Məhkəmə qərarları › İş №2(009)-352/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-352/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-352/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 24.11.2020-ci il tarixli və 08.02.2021-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********87554 «Samsung Galaxy A10» markalı telefon və İMEİ kodu **********25874 «Samsung Galaxy A10s» markalı telefon almış və nəticədə 720.1 manat manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.11.2020ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 426 (dörd yüz iyirmi altı) manat (12 ay x 35,5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********87554 «Samsung Galaxy A10» markalı telefon üçün ümumilikdə, 311.9 (üç yüz on bir manat, doxsan qəpik) manat olmaqla, ondan 283,9 (iki yüz səksən üç manat, doxsan qəpik) manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz ) manat cərimə, 08.02.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 405.6 (dörd yüz beş manat, altmış qəpik) manat (12 ay x 33.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********25874 «Samsung Galaxy A10s» markalı telefon üçün ümumilikdə 408.2 (dörd yüz səkkiz manat, iyirmi qəpik) manat olmaqla, ondan 371.2 (üç yüz yetmiş bir manat, iyirmi qəpik) manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 175,6 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 24.11.2020-ci il tarixli müqaviləsinə əsasən «Samsung Galaxy A10» markalı telefon üçün 283,9 manat əsas borc, 28 manat cərimə, 08.02.2021ci il tarixli müqaviləsinə əsasən «Samsung Galaxy A10s» markalı telefon üçün 371.2 manat əsas borc, 37 manat cərimə, ümumilikdə 720.1 manat borc, 30 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh «Samsung Galaxy A10» markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 35,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 426 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 08 fevral 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh «Samsung Galaxy A10s» markalı telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 33.8 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 405.6 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 16.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 24.11.2020-ci il tarixli müqavilə üzrə 283,9 manat əsas, 28 manat cərimə, 08.02.2021-ci il tarixli müqavilə üzrə 371.2 manat əsas, 37 manat cərimə, cəmi 720.1 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 24.11.2020ci il tarixdə və 08.02.2021-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 426 manat olan «Samsung Galaxy A10» markalı telefon və alqısatqı qiyməti 405.6 manat olan «Samsung Galaxy A10s» markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 24.11.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 283,9 manat əsas, 28 manat cərimə, 08.02.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 371.2 manat əsas, 37 manat cərimə, cəmi 720.1 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 24.11.2020-ci il tarixli 22068976 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.12.2021-ci il tarixə yaranmış 283,9 manat əsas, 28 manat cərimə, 08.02.2021-ci il tarixli 22272848 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.12.2021-ci il tarixə yaranmış 371,2 manat əsas, 37 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 750,1 (yeddi yüz əlli manat, on qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar