Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-360/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.12.2020-ci il tarixli müqavilə üzrə 2728 manat əsas, 366.2 manat cərimə, 01.12.2020-ci il tarixli müqavilə üzrə 2431.8 manat əsas, 214.5 manat cərimə, 17.09.2019-cu il tarixli müqavilə üzrə 1072.3 manat əsas, 322.2 manat cərimə borcu və 91.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə 16.12.2020-ci il, 01.12.2020-ci il və 17.09.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********13405 olan iPhone 12 Pro Max, İMEİ kodu **********84037 olan iPhone Xs Max markalı telefonlar, Lora markalı çarpayı, dolab, termo, tumba və matras almış və nəticədə 7135 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.12.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 4496 (18 ay x 244 manat+104 manat ilkin ödəniş) olan İMEİ kodu **********13405 olan iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə, 3094.2 manat olmaqla, 2728 manat ödənilməmiş hissə, 366.2 manat dəbbə pulu, 01.12.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3294 (23 ay x 143 manat+5 manat ilkin ödəniş) olan Lora markalı çarpayı, dolab, termo, tumba və matras üçün ümumilikdə, 2646.3 manat olmaqla, 2431.8 manat ödənilməmiş hissə, 214.5 manat dəbbə pulu, 17.09.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3222 (18 ay x 179 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84037 olan iPhone Xs Max markalı telefon üçün ümumilikdə, 1394.5 manat olmaqla, 1072.3 manat ödənilməmiş hissə, 322.2 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4779.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinion ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, Cavabdeh 16.12.2020-ci il tarixli müqavilə üzrə 2728 manat əsas, 366.2 manat cərimə, 01.12.2020-ci il tarixli müqavilə üzrə 2431.8 manat əsas, 214.5 manat cərimə, 17.09.2019-cu il tarixli müqavilə üzrə 1072.3 manat əsas, 322.2 manat cərimə borcu və 91.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 16.12.2020-ci il tarixli, 22135773 nömrəli müqavilədən görünür ki, Cavabdeh 4496 manat məbləğində İMEİ kodu **********13405 olan iPhone 12 Pro Max markalı telefon almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 01.12.2020-ci il tarixli, 22098806 nömrəli müqavilədən görünür ki, Cavabdeh 3294 manat məbləğində Lora markalı çarpayı, dolab, termo, tumba və matras almışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 17.09.2019-cu il tarixli, 00918787 nömrəli müqavilədən görünür ki, Cavabdeh 3222 manat məbləğində İMEİ kodu **********84037 olan iPhone Xs Max markalı telefon almışdır. İş materiallarında olan 17.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavbdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən 16.12.2020-ci il tarixli, 22135773 nömrəli müqavilə üzrə 2728 manat ödənilməmiş borc və həmin borca 366.2 manat dəbbə pulu, 01.12.2020ci il tarixli, 22098806 nömrəli müqavilə üzrə 2431.8 manat ödənilməmiş borc və həmin borca 214.5 manat dəbbə pulu, 17.09.2019-cu il tarixli, 00918787 nömrəli müqavilə üzrə 1072.3 manat ödənilməmiş borc və həmin borca 322.2 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan DİN-in BPQMİ-nin 23.11.2021-ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuşdur və qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, ev 36, mənzil 1-dir. İş materiallarında olan 10.12.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə İddiaçı MMC-nin Hüquq Departamenti tərəfindən müqavilələrə əsasən, əşyaların tam dəyərini və onlar üçün gecikmə günlərinə müfaviq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsi ilə bağlı xəbərdar edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Ödəniş qəbzi (№ 8********) və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 91.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin şərtlərinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, müqavilə üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, 16.12.2020-ci il tarixli müqaviləsinə əsasən 2728 manat əsas borca görə 366.2 manat cərimə, 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən 2431.8 manat əsas borca görə 214.5 manat cərimə, 17.09.2019-cu il tarixli müqaviləsinə əsasən 1072.3 manat əsas borca görə 322.2 manat cərimə tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəfin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 16.12.2020-ci il tarixli müqaviləsinə əsasən 2728 manat əsas borca görə 190 manat cərimə, 01.12.2020-ci il tarixli müqaviləsinə əsasən 2431.8 manat əsas borca görə 170 manat cərimə, 17.09.2019-cu il tarixli müqaviləsinə əsasən 1072.3 manat əsas borca görə 75 manat cərimə (dəbbə pulu) tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 91.75 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 70 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.12.2020-ci il tarixli müqavilə üzrə 2728 manat (iki min yeddi yüz iyirmi səkkiz manat) əsas, 190 manat (yüz doxsan) cərimə, 01.12.2020-ci il tarixli müqavilə üzrə 2431.8 manat (iki min dörd yüz otuz bir manat səksən qəpik) əsas, 170 manat (yüz yetmiş manat) cərimə, 17.09.2019-cu il tarixli müqavilə üzrə 1072.3 manat (min yetmiş iki manat otuz qəpik) əsas, 75 manat (yetmiş beş manat) cərimə borcu və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.12.2020-ci il tarixli müqavilə üzrə 2728 manat (iki min yeddi yüz iyirmi səkkiz manat) əsas, 190 manat (yüz doxsan) cərimə, 01.12.2020-ci il tarixli müqavilə üzrə 2431.8 manat (iki min dörd yüz otuz bir manat səksən qəpik) əsas, 170 manat (yüz yetmiş manat) cərimə, 17.09.2019-cu il tarixli müqavilə üzrə 1072.3 manat (min yetmiş iki manat otuz qəpik) əsas, 75 manat (yetmiş beş manat) cərimə borcu və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-360/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-360/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver