Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-36/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı-nin ləğvedicisi X3 - Cavabdeh qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-nin ləğvedicisi X5 - Cavabdeh qarşı «borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 50755 (əlli min yeddi yüz əlli beş) ABŞ dolları əsas, 16840 (on altı min səkkiz yüz qırx) ABŞ dolları faiz, cəmi 67595 (altmış yeddi min beş yüz doxsan beş) ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh ilə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, 3 saylı ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,İddiaçı-nin "Riyad" filialı ilə cavabdeh Krasnova Konstantinovna arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İPK 02 saylı kredit müqaviləsinə əsasən ona 12 (on iki) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz ödəmək şərtilə 51000 (əlli bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan qrafikə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Borcalanın xx.xx.2015-cı il tarixli ərizəsinə əsasən, bank ilə borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İPK 02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş və xx.xx.2015-ci il tarixinə qalan 50841 (əlli min səkkiz yüz qırx bir) ABŞ dolları həcmində kredit qalığı xx.xx.2014-cü il tarixli, İPK 02 saylı kredit müqaviləsində nəzərdə tutulmuş bütün müddəalar qüvvədə qalmaqla kreditin müddəti 01 saylı əlavə ilə xx.xx.2016-cı il tarixinə qədər uzadılmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, 3 saylı ünvanda yerləşən 2 (iki) otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzil "xxxxxxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 50755 (əlli min yeddi yüz əlli beş) ABŞ dolları əsas, 16840 (on altı min səkkiz yüz qırx) ABŞ dolları faiz, cəmi 67595 (altmış yeddi min beş yüz doxsan beş) ABŞ dolları borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X9 iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı Ləğv prossesində olan İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli İPK 02 saylı kredit müqaviləsi əsasında iddia tələbi ilə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı 2017-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddia tələbi üzrə tələb etmək hüququ üçün iddia müddəti keçmişdir. Göstərilənləri nəzərə alaraq, iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İPK-02 nömrəli Kredit müqaviləsindən görünür ki, bank borcluya 12 (on iki) ay müddətinə, illik 28 (iyirmi səkkiz) faiz hesablanmaqla 51 000 (əlli bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, mənzil 3 ünvanında yerləşən 2 (iki) otaqlı, 48.5 kv.m ümumi sahəsidən ibarət mənzil (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr kitabı nömrəsi 1748, vərəq nömrəsi 160655, reyestr nömrəsi **********39-05101-093007, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixli qeydiyyatlı çıxarış əsasında) xx xxxx 2014-cü il tarixli 02 saylı kredit müqaviləsinə əsasən «Bank»ın Cavabdeh verdiyi 51000 (əlli bir min) ABŞ dolları məbləğində kreditin xx xxxx 2015-ci il tarixinə qədər qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödəniləcəyinin təminatı kimi ipotekaya qoyulmuşdur. İkitərəfli razılaşmaya əsasən ipoteka predmetinin ümumi dəyəri 70 000 (yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzili xx.xx.2014-cü il tarixli, Kredit müqaviləsinin təminatı kimi İddiaçı-nin Riyad filialının qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əlavədən görünür ki, «Borcalan»nın «Banka» təqdim etdiyi «04» dekabr 2015-ci il tarixli ərizəsinə əsasən, «Bank» ilə «Borcalan» arasında bağlanmış «04» iyul 2014-cü il tarixli, 01 saylı Kredit müqaviləsinə əsasən «Borcalan»a verilmiş və bu kredit müqaviləsinə 01 nömrəli əlavə imzalanma tarixinə qalan 50841 (əlli min səkkiz yüz qırx bir) ABŞ dolları həcmində kredit qalığı yuxarıda qeyd edilmiş kredit müqaviləsində nəzərdə tutulmuş bütün müddəalar qüvvədə qalmaqla kreditin müddəti xx.xx.2016-cı il tarixinə qədər uzadılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2014-cü il tarixli, 02 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə 50755 (əlli min yeddi yüz əlli beş) ABŞ dolları əsas, 16840 (on altı min səkkiz yüz qırx) ABŞ dolları faiz, cəmi 67595 (altmış yeddi min beş yüz doxsan beş) ABŞ dolları kredit borcu vardır. İş materiallarında olan 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzili Cavabdeh məxsusdur və həmin mənzildə özü qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli **********37 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarından görünür ki, İddiaçı cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxxxxxxxxxxx” MMC-yə həvalə olunmuş və “xxxxxxxxxxxxx” MMC-nin, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 105/ATRB/20 saylı, xx.xx.2020-cİ il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 60.000 (altmış min) manat, likvid dəyəri 55.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun Qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29781 saylı, xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixə 67.595 ABŞ dolları məbləğində, o cümlədən - əsas borc üzrə 50755,0 ABŞ dolları və faiz borcu üzrə 16840,0 ABŞ dolları müəyyən olunur. Həmçinin qeyd edilir ki, xx xxxx 2014-cü il tarixli, İPK02 nömrəli Kredit Müqaviləsinə əsasən xx xxxxxx 2015-ci il tarixdə 01 saylı əlavə kredit Müqaviləsinə əsasən kredit borcunun və faizlərin silinməsinə əsas olan ödəniş qəbzləri ssuda və cari hesabdan çıxarışlar iş materiallarına təqdim olnmadığından hazırki hesablama zamanı Cavabdeh İddiaçı-nə olan borcunu hesablamaq mümkün olmamışdır. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 37 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixə Cavabdeh İddiaçı-yə olan borcu 47.667,75 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən - əsas kredit borcu 46.024,34 ABŞ dolları, faiz borc- 1643,41 ABŞ dolları, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2243,69 ABŞ dolları təşkil edir. Beləliklə, xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı-yə olan borcu 49.911,44 ABŞ dolları məbləğində, o cümlədən - əsas kredit borcu 46024,34 ABŞ dolları, faiz borcu 3887,1 ABŞ dolları müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülməklə, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən xx.xx.2017-ci il tarixə müəyyən olunmuş 46024,34 ABŞ dolları əsas, 3887,1 ABŞ dolları məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək qeyd edir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Odur ki, kredit müqaviləsi üzrə borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməli və ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracdan satılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilsə də, hazırkı iş üzrə ipoteka predmetinin dəyərinin məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxxxxxxxxxxx” MMC-yə həvalə olunmuş və “xxxxxxxxxxxxx” MMC-nin, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 105/ATRB/20 saylı, xx.xx.2020-cİ il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 60.000 (altmış min) manat məbləğində, likvid dəyəri isə 55.000 (əlli beş min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadı ilə qəbul edilən hüquqi mövqeyə əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 46 saylı evin 3 saylı mənzilinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin ekspert rəyi əsasında məhkəmə tərəfindən 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, mübahisəli mənzil mənzilin mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil mənzilin mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (MM-377.2) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Plenum Qərarında göstərilir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.” Məhkəmə qeyd edilənləri, İddiaçı ilə Cavabdeh arasında bağlanmış İPK-02 nömrəli Kredit müqaviləsinin xx.xx.2014-cü il tarixdə 12 (on iki) ay müddətinə bağlandığını, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əlavəyə əsasən, kreditin müddətinin eyni şərtlərlə xx.xx.2016-cı il tarixinə qədər uzadılmasını, iddiaçının isə hazırki iddia tələbi ilə məhkəməyə xx xxxx 2017-ci ildə, yəni öhdəliklərin icra müddəti bitdikdən 1 ay sonra müraciət etməsini nəzərə alaraq, cavabdeh tərəfin iddia müdətinin tətbiqi barədə ərizəsinin əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 300 (üç yüz) manatdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri 165 (bir yüz altmış beş) manatdır. İş materiallarına əlavə edilmiş orderdən və qəbzlərdən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu, bank və digər xidmət xərci olaraq 31 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan (20+145) 165 (bir yüz altmış beş) manatın 130 (bir yüz otuz) manat hissəsi Cavabdeh, 35 (otuz beş) manat hissəsi İddiaçı-nin ləğvedicisi X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, “xxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh, 100 (bir yüz) manat hissəsi İddiaçı-nin ləğvedicisi X2 tutularaq “xxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə olan 46024,34 (qırx altı min iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları əsas borc, 3887,1 (üç min səkkiz yüz səksən yeddi dollar bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 49911,44 (qırx doqquz min doqquz yüz on bir dollar qırx dörd sent) manat məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı-nin ləğvedicisi X4 ödənilməli, İddiaçı-nin ləğvedicisi X5 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı-nin ləğvedicisi X4 aid edilməli, tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, 3 saylı ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə yönəldilməli, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, 3 saylı ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilin ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı-nin ləğvedicisi X1 borc ödənilməli, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh qaytarılmalı, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, 3 saylı ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evini tərk etməklə ev boşaldılmalı, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan (20+145) 165 (bir yüz altmış beş) manatın 130 (bir yüz otuz) manat hissəsi Cavabdeh, 35 (otuz beş) manat hissəsi İddiaçı-nin ləğvedicisi X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, “xxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh, 100 (bir yüz) manat hissəsi İddiaçı-nin ləğvedicisi X2 tutularaq “xxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə olan 46024,34 (qırx altı min iyirmi dörd ABŞ dolları otuz dörd sent) ABŞ dolları əsas borc, 3887,1 (üç min səkkiz yüz səksən yeddi dollar bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 49911,44 (qırx doqquz min doqquz yüz on bir dollar qırx dörd sent) manat məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 (otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı-nin ləğvedicisi X4 ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, 3 saylı ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə yönəldilsin. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 46, 3 saylı ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilin ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı-nin ləğvedicisi X1 borc ödənilsin, satışdan əldə olunmuş pul vəsaiti tələbdən artıq məbləğdə olarsa, borc ödənildikdən sonra qalan hissəsi Cavabdeh qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçesi, ev 46, 3 saylı ünvanda yerləşən 2 otaqlı, 48.5 kv.m ümumi sahəsi olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evini tərk etməklə ev boşaldılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan (20+145) 165 (bir yüz altmış beş) manatın 130 (bir yüz otuz) manat hissəsi Cavabdeh, 35 (otuz beş) manat hissəsi İddiaçı-nin ləğvedicisi X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. “xxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 200 (iki yüz) manat hissəsi Cavabdeh, 100 (bir yüz) manat hissəsi İddiaçı-nin ləğvedicisi X2 tutularaq “xxxxxxxxxxxxx” MMC-nin hesabına (VÖEN: **********, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Abşeron filialı VÖEN: **********, M/h:AZ03NABZ013501**********2944 Kodu:805539 S.W.İ.F.T. BİC: 1BAZAZ2X H/h:AZ52İBAZ********************) köçürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-36/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-36/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver