Məhkəmə qərarları › İş №2(009)-372/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-372/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-372/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi N.Ə.Babayevin Cavabdeh3(eyni zamanda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 etibarnamə əsasında nümayəndəsi, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi) Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 MMC-nin qanuni təmsilçisi C.A.Məmmədovun iştirakları ilə İddiaçıxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh12 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçıxxxxxxxxxxxxxxxxx“Cavabdeh12 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 təqdim olunmuş barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 (eyni zamanda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 etibarnamə əsasında nümayəndəsi, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi), onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X1 göstərmişlər ki, hazırda cavabdehlərlə bank arasında barışıq əldə olunmuşdur və müvafiq olaraq barışıq sazişi imzalamışlar. Bu səbəbdən məhkəmədən barışıq sazişin təsdiq edib işin icraatına xitam verilməsini xahiş edirlər. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişinə əsasən:

1. Tərəflər Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)-372/2020 No-li mülki iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.

2. İddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 18002-0014/439313 No-li kredit müqaviləsinə, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1No-li və xx.xx.2019-cu il tarixli 2 No-li əlavələrə əsasən borcalan – Cavabdeh1 MMC bu Sazişin imzalandığı tarixə iddiaçıya qalan olan 576216,29 ABŞ məbləğində əsas borcunu xx xxxx 2025-ci ilə qədər, illik 5% faiz ödəmək şərtilə hissə-hissə (2020-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək olan 22 ay ərzində hər ayın sonuncu iş günündə 10000 ABŞ dolları; 2022-ci ilin iyul ayından 2025-ci ilin iyunun 30-dək 36 ay ərzində hər ayın sonuncu iş günündə 12031,77 ABŞ dolları) ödəməyi öhdəsinə götürür.

3. Cavabdehlər Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh4 və Cavabdeh3 onların zaminliyi ilə təmin olunan kredit müqaviləsi üzrə öhdəliyin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduqlarını bəyan edir və həmin öhdəliyi bu Sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

4. bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.

5. tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə…

QƏRARA ALDİ:

İddiaçıxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh12 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələblərinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin:

1. İddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 18002-0014/439313 No-li kredit müqaviləsinə, həmin müqaviləyə xx.xx.2018-ci il tarixli 1No-li və xx.xx.2019-cu il tarixli 2 No-li əlavələrə əsasən borcalan – Cavabdeh1 MMC bu Sazişin imzalandığı tarixə iddiaçıya qalan olan 576216,29 ABŞ məbləğində əsas borcunu xx xxxx 2025-ci ilə qədər, illik 5% faiz ödəmək şərtilə hissə-hissə (2020-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək olan 22 ay ərzində hər ayın sonuncu iş günündə 10000 ABŞ dolları; 2022-ci ilin iyul ayından 2025-ci ilin iyunun 30-dək 36 ay ərzində hər ayın sonuncu iş günündə 12031,77 ABŞ dolları) ödəməyi öhdəsinə götürür.

2. Cavabdehlər Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh4 və Cavabdeh3 onların zaminliyi ilə təmin olunan kredit müqaviləsi üzrə öhdəliyin bu Sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduqlarını bəyan edir və həmin öhdəliyi bu Sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar