Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-355/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********83208 olan “X4 10+” markalı telefon üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 234 (iki yüz otuz dörd) manat cərimə borcu, 12.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77781 olan “Samsung Galaxy A31” markalı telefon üçün 20 (iyirmi) ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 06.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********48563 olan “X4 20 Ultra” markalı telefon, “X6” markalı komputer, “X5 Live Black” markalı qulaqlıq, “Apple USB-C” markalı aksesuar üçün 6340 (altı min üç yüz qırx) manat ödənilməmiş hissə, 1587 (min beş yüz səksən yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 8881 (səkkiz min səkkiz yüz səksən bir) manat borc və 108.81 (yüz səkkiz manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 16.12.2019-cu il, 12.05.2020-ci il və 06.09.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********83208 olan “X4 10+” markalı telefon, İMEİ kodu **********77781 olan “Samsung Galaxy A31” markalı telefon və İMEİ kodu **********48563 olan “X4 20 Ultra” markalı telefon, “X6” markalı komputer, “X5 Live Black” markalı qulaqlıq, “Apple USB-C” markalı aksesuar almış və nəticədə 8881 (səkkiz min səkkiz yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2523 (iki min beş yüz iyirmi üç) manat (12 ay x 195 manat + 183 manat ilkin ödəniş) olan İMEİ kodu **********83208 olan “X4 10+” markalı telefon üçün ümumilikdə, 934 (doqquz yüz otuz dörd) olmaqla ondan, 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 234 (iki yüz otuz dörd) manat cərimə borcu, 12.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 652.6 (altı yüz əlli iki manat, altmış qəpik) (6 ay x 92.1 manat + 100 manat ilkin ödəniş) olan İMEİ kodu **********77781 olan “Samsung Galaxy A31” markalı telefon üçün ümumilikdə 20 (iyirmi) manat ödənilməmiş hissə, 06.09.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 7466 (yeddi min dörd yüz altmış altı) manat (18 ay x 378 manat + 662 manat ilkin ödəniş) olan İMEİ kodu **********48563 olan “X4 20 Ultra” markalı telefon, “X6” markalı komputer, “X5 Live Black” markalı qulaqlıq, “Apple USB-C” markalı aksesuar üçün ümumilikdə 7927 (yeddi min doqquz yüz iyirmi yeddi) manat olmaqla ondan, 6340 (altı min üç yüz qırx) manat ödənilməmiş hissə, 1587 (min beş yüz səksən yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3581.6 (üç min beş yüz səksən bir manat altmış qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan cərimə borcunun azaldılmasını xahiş etmiş və iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli, 01131500 nömrəli müqavilədən və ona əlavədən görünür ki, satıcı "xxxx" MMC 12 ay müddətinə, İMEİ kodu **********83208 olan “X4 10+” markalı telefonu alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.05.2020-ci il tarixli, 20276828 nömrəli müqavilədən və ona əlavədən görünür ki, satıcı "xxxx" MMC 6 ay müddətinə, İMEİ kodu **********77781 olan “Samsung Galaxy A31” markalı telefonu alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.09.2020-ci il tarixli, 21144025 nömrəli müqavilədən və ona əlavədən görünür ki, satıcı "xxxx" MMC 18 ay müddətinə, İMEİ kodu **********48563 olan “X4 20 Ultra” markalı telefonu, “X6” markalı komputeri, “X5 Live Black” markalı qulaqlığı, “Apple USB-C” markalı aksesuarı alıcı Cavabdeh satmışdır. Ödəniş cədvəlinin 2 və 5-ci bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. İşdə olan "xxxx" MMC-nin 17.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.12.2019-cu il tarixli müqavilə üzrə cəmi 1823 manat ödəniş etmiş, halhazırda cavabdehin həmin müqavilə üzrə 700 manat əsas, 234 manat dəbbə pulu borcu, 12.05.2020-ci il tarixli müqavilə üzrə cəmi 632,6 manat ödəniş etmiş, hal-hazırda cavabdehin həmin müqavilə üzrə 20 manat əsas borcu və 06.09.2020-ci il tarixli müqavilə üzrə cəmi 1126 manat ödəniş etmiş, hal-hazırda cavabdehin həmin müqavilə üzrə 6340 manat əsas, 1587 manat dəbbə pulu borcu olmaqla, cəmi 8881 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin cavabdehdən 16.12.2019-cu il tarixli müqavilə üzrə 700 manat yaranmış əsas borcun, 12.05.2020-ci il tarixli müqavilə üzrə 20 manat yaranmış əsas borcun və 06.09.2020-ci il tarixli müqavilə üzrə 6340 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə tələb edilən 234 manat və 1587 manat cərimə borclarının tutulması” hissələrinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn 16.12.2019-cu il tarixli müqavilə üzrə 700 manat və 06.09.2020-ci il tarixli müqavilə üzrə 6340 manat məbləğində əsas borcların müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq müqavilələr üzrə “234 manat dəbbə pulunun azaldılaraq 30 manat və 1587 manat dəbbə pulunun azaldılaraq 100 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 108.81 (yüz səkkiz manat səksən bir qəpik) manat dövlət rüsumunun 80 (səksən) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 28,81 (iyirmi səkkiz manat səksən bir qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli müqavilə üzrə 700 (yeddi yüz) ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu, cəmi 730 (yeddi yüz otuz) manat borc, 12.05.2020-ci il tarixli müqavilə üzrə 20 (iyirmi) manat ödənilməmiş hissə, 06.09.2020-ci il tarixli müqavilə üzrə üzrə 6340 (altı min üç yüz qırx) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 6440 (altı min dörd yüz qırx) manat borc, ümumilikdə 7190 (yeddi min yüz doxsan) manat və ödənilmiş 108.81 (bir yüz səkkiz manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 28,81 (iyirmi səkkiz manat səksən bir qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.12.2019cu il tarixli müqavilə üzrə 700 (yeddi yüz) ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu, cəmi 730 (yeddi yüz otuz) manat borc, 12.05.2020-ci il tarixli müqavilə üzrə 20 (iyirmi) manat ödənilməmiş hissə, 06.09.2020-ci il tarixli müqavilə üzrə üzrə 6340 (altı min üç yüz qırx) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 6440 (altı min dörd yüz qırx) manat borc, ümumilikdə 7190 (yeddi min yüz doxsan) manat və ödənilmiş 108.81 (bir yüz səkkiz manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-355/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-355/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver