kasım Çaparinin direktor olduğu “xxxx” MMC-nin hüquqi varisi kimi yaradılmışdır. X25 heç vaxt “xxxx” MMC-in direktoru olmamışdır. O, özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-in əmlakını və direktor səlahiyyətlərini mənimsəmişdir. İddiaçı MMC-nin direktoru X25 hansı yollarlasa “xxxx” MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar xx xxxxxx 2016-cı ildə İddiaçı MMC yaradılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Vergilər X7 Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsində ********** nömrə ilə qeydiyyatdan keçirməyə nail olmuşdur. Göründüyü kimi İddiaçı MMC öz nizamnaməsini xx xxxxxx 2016-cı il tarixdə qəbul etmiş və Vergilər Nazirliyində qeydiyyatdan keçirmişdir. Bundan sonra Kasım Çapari hüquqlarının pozulduğunu bilmişdir. İddia müddətinin axımı isə məhz xx xxxxxx 2016-cı il tarixdən hesablanır. Çünki Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbində qeyd edilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, iddia müddətinin axımı xx xxxxxx 2016-cı il tarixdən başlanır və xx xxxxxx 2019-cu il tarixdə bitir. Kasım Çapari isə rəsmi olaraq xx xxxxxxxx 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinə müstəqil tələblər irəli sürən şəxs kimi tanınması barədə vəsatətlə müraciət etmiş, rəsmi olaraq iddia ərizəsini isə xx xxxxxx 2019- cu il tarixdə hazırlayıb məhkəməyə təqdim etmişdir. Hazırki tələb üzrə iddia müddəti xx xxxxxx 2016-cı il tarixdən, yəni İddiaçı MMC-nin öz nizamnaməsini qəbul etdiyi və Vergilər Nazirliyində qeydiyyatdan keçirdiyi vaxtdan hesablanır. Qanunvericiliyə uyğun olaraq iddia müddəti üzrə üç il müddət isə tamam olmadan 2019-cu il 30 sentyabr məhkəmə iclasında müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi ərizə vermiş, xx xxxxxx 2019-cu il tarixdə isə rəsmi olaraq iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda isə müqavilə tələbləri üzrə iddia müddəti keçməmişdir. X29 Türkiyə vətəndaşı olduğundan mütəmadi olaraq Türkiyəyə gedib-gəlmişdir. xx xxx 2017-ci il tarixdə isə Türkiyədən Azərbaycan Respublikasına gələn zaman onu Bakı aeroportunda ölkəyə buraxılmamış və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ölkəyə gəlişinə qadağa qoyulduğunu, yəni deport olunduğunu bildirib Türkiyəyə geri qaytarılmışdır. Sənədlərin, müqavilələrin də çox hissəsinin Bakıda qalması səbəbindən Kasım Çapari hazırki tələb üzrə hüquqlarını dərhal müdafiə edə və iddia qaldıra bilməmişdir. Kasım Çaparinin üzərinə qoyulmuş deportasiya cəzası götürüldükdən sonra xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş və öz pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı xx xxxxxxxx 2019-cu il tarixdə əmlak tələbi ilə bağlı məhkəmə iclasında vəsatət vermiş və məhkəmə iclasında özü şəxsən iştirak etmişdir. Göründüyü kimi Kasım Çapari tərəfindən əmlak tələbi ilə bağlı iddia müddəti buraxılmamışdır. Ona görə də İddiaçı MMC-nin verdiyi “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəsi əsassız hesab edilməli, iddia müddəti tətbiq edilməməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Bakı Tehran Klinikası) MMC-nin nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru X19 əməlində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq bu barədə xüsusi qərprdad çıxarılmaqla ibtidai itstintaq araşdırması aparılması üçün prokurora göndərilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili X20 müvafiq olaraq iddia ərizələrinin məzmununa uyğun izahat vermiş və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru X19 əməlində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq bu barədə xüsusi qərprdad çıxarılmaqla ibtidai itstintaq araşdırması aparılması üçün prokurora göndərilməsi xahiş etmişdir. Məhkəmə xx.xx.2018-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Dərvişi Faramarz ifadəsində göstərmişdir ki, hal-hazırda İddiaçı MMC-də işləyir. Əvvəllər təsərrüfat müdiri vəzifəsində işləsə də, hal-hazırda həmin vəzifəni icra etmir. Əlavə olaraq bildirmişdir ki, onun iştirakı ilə Cavabdeh ustalara 1-2 dəfə vəsait ödəmiş, bundan başqa klinikada təmir işləri aparıldığı üçün orada olan əşyaları direktor Kasım Çaparinin göstərişi ilə Badamdar qəsəbəsində yerləşən saxlanc yerinə aparmışlar. Əşyalar 166 yük daşıma xidməti vasitəsilə aparılmış, həmin əşyalar saxlanc yerinə bağlamalarda aparılmışdır. Məhkəmə xx.xx.2018-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, hal-hazırda İddiaçı MMC-də mühasib vəzifəsində işləyir. Cavabdeh klinikanın təmiri zamanı ayrı-ayrı vaxtlarda 700 manat, 330 manat, 500 manat, ümümilikdə isə 1530 manat vəsait ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, Müəssisənin külli miqdarda vergi borcu olmuş, Vergi borcundan 12.000-13.000 manat vəsaiti Cavabdeh ödəmiş, sosial borclardan isə 1000 manat ödəmişdir. Həkim bonuslarının bir hissəsi direktorun göstərişi ilə Cavabdeh ödənilmişdir. İlkin iddia üzrə cavabdeh dəqiqləşmə ərizəsində ilk iddiaçının məhkəməyə təqdim etdiyi son dəqiqləşməyə görə ona qarşı “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb olunması, əmlak olmadığı təqdirdə 22 000 manat pulun alınması” barədə iddia tələbi olmasını göstərsə də, məhkəmə qeyd edir ki, ilk iddiaçının belə bir dəqiqləşmə ərizəsi iş materiallarında mövcud deyildir. Odur ki, hər üç iddiaya göstərilən tələblər üzrə AzərbaycanRespublikasının MPM-nin 218.1ci maddəsinə uyğun baxaraq hüquqi qiymət verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, onların izahatlarını, ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən Cavabdeh və Qasım Çapariyə ünvanlanmış xx.xx.2016-cı il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh və Qasım Çapari xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-yə məxsus əmlakları təhvil alaraq təhvil-təslim haqqında müqaviləni imzaladıqları və həmin əmlakların 166 yük daşıma xidməti vasitəsilə xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh məxsus bağ evinə aparılmışdır. 2016-cı ilin oktyabr ayında “xxxx” MMC-nin direktorunun və baş həkimin dəyişməsi ilə əlaqədar olaraq Cəmiyyətin əmlakı xx xxxxxxx 2016-cı il tarixdə MMC tərəfindən reviziya olunmuşdur. Reviziya zamanı siyahıda göstərilmiş əmlakın bir hissəsinin Cavabdeh məxsus bağ evinə aparıldığı aşkar olunmuş, digər siyahıda göstərilmiş əmlak isə “xxxx” MMC-nin klinikasında baş həkim işlədiyi dövrdə 203 A nömrəli otaqda aşkar edilməmişdir. Odur ki, əmlakların geri qaytarılması xahiş olunmuşdur. - İddiaçı MMC-nin direktoru İ.Həsənovun imzaladığı 111 ədəd Cavabdeh tələb edilən əmlak siyahısında onların dəyəri göstərilməmişdir. - İddiaçı MMC-nin direktoru M.Cəfərovun imzaladığı 110 ədəd Cavabdeh tələb edilən əmlak siyahısında onların dəyəri ümumilikdə 22436 manat olması göstərilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X25 xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin qanuni təmsilçisi kimi dövlət qeydiyyatına alınmışdır. Əvvəlki qanuni təmsilçinin Çapari Kasım olduğu göstərilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC (əvvəlki “xxxx” MMC) xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC-də 18,5 %-ni İran İslam Respublikası vətəndaşı X1 adına, 5%-ni X28 (İran İslam Respublikası vətəndaşı) adına, 8,5 %-ni X6 (İran İslam Respublikası vətəndaşı) adına, 2%-ni X10 (İran İslam Respublikası vətəndaşı) adına, 3%-ni X12 (İran İslam Respublikası vətəndaşı) adına, 13 %-ni X8 (İran İslam Respublikası vətəndaşı) adına, 50%-ni isə X19 adına paylar müəyyən edilmişdir. - Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli pretenziya məktubundan görünür ki, o, 2013-cü ildən 2016-cı ilədək “xxxx” MMC-də həkim vəzifəsində çalışmışdır. 2016-cı ilin fevral ayında “xxxx” MMC-nin, Klinikanın və X1 borcu çox olduğuna görə həmin vəziyyətdən çıxmaq üçün 2016-cı ilin fevral ayında “xxxx” MMC-nin təsisçisi və direktoru X1 göstərişi ilə o, “Təbriz xxxx” Klinikasına baş həkim təyin edilmişdir. O, Klinikaya kömək məqsədilə baş həkim təyin edilməsinə razılıq vermişdir. O, 2016-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayının 20-dək Klinikada baş həkim vəzifəsində çalışmışdır. Onun dövründə Klinika daha rentabelli işləməyə başlamış, onun peşəkarlığı, səriştəsi, işə vicdanla yanaşması nəticəsində Klinikanın borcunun çox hissəsi qaytarılmışdır. O, X3 ilə hər ay 2500 manata əmək haqqı barədə razılığa gəlmişlər. X3 özünün və MMC-nin külli miqdarda borclarına görə zərərə düşmüşdür. Klinikaya fəaliyyət göstərmək üçün qeyri-yaşayış sahəsini icarəyə verən icarədarlar Sahib, İlham və Rəna adlı şəxslər MMC-dən icarə haqqı üzrə yaranmış borclarını tələb edirdilər. İcarədarlardan Rəna məhkəməyə müraciət etmiş və Klinikanın icarəyə götürülmüş sahəsinin boşaldılması barədə qətnamə çıxarılmışdır. 2016-cı ilin iyul ayının əvvəlində X3 "xxxx” MMC-yə Kasım Çaparini direktor təyin etmiş, 2016-cı il iyul-ayının sonu avqustun əvvəlində MMC-nin borclu olduğu şəxslərin, xüsusilə də icarədarların təzyiqi artmışdır. Kasım Çapari həmin vaxt icarədarlarla dəfələrlə görüşmələrinə baxamayaraq onlar icarə haqqının məbləğinin (hər birinə 4000 manat) endirilməsinə razılıq verməmişlər və təcili ərazinin boşaldılmasını tələb etmişlər. Kasım Çapari vəziyyətin ağır olduğunu anlayaraq 2016-cı ilin avqustun əvvəlində X2 məsləhətləşib qərara almışlar ki, 15 gün müddət ərzində icarə sahəsinin bir hissəsini boşaltsınlar. Bununla da Klinikanın 1-ci mərtəbədə 3 icarədara məxsus icarə sahəsi boşaldılmışdır. Həmin icarə sahəsində yerləşən şöbələr əvvəllər mətbəx və anbar kimi istifadə olunmuş zirzəmiyə köçürülmüşdür. 1 ay Klinikada gecə-gündüz təmir işləri aparılmışdır. MMC-nin təsisçisi X3 və direktoru Kasım Çapari ilə onun arasında belə bir razılaşma olmuşdur ki, həmin təmirə sərf olunan vəsaitlər onun tərəfindən ödənilsin və sonradan həmin vəsait MMC tərəfindən ona qaytarılmalı idi. Bu barədə Klinikanın mühasibi Anar Əliyevin də məlumatı olmuşdur. Həmin MMC-nin mətbəxində olan köhnə əşyalar Klinikanın təsərrüfat işləri üzrə direktor müavini Fərəmərz Dərvişi, mühasib Anar Əliyevin iştirakı və şahidliyi ilə 166 yük daşıma xidməti vasitəsilə qablaşdırılaraq saxlanc yerinə daşınmışdır. Saxlanc yeri aylıq 300 manat anbar kirayələnmiş və həmin yerə daşınmışdır. Hətta bunu işçilər və ustalar da təsdiq edə bilər. Bundan sonra o, öz vəsaiti hesabına 2016-cı ilin avqust-sentyabr aylarında Klinikanı təmir etdirmiş, ustaların əmək haqqlarını, metarialların dəyərini ödəmiş, Klinikanın zəruri gündəlik xərclərini də öz vəsaiti hesabına ödəmişdir. İşlədiyi müddətdə Vergilər Nazirliyinin Vergi Cinayətləri üzrə Araşdırma İdarəsinin əməkdaşları dəfələrlə Klinikaya gəlmiş, 2015-ci ildən qalıq borclarının ödənilməsini tələb etmişdir. Əks təqdirdə Klinikanın bağlanacağını və çəkiliş qrupunun gətirilməsini bildirmişlər. Hətta Klinikada bir çox avadanlıqları qadağa lenti ilə lentləmişlər. Vəziyyətin belə olduğunu görən O, öz şəxsi vəsaitindan 11.000 manat vergi borcunu ödəmişdir. O, 2016-cı ilin fevral ayından işdən qanunsuz və əsassız olaraq azad olunduğu vaxtadək, yəni xx xxxxxxx 2016-cı ilədək pasient-müştərilərə görə həkim bonusların “xxxx” MMC-dən dəfələrlə tələb etsə də, əldə edə bilməmişdir. Bu barədə sisoft klinika proqramında qeyd olunmuş və mühasib bundan məlumatlıdır. Ümumilikdə onun tərəfindən “xxxx” MMC-yə (indiki İddiaçı MMC) məxsus “Təbriz-xxxx” Klinikasına, MMC-yə, MMC-nin vergiləri, dövlət sosial sığorta haqqları və digər xərclərə görə ödədiyi pullar, çəkdiyi xərclər, düşdüyü ziyan aşağıdakılardan ibarətdir: - klinikada baş həkim işlədiyi müddətdə (2016-cı ilin fevral-oktyabr aylarında) almadığı həkim bonusları - təxminən 10.000 manat, plastik qapı-pəncərə ustasına ödənilən xidmət haqqı - 1800 manat (təmir üçün), plastik qapı-pəncərə ustasına ödənilən əlavə pul - 300 manat (təmir üçün), klinikanın bayır giriş qapısının dəyişdirilməsi üçün- 200 manat (təmir üçün), klinikada elektrik işlərinin aparılması üçün - 1000 manat (təmir üçün), klinikada təmirlə bağlı kafel ustasına ödənilən pul - 1000 manat (təmir üçün), rəngsaza ödənilən məbləğ - 2000 manat (təmir üçün), mebel ustası - 500 manat (təmir üçün), söküntü işinə ödənilən pul - 500 manat (təmir üçün), kərpic, qum, sement alınması üçün- 300 manat (təmir üçün), fəhlələrə ödənilən gündəlik əl haqqının cəmisi - 1000 manat (təmir üçün), 166 daşıma xidməti və fəhləsinə ödənilən pul - 500 manat (təmir üçün), server sisteminin yerdəyişməsi üçün- 1500 manat (təmir üçün), kondisionerlərin sökülməsi və yenidən frionlaşdırılması və bərpası üçün-400 manat (təmir üçün), klinikadan daşman əşyaların yerləşdiyi ünvanın icarə haqqı (aylıq 300 manat) - 1800 manat (təmir üçün), vergi borcunun ödənilinəsi (öz şəxsi məbləği) - 9700 manat, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün - 1000 manat, həkim bonusu üçün öncədən verilən məbləğ - 3000 ABŞ dolları, həkimlər üçün öncədən ödənilən marketinq - 2000 manat, 8 aylıq həkim əmək haqqı (aylıq 2500 manat) - 20000 manat, cəmisi 60900 manat müəyyən edilmişdir. O, işlədiyi müddətdə “xxxx” MMC ilə bağlı MMC-nin təsisçisi Moeinifard Seyedmohammadin və direktoru Qasım Çaparinin xahişi ilə ödənişlər etmiş, xeyli vəsait xərcləmişdir ki, hazırda həmin xərclərin əvəzini tələb edir. Klinikaya bu qədər xeyir verməsinə, MMC-yə külli miqdarda pul xərcləməsinə baxmayaraq Moeinifard Seyedmohammad və Klinikanın yerləşdiyi sahənin icarədarı X25 2016-cı ilin oktyabrın 20-si heç bir xəbərdarlıq etmədən, bir neçə nəfərlə, həmçinin ərazinin polis sahə müvəkkili Elşad adlı şəxslə “xxxx” Klinikasına gəlmiş, onu dərhal Klinikanın baş həkimliyini Moeinifard Seyedmohammadə təhvil verməsini bildirmişdir. O, vəziyyətin bu məcraya gələcəyini görərək, artıq bu cür qeyri-qanuni direktorla və haqqında saysız-hesabsız cinayət işləri olan Moeinifard Seyedmohammadin rəhbərliyi ilə işləməkdən imtina etmişdir. İddiaçı MMC-nin direktoru onu işdən azad edərkən əmri təqdim etməmiş, onun əmək hüquqlarını pozmuşdur. Bundan sonra o, dəfələrlə İddiaçı MMC-dən, Moeinifard Seyedmohammaddan çəkdiyi xərcləri, ödədiyi pulları, işdən azad olunması barədə əmri, əmək kitabçasını tələb etsə də, onlar bundan imtina etmişlər, əksinə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onu oğurluqda, ağır cinayətdə ittiham etmişlər. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə oğurluq faktı öz təsdiqini tapmamış, şər-böhtan olduğu sübut olunmuş, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin icraçı direktoru İlqar Həsənov tərəfindən ona və Kasım Çapariyə pretenziya məktubu göndərilmişdir. Məktubda bildirilmişdir ki, “Cavabdeh və Kasım Çapari xx.xx.2016-cı il tarixdə İddiaçı MMC-yə məxsus əmlakları təhvil-təslim haqqında müqaviləyə əlavəni imzalamışdır. Sonra yuxarıda qeyd olunan əmlaklar “166 yük daşıma xidməti” ilə xx xxxxxx 2016- cı il tarixdə ona məxsus bağ evinə aparılmışdır. 2016-cı ilin oktaybr ayında İddiaçı MMC-nin direktorunun və baş həkimin dəyişməsi ilə əlaqədar olaraq MMC-nin əmlakı xx xxxxxxx 2016-cı il tarixdə MMC reviziya olunmuşdur. Reviziya zamanı bu məktuba əlavə olunmuş siyahılarda göstərilmiş əmlakın bir hissəsi ona məxsus bağ evinə aparıldığı aşkar olunmuş, digər siyahıda göstərilən əmlak isə İddiaçı MMC-nin Klinikasında baş həkim işlədiyi dövrdə “xxxx” saylı xidməti otağında aşkar olunmamışdır. Odur ki, MMC tərəfindən bu məktuba əlavə edilmiş siyahıda göstərilən əmlakları 07 gün ərzində İddiaçı MMC-yə (hazırki İddiaçı MMC) geri qaytarmağı tələb edilmişdir. Onun tərəfindən İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli pretenziya yazılaraq bildirilmişdir ki, saxlanc yerinə aparılan əşyalar hal-hazırda da orada yerləşir. Hətta həmin qablaşdırmalarda nəyin olduğundan belə onun məlumatı olmamışdır. Həmin saxlanc yerlərinə görə hər ay 300 manat icarə haqqı ödənilir. Artıq neçə aydır ki, həmin icarə haqqı ödənilmir. Hazırda onun tərəfindən İddiaçı MMC ilə bağlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir. Pretenziyada o, “xxxx” MMC (İddiaçı MMC) ilə bağlı xərclədiyi vəsaiti cəmi 60900 manat məbləğində pulun və mənəvi zərərə görə 50.000 manat məbləğində pulun, əmək kitabçasının, işdən azad olunması barədə əmrin, işdən çıxarılması ilə bağlı son haqq-hesabın 3 gün müddətində qaytarılmasını tələb etmişlər. Lakin İddiaçı MMC tərəfindən onun pretenziya məktubuna cavab verilməmişdir. İddiaçı MMC tərəfindən ona qarşı olan qanunsuz hərəkətlər nəticəsində, onu Klinikadan baş həkim vəzifəsindən zor tətbiq edərək, hədə qorxu gələrək çıxarılması nəticəsində və ona göndərilən əsassız və böhtan xarakterli pretenziya məktubu nəticəsində o, əsəb sarsıntısı keçirmiş, mənəvi əzab və iztirablar yaşamışdır. Hazırda mənəvi zərəri 50.000 manat məbləğində dəyərələndilir ki, həmin məbləğ də cavabdeh tərəfindən ona ödənilməlidir. - X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında həkim-pediatr vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə işçiyə hər ay ştat cədvəli üzrə əmək haqqı ödənilməsi qeyd olunmuşdur. ( 4.1.1 bəndi) - Cavabdeh xxxx” MMC-nin direktoruna ərizə ünvanlayaraq onu “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında baş həkim vəzifəsinə keçirilməsini xahiş etmişdir. - “Təbriz xxxx” Tibb Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 239-k nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında xx.xx.3016-cı il tarixdən baş həkim vəzifəsinə keçirilmişdir. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, 30ZB5H8000103 nömrəli məlumatın surətindən görünür ki, Cavabdeh “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında baş həkim vəzifəsinə keçirilməsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. - “Təbriz xxxx” Tibb Mərkəzi tərəfindən verilmiş işçilərin əmək haqlarının ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 2016-cı ilin fevral ayından avqust ayına kimi hər ay 121,3 manat məbləğində əmək haqqı almışdır. - “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu bildirilmişdir. - “xxxx” MMC-nin direktoru X3 ilə Qasım Çapari arasında bağlanmış xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru X1 borcunun əvəzinə Qasım Çapari 420.000 ABŞ dolları məbləğində maliyyə yatırımı etməklə, əvəzində “xxxx” MMC-nin 75,5 faiz payını və ona məxsus avadanlıqları alır və qeyd olunan cəmiyyətin 75,5 faizinin təsisçisi olur. - “xxxx” MMC-nin direktoru X3 və Qasım Çapari tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2016-cı il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx " MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx " MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "xxxx“ MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “xxxx" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) 229 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər xx.xx.2016-cı il tarixdə Qasım Çapariyə təhvil verilmişdir. - “xxxx” MMC-nin xx xxxxxxx 2016-cı il tarixli 279-k nömrəli əmrinin surətindən görünür ki, X25 xx.xx.3016-cı il tarixdən “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. - “xxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli, 291-k nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, 30ZB5H80001X0 nömrəli məlumatın surətindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “xx.xx.2016” tarixli, “291-k” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. - “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, tələbnamədən görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 2000 manat məbləğində pul ödənilmişdir. - “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 1509 nömrəli “xəzinədən ödəmə forması”ndan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 1092,7 manat məbləğində pul ödənilmişdir. - “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 904 nömrəli “xəzinədən ödəmə forması”ndan görünür ki, 12 ədəd kondisionerin alınması görə 8379 manat məbləğində pul ödənilmişdir. - “Bakı Sədərək” Ticarət Mərkəzi tərəfindən verilmiş qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 89 manat məbləğində pul ödənilmişdir. - “Bakı Sədərək” Ticarət Mərkəzi tərəfindən verilmiş qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 75 manat məbləğində pul ödənilmişdir. - xx xxxx 2012-ci il tarixli qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 353,40 manat məbləğində pul ödənilmişdir. - “Təbriz Neda” X37 tərəfindən verilmiş xx xxxxxx 2016, xx xxxxxx 2016 və xx xxxxxxxx 2016-cı il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh klinikaya 500 manat, 330 manat və 700 olmaqla, cəmi 1530 manat məbləğində borc vermişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-i xx.xx.2011ci il tarixdə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Çapari Kasım olmuş, sonradan X25 xx.xx.2016-cı il tarixdə “xxxx” MMC-nin qanuni təmsilçisi kimi dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Cavabdeh xx.xx.2013-cü il tarixdən “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında həkim-pediatr vəzifəsinə işə qəbul edilmiş, “Təbriz xxxx” Tibb Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 239-k nömrəli əmri ilə “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında xx.xx.3016-cı il tarixdən baş həkim vəzifəsinə keçirilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2016-cı il tarixli, 291-k nömrəli əmri ilə Cavabdeh xx xxxxxx 2016cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh işdən azad edildikdən sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışa əsasən İddiaçı MMC-də 18,5 %-ni İran İslam Respublikası vətəndaşı X1 adına, 5%-ni X28 (İran İslam Respublikası vətəndaşı) adına, 8,5 %-ni X6 (İran İslam Respublikası vətəndaşı) adına, 2%-ni X10 (İran İslam Respublikası vətəndaşı) adına, 3%-ni X12 (İran İslam Respublikası vətəndaşı) adına, 13 %-ni X8 (İran İslam Respublikası vətəndaşı) adına, 50%-ni isə X19 adına paylar, qanuni təmsilçi isə X21 müəyyən edilmişdir. Beləliklə də, İddiaçı MMC- əvvəlki “xxxx” MMC-nin hüquqi varisidir və hazırda 50%-i X19 adına olmaqla, MMC-nin qanuni təmsilçisi X16r. İddiaçı MMC-i əvvəlki “xxxx” MMC-nin hüquqi varisi olmaqla "İddiaçı” MMC-yə məxsus əmlakının “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında baş həkimi vəzifəsində çalışmış Cavabdeh qanunsuz sahibliyində olmasını iddia edərək əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə dəyəri olan 30.000 (otuz min) manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşin materiallarından görünür ki, İddiaçı MMC “xxxx” MMC-nin direktoru vəzifəsində çalışmış Kasım Çapariyə və Klinikanın baş həkimi vəzifəsində çalışmış Cavabdeh MMC-yə məxsus əmlakın könüllü şəkildə qaytarılması ilə bağlı pretenziya məktubu da göndərilmişdir. Lakin Cavabdeh ərizələrində gah göstərilmiş əmlakın bir hissəsinin ona məxsus bağ evində, gah da saxlanc yerində olmasını, bəzi halda isə həmin əşyaların harada saxlanması barədə heç bir sübut olmamasını göstərmişdir. İş materiallarında olan (İ cild sə. 62-67) Cavabdehi Allahverdi qızının İddiaçı MMC-yə xx.xx.2017-ciil tarixdə ünvanladığı pretenziya məktubunda görünür ki, 2016-cı ilin avqust ayında klinikada olan avadanlıq və əşyalar 166 yükdaşıma xidməti vasitəsilə başqa saxlanc yerinə köçürülmüşdür. Hazırda onun tərəfindən İddiaçı MMC ilə bağlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir. Cavabdeh çəkdiyi xərcləri qarşılıqlı iddiasında sadalayaraq cavabdeh İddiaçı MMC-dən ona 65400 (altmış beş min dörd yüz) manat məbləğində maddi ziyan vurmasını, həmçinin də mənəvi ziyan vurmasını göstərmiş, cavabdeh İddiaçı MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrin düzgün rəsmiləşdirilmədiyini göstərərək məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq düzəldilməsini, işlədiyi baş həkim maaşının 2500 manatdan hesablanaraq xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi 23250 manat əmək haqqının, 2016-cı ilin avqust ayından xx xxxxxxx 2016cı ilə kimi xəstələrə göstərdiy xidmətlərə görə (həkim bonusu) 10000 manat, 3 aylıq müavinat üçün 7500 manat, cəmi 40750 manat məbləğində son haqq hesabının ödənilməsini iddia etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari isə tələbində İddiaçı MMC-nin icraçı direktoru X25 özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-nin əmlakını və direktor səlahiyyətlərini mənimsəməsini, eləcə də, İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlak və onun balansında olan başqa əmlakların onun mülkiyyətində olmasını göstərərək İddiaçı MMC-nin qanunsuz sahibliyindən ona məxsus əmlakın, əmlak olmadıqda 80.383 (səksən min üç yüz səksən üç) manat məbləğində pulun İddiaçı MMC-dən tutulmalı olmasını iddia etmişdir. 3-cü şəxs tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-in təsisçisi Seyidmohəmməd Moenifard, o, “xxxx” MMC-də işləyərkən xx xxxx 2016-cı il tarixli təhvil təslim aktı ilə “xxxx” MMCnin nizamnaməsini, nizamnaməyə edilən dəyişikliyi, “xxxx” MMC-nin dövlət reyestrindən çıxarışını, “xxxx” MMC-nin VÖEN-ni, “xxxx” MMC-nin möhürünü, tibbi fəaliyyət göstərə bilməsi üçün lisenziyanı, “xxxx” MMC-yə məxsus ASAN imzanı (***-***-**-**), “xxxx” MMC-nin klinikasına olan maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatının aparılmamasmı və nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər ona verilmiş və akt hər ikisi tərəfindən imzalanmışdır. Eyni zamanda xx xxxx 2016-cı ildə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “xxxx” MMC-nin klinikasının direktoru Seyidmohəmməd Moenifard, onun həyat yoldaşı Nəsrin Cavidfər və Məxdumi Hosein və onun tərəfindən qarşılıqlı razılaşmaya dair imzaladıqları müqaviləyə əsasən tibbi və qeyri-tibbi avadanlıqlar ona satılmışdır. Beləliklə də, müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı MMC-nin ona məxsus olmasını iddia etdiyi əmlaka eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari bu əmlakların ona məxsus olmasını, hətta əlavə əmlakların də daxil olduğu, cəmi məbləği 80383 manat təşkil edən əmlakların İddiaçı MMC-də olmasını iddia etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə İddiaçı MMC-nin iddia ərizəsində tələb edilən əmlakın kimə məxsusluğu müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC özünü “xxxx” MMC-nin hüquqi varisi olmasını göstərsə də, iddia ərizəsində sadaladığı əmlakların məhz «xxxx» MMC-yə məxsus olmasını sübut edə bilməmişdir. Belə ki, ilk iddia üzrə Cavabdeh həmin əmlakların bağ evində (gah da saxlanc yerində) olmasını göstərsə də, məhkəmə iclasında verdiyi izahatında bu əmlakların harada saxlanmasına baxmayaraq «xxxx» MMC-nin əvvəlki direktoru olmuş Kasım Çapariyə məxsus olmasını göstərmişdir. İş materiallarında olan “xxxx” MMC-nin təsisçisi - direktoru X3, həyat yoldaşı Javidfar Nasrin və Məxdumi Hosein ilə Kasım Çapari arasında bağlanmış xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru X1 borcunun əvəzinə Qasım Çapari 420.000 ABŞ dolları məbləğində maliyyə yatırımı etməklə, əvəzində “xxxx” MMC-nin 75,5 faiz payını və ona məxsus avadanlıqları (avadanlıqların adlı siyahısı müqaviləyə əlavə edilir) alır və qeyd olunan cəmiyyətin 75,5 faizinin təsisçisi olur. Həmin müqaviləyə satılmış tibbi və qeyri tibb avadanlıqları adlı siyahı əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi sayda və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunu sübut edilməsidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlarıntəqdimolunmasıiddiaçınınbirbaşavəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı MMC direktorunun timsalında hazırki iddianı qaldırsa da, hazırda həmin MMC-nin 50 faizi İ.Həsənovun və qalan 50 faizi isə İran İslam Respublikası vətəndaşları olan X1, X22, X6, X10, X12, X8 adlarına olmasına baxmayaraq xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə bağlanarkən X1, Javidfar Nasrin həmin MMC-nin təsisçiləri olaraq müqavilədə, eləcə də xx.xx.2016-cı il tarixli təhvil-təslim aktında ("xxxx " MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx " MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "xxxx “ MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “xxxx" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) 229 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər) göstərilənləri Qasım Çapariyə təhvil vermişlər. İlk iddiaçı tərəf qeyd edilən xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə və eləcə də xx.xx.2016-cı il tarixli təhvil-təslim aktının ləğv edilməsini və ya bu sənədlərin həqiqətə uyğun olmayaraq reallığı əks etdirməməsini təkzib edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasını təşkil edən MM-nin 157.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Buna görə də məhkəmə ilk iddia tələblərini əsassız sayaraq rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, ilk iddianın rədd edilməsi nəticəsinə gəlinməsi ilk iddiada tələb edilən əmlak tələbi ilə eynilik təşkil edən müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin tələbinin əsaslı olması anlamına da gəlməyə əsas vermir. Belə ki, işin materiallarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari tələbində İddiaçı MMC-nin icraçı direktoru X19 özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-nin əmlakını və direktor səlahiyyətlərini mənimsəməsini, hansı yollarlasa “xxxx” MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar xx xxxxxx 2016-cı ildə İddiaçı MMC-ni yaradaraq Vergilər Nazirliyində qeydiyyatdan keçirməyə nail olmasını, eyni zamanda ona məxsus payların 18,5 %-ni İran İslam Respublikası vətəndaşları olan X1 adına, 5%-ni X22, 8,5 %-ni X6, 2%-ni X10, 3%-ni X12, 13 %-ni X8 adlarına, 50%-ni isə öz adına sənədləşdirərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarış almasını göstərsə də, bu halların qanuniliyini mübahisələndirməmişdir. İşin bu halı məhkəməyə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın qanuni əsaslarla verilməsi qənaətinə gəlməsinə əsas verir və məhkəmə 3-cü şəxsin tələbinin qanuniliyinə sözügedən çıxarışın məzmunu baxımından da hüquqi qiymət verilməsini zəruri sayır. Belə ki, xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə bağlanarkən X1, Javidfar Nasrin həmin MMC-nin təsisçiləri olaraq müqavilədə, eləcə də xx.xx.2016-cı il tarixli təhvil-təslim aktında ("xxxx" MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx" MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, “xxxx” MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “xxxx" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) 229 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər) göstərilənlərin Qasım Çapariyə təhvil verilməsi ilk baxışdan iddia olunan əmlakların həqiqətən də 3-cü şəxsə aid olması anlamına gəlməsinə əsas verir. Lakin bu halın mövcudluğuna baxmayaraq məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari hazırki tələblə bağlı iddia müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2–ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə, üçüncü şəxsin nümayəndəsinin “Kasım Çaparinin hüquqlarının pozulduğunuy bilməsi anının İddiaçı MMC öz nizamnaməsini xx xxxxxx 2016-cı il tarixdə qəbul etməsi və Vergilər Nazirliyində qeydiyyatdan keçirməsini həmin vaxt bilməsi, bununla da iddia müddətinin axımının məhz göstərilən tarixdən hesablanması” kimi əsaslandırması ilə razılaşmır. Belə ki, əvvəla Kasım Çapari bu faktı təsdiq edən heç bir mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin də yuxarıda qeyd olunduğu kimi, Kasım Çapari qeyd olunan halların qanuniliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbi ilə xx.xx.2019-cu il tarix də daxil olmaqla həmin vaxta kimi müraciət etməli olduğu halda, xx.xx.2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinə müstəqil tələblər irəli sürən şəxs kimi tanınması barədə vəsatətlə, daha sonra isə rəsmi olaraq iddia ərizəsini isə xx xxxxxx 2019-cu il tarixdə hazırlayıb məhkəməyə təqdim etməklə iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari iddia tələbinin də rədd olunması nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, dörd dəfə iddia tələbinin dəqiqləşdirilməsindən sonra qarşılıqlı iddia üzrə tələb konkret olaraq 65400 (altmış beş min dörd yüz) manat maddi, 50000 (əlli min) manat məbləğində mənəvi ziyan tələbi, cavabdeh İddiaçı MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq dəyişiklik edilməsi, xx xxxxxx 2016-ci il tarixdən xx xxxxxx 2016-ci il tarixinə kimi 23250 (iyirmi üç min iki yüz əlli) əmək haqqının, 2016-cı ilin avqust ayından xx xxxxxxx 2016cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10000 (on min) manat, 3 aylıq müavinət üçün 7500 (yeddi min beş yüz) manat, cəmi 40750 (qırx min yeddi yüz əlli) manat məbləğində son haqq hesabın ödənilməsi olmuşdur. Məhkəmə qarşılıqlı iddianın 65400 (altmış beş min dörd yüz) manat maddi zərərin vurulması hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı həmin zərərin 1530 manat hissəsi məhkəmə araşdırması zamanı müvafiq sübutlar (xx xxxxxx 2016, xx xxxxxx 2016 və xx xxxxxxxx 2016-cı il tarixli kassa mədaxil orderləri və şahid ifadəsi) ilə öz təsdiqini tapdığından iddia bu hissədə qismən, göstərilən məbləğdə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə, 1530 manat hissəsi istisna olmaqla, qarşılıqlı iddiaçı tərəfindən ona digər maddi zərər vurulması ilə bağlı mötəbər sübut təqdim edilmədiyindən iddianın maddi zərərlə bağlı qalan hissələrdə təmin edilməsini mümkün saymır. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdehdən mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X24 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X24 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və X24 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də rədd edilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinin xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi 23250 (iyirmi üç min iki yüz əlli) əmək haqqının tələbinə dair hissəsi üzrə hesab edir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, işin materiallarında qarşılıqlı iddiaçının da adı qeyd edilmiş 2016-cı ilin fevral ayından avqust ayına kimi əmək haqqı cədvəlləri olsa da, digər ayların, yəni sentyabr, oktyabr və noyabr aylarının əmək haqqı cədvəlləri cavabdeh tərəfindən (dəfələrlə təklif edilməsinə baxmayaraq) təqdim edilməmişdir. Halbuki, cavabdeh tərəf qarşılıqlı iddiaçının işlədiyi bütün aylar üçün əmək haqqını, hətta son-haqq hesabını da ödəmələrini, hətta əmək kitabçasını da verdiyini bildirmişdir. AzərbaycanRespublikasının MPM-nin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylın məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh tərəf qarşılıqlı iddiaçıya 2016-cı ilin sentyabr, oktyabr və noyabr aylarının əmək haqqını və işdən azad edilərkən son-haqq hesabını da ödəmələrini təsdiq edən sübutların olmasını bildirsələr də, təqdim etmədikləri üçün məhkəmə qarşılıqlı iddiaçının iddiasının göstərilən müddətlər üzrə əmək haqqı və işdən azad edilərkən son haqq hesabının verilməməsinə dair dəlillərini inandırıcı sayır. Məhkəmə eyni zamanda hesab edir ki, qarşılıqlı iddiaçı pul tələbi ilə bağlı qaldırdığı iddia ilə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməsinə yol verməmişdir. Belə ki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin - 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddənin 2-ci hissəsinə, 68-ci maddənin “ç” bəndinə, 77-ci maddənin 7-ci hissəsinə, 83, 84 və 85-ci maddələrinə əsasən dəyişiklik edilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçı faktiki olaraq bu tələbi ilə barəsində verilmiş xx xxxxxx 2016-cı il tarixli, 291-k nömrəli əmrinin qanuniliyini mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. - 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini nəzərə alıb bu nəticəyə gəlir ki, qarşılıqlı iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi pozulmuş, barəsində olan əmrdə düzəliş edilməsinə dair iddia qaldırmaqla məhkəməyə müraciət etmə müddətinə riayət etməmiş, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisələndirdiyi hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə qarşılıqlı iddianın xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi 9 ay 9 gün üzrə hər ay 2500 manat olmaqla 23250 manat ödənilməsinə dair tələbini də əsaslı saymır. Belə ki, qarşılıqlı iddiaçı onun aylıq əmək haqqının məhz 2500 manat olmasını məhkəmədə sübut edə bilməmiş, təqdim edilmiş əmək haqqı cədvəllərində isə onun hər ay imza edərək aldığı aylıq əmək haqqının 121,3 manat olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin xidmətlər üzrə avqust-xx xxxxxx 2016-cı il tarixə kimi faizlər üzrə 10 000 manat, 3 aylıq müavinət üçün orta aylıq əmək haqqının məbləğində 7 500 manatı hesablanmasına dair hissələrinin təmin edilməsini mümkün saymır. Belə ki, qarşılıqlı iddiaçı xidmətlər üzrə avqust-xx xxxxxx 2016-cı il tarixə kimi faizlər üzrə 10000 manatını həkim bonusu kimi qeyd etsə də, bu hesablamanın hansı meyarlar əsasında aparılmasını və onun belə bonusların verilməli olmasının razılaşdırılmasına dair işəgötürənlə aralarında hər hansı bir müqavilə şərtinin olmasını sübut edə bilməmişdir. Məhkəmə bununla bağlı müəssisənin külli miqdarda vergi borcu olması, vergi borcundan 12.000-13.000 manat vəsaiti və sosial borclardan isə 1000 manat Cavabdeh ödəməsi, həkim bonuslarının bir hissəsi direktorun göstərişi ilə Cavabdeh ödənilməsinə dair şahid X18 ifadəsinə qiymət verərək hesab edir ki, şahid ifadəsinin bu hissəsi heç bir digər sübut növləri ilə təsdiqini tapmadığından ifadəsinin bu hissəsini sübut növü kimi qiymətləndirmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin işin materiallarından görünür ki, qarşılıqlı iddiaçı 3 aylıq müavinət üçün orta aylıq əmək haqqının məbləğində 7500 manat hesablanması tələbini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin “ç” bəndi, 77-ci maddəsinin 7-ci bəndi rəhbər tutulmaqla, həmin Məcəllənin 83, 84, 85-ci maddələrində nəzərdə tutulan qaydada rəsmiləşdirilməklə baş həkim vəzifəsindən azad olunmalı olması, bu zaman son haqqhesab kəsilməklə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilməli olması ilə əsaslandırmışdır. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbini pozaraq barəsində olan əmrdə düzəliş edilməsinə dair irəli sürdüyü iddia tələbinin əsassız olduğu üçün təmin olunmadığını nəzərə alaraq, iddia tələbinin 3 aylıq müavinət üçün orta aylıq əmək haqqı məbləğində 7500 manatın hesablanması hissəsinin də əsassız olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan əlavə, işin araşdırılmış hallarından görünür ki, Cavabdeh əvvəlki qarşılıqlı iddia tələblərində (dəqiqləşmə barədə ərizələrində) əmək kitabçasının geri qaytarılmasını tələb etsə də, sonuncu dəqiqləşmə ərizəsinin nəticə hissəsində bu hissə əksini tapmasa da, məzmununda əmək müqaviləsinə xitam edilməsi əsasında dəyişiklik edilməklə əmək kitabçasının ona verilməsi barədə qətnamə qəbul edilməli olmasını xüsusilə vurğulamışdır. Əmək müqaviləsinə xitam edilməsində dəyişiklik olunmasının mümkünsüzlüyünə məhkəmə artıq hüquqi qiymət verilməsini qeyd etməklə yanaşı həmçinin hesab edir ki, Cavabdeh məxsus əmək kitabçasının ona qaytarılmasını cavabdeh tərəf sübut edə bilmədiyi üçün həmin əmək kitabçasının ona qaytarılması da qət edilməlidir. Məhkəmə bu qənaətə gələrkən məhkəmənin pozitiv öhdəliyindən birinin də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını və məhkəmənin qanunvericiliklə də iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malik olmasını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Normanın məzmunundan görünür ki, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə görə, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verilidiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı (Bakı Tehran Klinikası) MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı qarşılıqlı iddiası qismən təmin edilərək 1530 manat məbləğində maddi zərər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşqılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesab qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, həmçinin əmək kitabçası ona qaytarılmalı, qarşılıqlı iddia qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı (Bakı Tehran Klinikası) MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı qarşılıqlı iddiası qismən təmin edilərək 1530 (bir min beş yüz otuz) manat məbləğində maddi zərər iyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin, dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesab qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Cavabdeh məxsus əmək kitabçası İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən ona qaytarılsın. Qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar